Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Okt

    –Alo, Martindir?
    –Xeyir,-deyə xəttin o biri başında bir uşaq cavab verir.–Atam evdə yoxdur.
    –Bəs anan?
    –Anam da yoxdur. Kinoya getdilər. Qardaşımla mən evdə təkik.
    –Dəstəyi qardaşına verə bilərsənmi?
    –Bəli.
    Uzun bir səssizlik … Sonra:
    –Verə bilməyəcəyəm, çox çalışdım, ancaq onu beşiyindən götürə bilmədim…
    * * *
    Anası balaca qızına deyir:
    –Əgər ağıllı olsan cənnətə gedərsən, yox, əgər sözümə baxmayıb nadinclik eləsən cəhənnəmə gedəcəksən!..
    Qız:
    –Yaxşı, ana bəs sirkə getmək üçün nə etmək lazımdır?
    * * *
    –İnsanlarla balıqların xasiyyəti oxşardır.
    –Nədən bilirsən?
    –Ağızlarını açmasalar heç birinin başı bəlaya düşməz.
    * * *
    İlk dəfə bal-maskarada gedən sütül bir oğlan gözü tutan qadınlardan birini qızara-bozara rəqsə dəvət edir.
    Qadın istehzayla:
    –Yaxşı, amma mən uşaqla necə rəqs edə bilərəm.
    Oğlan utana-utana:
    –Bağışlayın, mən uşaq gözlədiyinizi bilmirdim.
    * * *
    Yardımsevərlər balında Bernard Şou olduqca yaşlı olan, lakin cavan görünən bir xanımı rəqsə dəvət edir. Şounun bu dəvətindən məmnun olan qadın ona kompliment demək istəyir:
    –Mənim kimi dəyərsiz bir qadınla rəqs edirsiniz. Nə qədər alicənabsınız.
    Şou sakit bir tərzdə cavab verir:
    – Yardımsevərlər balındayıq…
    * * *
    Ağşəhərin abdal adamlarından biri eşşəyə minib yol ilə gedirdi. Yolda Xoca Nəsrəddinə rast gəldi və ona sataşmaq üçün dedi:
    –Xoca, sənin kəramətindən hamı ağızdolusu danışır. Nə olar, bunu bizə də göstərsənə. Bu eşşəyin ayaqlarına bir dua oxuyub üflə qoy sənin kimi iki ayaqlı olsun.
    Xoca:
    –Altındakı eşşəyi iki ayaqlı etmək mənim əlimdən gəlməz, ancaq səni dörd ayaqlı eliyə bilərəm.
    * * *
    Əbdülhəq Hamid bir yığıncaqda deyir:
    –Mənə elə bir şey deyin ki, o uzandıqca qısalmış olsun.
    Bilməcəni kimsə aça bil-mir, axırda özü cavab verir: “Uzandıqca qısalan şey ömürdür”.

    Müəllif: Redaktor, 09:56

    Teqlər:

İsmarıclar bağlıdır.