Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Okt

    Hüləbətli kəndində torpağı sevən, ondan bol ruzi qaza-nan insanlar çoxdur.
    Fermer təsərrüfatının başçısı Seymur Yusibovu hamı zəhmət adamı kimi yaxşı tanıyır. O, həm öz pay torpağında, həm də icarəyə götürdüyü torpaqlarda hə-mişə müxtəlif kənd təsərrüfatı bitkiləri əkib becərir. Həmişə də torpaqdan çox məhsul götürür.
    Ötən il o, 18 hektar sahədə pambıq becərdi. Becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında həyata keçirildi. Nəticə sevindirici oldu. Pambıq yığımı maşınla aparıldı. Qəbul məntəqəsinə 60 tona yaxın məhsul təhvil verildi. Bu, hər hektardan 31 sentnerdən çox məhsul deməkdir.
    Pambıq sahələrində kompleks becərmə işləri vaxtında aparılıb. Cərgəaralarına keyfiyyətli kultivasiya çəkilmiş, bitkilərə yemləmə kübrəsi verilmiş, ziyanverici və xəstəliklərə qarşı dərmanlama aparılmışdır. İşlərin aqrotexniki qaydalar əsasında aparılmasının nəticəsidir ki, tarlalar bol məhsuldan xəbər verir.
    Kənddəki torpağı sevənlərdən biri də fermer Əzim Qaraşovdur. O, ötən il 9 hektar pambıq sahəsinin hər hektarından 35 sentner məhsul götürüb.
    Bu il 6 hektar sahədə pambıq becərib.
    Əzim deyir ki, pambıq günəş və su bitkisi olduğu kimi, həm də ona qulluq etməyi, nazını çəkməyi çox sevir. Biz də bu sevgini göstərməyə çalışırıq.
    Pambığın yığımına başlanıb. Cari ildə də keçən ilki kimi bol məhsul götürəcəyimizə barlı-bəhrəli kollar zəmin yaradır.

    Kənan Hüseynzadə

    Müəllif: Redaktor, 10:44

    Teqlər:

İsmarıclar bağlıdır.