Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Okt

    “BALA KİRPİ” İLƏ “BALA TUTUQUŞU”nun SÖHBƏTİ

    “Bala Tutuquşu” təzəcə dil açırdı. Anası ona Azərbaycan dilini öyrədirdi.
    Bir gün “Bala Kirpi” ilə “Bala Tutuquşu” rastlaşdı.
    –Salam, necəsən?–deyə, “Bala Kirpi” soruşdu.
    “Bala Tutuquşu” cavabında dedi:
    –Privet, brat, vse xoroşo.
    “Bala Kirpi” fikirləşdi: “Əlbət, bu, şəhərdən gəlib, ona görə rus kəlmələri işlədir. Sonra bu fikirdən daşındı. O, üst-başından şəhərliyə oxşamırdı. Düşündü ki, bəlkə bunun valideynlərindən biri rusdu?
    Fikirləşdiyini dilinə gətirdi:
    –Sən hansı millətdənsən?
    –Çisti azərbaycanlıyam. Papam Şəkidəndir, mamam Bakıdan.
    –Sənin neçə yaşın var?
    –Uje uşkola gedirəm.
    –Ay maşallah! Bəs bu danışdığın sözləri sənə kim öyrədib?
    –Evdə mamam, yaslidə öyrətmənim.
    –Sənin danışdığın dil hansı dildir?
    –Kaneşno, Azərbaycan.
    –Axı, dediyin sözlərin çoxu Azərbaycan sözləri deyil.
    –Get, ələ, qarnını qaşı. Sən mənim mamamnan, ya öyrətmənimdən çox bilirsən, çto li?
    –Bəs atan nə deyir?
    –Mənim atam Allahın kəndçisidir. O, selskiy paren olduğuna görə elə selskiy də danışır: “Hahindi sənin gözüvü yiyim. Cijimlə əmim bağuşutdu. Habıdı bırda, ağzıvın içində”. Fikirləşmir ki, indi bu dil köhnəlib. Papama deyirəm ki, ey, paren, nado dumat qolovoy. Nastoyaşşiy dildə qonuş. Kimə deyirsən? Kəndçi oğlu kəndçidir! “Amma mamam çistokrovni yevropeyski bir ma-damdır, Azərbaycan dilini də gözəl bilir, mənə də bu dili elə o öyrədib.
    –Ay maşallah! Elə sənə öyrətdiyi sözlərdən də bilinir ki, dilimizi “gözəl” bilir. Bəs anan nə işlə məşğuldur?
    –Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatından urak keçir. Nujelni sənin kulturan–zadın yoxdur! Ətrafına bax, nauçi də!
    “Bala Kirpi” bilmədi ki, yumurtadan dünən çıxan bu haramzadaya nə desin?! Doğma dilimizi kənardangəlmə əcnəbi sözlərlə zibilləməyi bir yana, hələ adama da lağ eləyir. O, əsəbini zorla gizləyib, istədi ki, bu təzə tüklənmiş Tutuqu-şuya dilimizin incəliklərindən, saflığından və zənginliyindən danışsın. Ona görə də dedi:
    –A “Bala Tutuquşu” qardaş, sən danışanda bir çox sözləri öz Azərbaycan dilimizdə deyil, ayrı millətlərdən gəlmə sözlərlə tamam qarışdırıb eləyirsən xurdu-xəşil. Bax, işlətdiyin rus, türk və digər sözlərin hamısının qarşılığı var. Niyə onlardan istifadə etmirsən?
    –Ey, daraqoy, mənim mazqımı xarab eləmə! Sən get öz bildiyin dildə danış. Mən çisti mamamın dilində danışıram. Nahaq yerə dilimizə ana dili deməyiblər ki? Həm də elə bəzi televiziya verilişlərində də, internetdə də, hətta bir çox vəzifəli adamların evlərində də toçnı mənim kimi danışırlar. Uje sən məni nadayel eləyib, nervilərimi oyatdın. Yeter! Qapa çeneni! Get reklamlara bax, mağaza adlarına bax, sonra mənə denən.
    “Bala Kirpi” ondan əl çəkmədi:
    –A dərdin alım, sən onlara fikir vermə. O işlər dilimizə hörmətsiz yanaşan bir qrup savadsız adamın işidir. Hamı dilimizi sənin anan kimi “təmiz” bilməz, ha!
    –Ona baxma, buna baxma, televizora baxma, deputata baxma, qonuma-qonşuya baxma, hıqqına-hıqqına danışan vəzifəli adama baxma, öyrətmənə və öyrəncilərə baxma, ladna, ay brat, bəs kimə baxım?!
    –Bunlardansa, məktəbdə “Azərbaycan dili” kitabını yaxşı oxu.
    “Bala Kirpi”nin yadına düşdü ki, bir çox dərsliklərdə də aləmi qatıblar biri-birinə. Bu uşaq ondan nə öyrənəcək ki?! Tez fikrini dəyişdi:
    –Yaxşı, gəl mən sənə dilimizdə ən çox işlənən yabancı sözlərin qarşılığını deyim, sən də yadında saxla:
    –Xaroşo, yest.
    –Məsələn, dərman satılan yerə nə deyirlər?
    –Aptek.
    –Onun yerinə “Dərman evi” desək, nə təhər olar?
    “Bala Tutuquşu” başını qaşıdı.
    –Yaxşı, “Mehmanxana” və ya “Hotel” sözlərinin yerinə “Qonaq evi” demək olmazmı? Və yaxud “Təyyarə” sözü əvəzinə “Uçan”, “ruçka” sözü əvəzinə “yazan” deyə bilmərikmi?
    “Bala Tutuquşu” əsəbləşdi:
    –Ə, tupoy, savramenni ol ey, savramenni. Köhnə bazara nə təzə nerx qoyursan? Padumaeş!
    “Bala Kirpi” bu “şəhərskoy Tutuquşu”nu sakitləşdirmək üçün şirin dilini işə saldı:
    –Qaqaş, mənim deməyim odur ki, öz dilimizdə ola-ola niyə Avropa–rus və yaxud ərəb-fars mənşəli sözləri işlətməklə ana dilimizi bərbad hala salırıq? Məsələn, “zavtrak” əvəzinə “səhər yeməyi”, “obed” əvəzinə, “günorta yeməyi”, “ujin” əvəzinə “axşam yeməyi” deyə bilmirikmi? “Kux-na” əvəzinə “mətbəx”, “qruşka” əvəzinə “dolça”, “xaladilnik” əvəzinə “soyuducu”, “peç”in yerinə “soba”, “veşalka” əvəzinə “asılqan”, “ventelyator” əvəzinə “sərinkeş”, “kassa” əvəzinə “seyf” demək olmazmı? Bax, səhərdən sənlə söhbət edirik, danışığında, ən çox rus və türk sözləri işlədirsən. Dil bilmək yaxşı şeydir. Lakin onları yerli-yersiz Azərbaycan dilinə pərçim etmək, yamaq vurmaq çox biabırçı iş-dir. Hansı dildə danışırsansa təmiz danış, xalis danış, başqa millətlərin sözlərini qarışdırıb dilimizi şilküt, şikəst eləmə. Ayıbdır!

    Arenda – İcarə

    Koja – Dəri

    Kraska – Rəng

    Balkon – Eyvan

    Zabor – Barı

    Oçki – Eynək

    Zamok – Qıfıl

    Lustra – Çılçıraq

    Palatka – Çadır

    Semiçka – Tum

    Fontan – Fəvvarə

    Zakaz – Sifariş

    Moyka – Yuyucu

    Pavarot – Döngə

    Motor – Mühərrik

    Prosto – Elə-belə

    Vilka – Çəngəl

    Yolka – Şam ağacı

    Kubik – Kərpic

    Lineyka – Xətkeş

    Razmer – Ölçü

    Fortıcka – Nəfəslik

    Truba – Boru

    Obşi – Ümumi

    Ştraf – Cərimə

    Rul – Sükan

    Svetofor – İşıqfor

    Salyut–Atəşfəşanlıq

    Şofer – Sürücü

    Udobnı – Rahat

    Priyatnı – Xoş

    Tekst – Mətn

    Perexod – Keçid

    İqra – Oyun

    Portfel – Çanta

    Kuxna – Mətbəx

    Pereval-Aşırım

    –Mən neylədim ki?–deyə, “Bala Tutuquşu” təəccüblənir.
    –Sən danışanda indi çoxunun dilində əzbər olmuş “uje”, “vsyo”, “nerv”, “tupoy”, “papa” “mama” və sair və ilaxır sözlər işlətdin. Halbuki “uje”nin əvəzinə “artıq”, “vsyo”nun yerinə “vəssəlam”, “tupoy”un yerinə “maymaq”, “papa”, “mama” əvəzi-nə “ata”, “ana” demək olardı. Düz demirəm?
    “Bala Tutuquşu” ağzını əydi:
    –Yox, düz demirsən. Sən mənim tərbiyəmə pis təsir eləyirsən. Bu, katiqariçeski olmaz! Postayonna deyirsən ki, Azərbaycan dilində təmiz danış. Hamı necə danışır, mən də elə danışıram. A kak je? Sən də toje elə danış. Baran olma. Sənə gülərlər. Fikirləşərlər ki, bu nə durrak kirpidir. Vaapşe, kirpilərin hamısı deyəsən elə sənin kimi niqadyay olurlar. İdi qulyay, yojik!
    –Baş üstə.
    –Ay malades!
    “Bala Kirpi” gördü ki, bununla çənə döymək əbəsdir. Ondan aralandı və gedə-gedə fikirləşirdi ki, dünyaya təzə gələnlər öz ana dillərinə belə yanaşsalar, görəsən bu dilin axırı necə olacaq?!.

    Qələmə aldı: Tofiq YUSİF

    Müəllif: Redaktor, 10:34

    Teqlər:

İsmarıclar bağlıdır.