72 yaşlı bir yapon 24 saniyədə 206 söz deyərək qadınlar arasında rekord qazanmışdır.
* * *
Yaponiyada Kaqosima Yutaka Takaoka 2 saat 26 dəqiqə 31 saniyə fasiləsiz papiros çəkmiş və çempion olmuşdur. Onu şəhər papiros çəkənlər cəmiyyətinin sədri seçmişlər.
* * *
1964-cü ildə 48 yaşlı bir idmançı Los-Ancelesdən Nyu-Yorka qaçış edərək 5120 km məsafə qət et-mişdir. O, bu məsafəni 73 gün 8 saat 20 dəqiqəyə qət etmişdir. Yəni gündə 68,8 km yol qaçmışdır.
Bu müddətdə o, 15 kq arıqlamışdır.
* * *
Təhlükəli yarışlardan biri köpək balığı ilə vuruşmaqdır. 1986-cı ildə Lond-Aylend sahillərində (ABŞ) amerikalı D.Bradik köpək balığı ilə iki saatlıq vuruşmada qalib çıxmış və dünya rekordu qazanmışdır. Onun gərgin vuruşda öldürdüyü köpək balığının uzunluğu 5,2 metr, çəkisi 1565 kiloq-ram olmuşdur.
* * *
Amerikada gürzə tutmaq üzrə də yarış keçirilir. Kim çılpaq əli ilə 5 gürzə ilan tutarsa, o yarışın qalibi sayılır.
* * *
Misir şahı (çariçası) Kleopatra gürzəni döşünə qoymaqla özünü öldürmüşdür.
* * *
Belçikalı Brunon Laynen 109 dayanışla 11 ay təyyarədə səyahət etmişdir. Bu müddətdə 85623 km məsafə qət etmişdir.
* * *
Kenqurular ömrü boyu su içmirlər. Onlar suyu yedikləri bitkilərdən hasil edirlər.
* * *
Tropik quş yeyən hörümçəklər eyni zamanda qurbağa və kərtənkələ də yeyir.
* *
Ən iri heyvan göy balinadır. Onun çəkisi 150 ton, uzunluğu 25-30 metrdir. Mədəsinin tutumu 2 tondur, hər dəfədə ürəyindən 8 ton qan keçir. Yeni doğulmuş balinanın çəkisi 1,5-2 ton, uzunluğu 9 metrə çatır. Balası gündə 600 kq süd içir.
* * *
Quruda yaşayan ən iri heyvan–Afrika filidir. Onun çəkisi 7,5 ton, uzunluğu 7,5 metrə çatır.
* * *
Fil saatda 20 km qaçır.
* * *
Ən hündür heyvan zürafədir. Onun hündürlüyü 4,8-5,8 metrə, çəkisi 750 kiloqrama çatır. 7 metr hündürlüyündə olan ağac boyuna çata bilər. Çox az yatan heyvandır. Gecədə cəmisi 20 dəqiqə yatır.
Təqdim etdi: professor Rasim AXUNDOV