MÜƏLLİM ÖMRÜNÜN ZİRVƏSİ
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov uzun illər təhsil sahəsində çalışmış, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş dəyərli ziyalı, şəhid qardaşı Azad Abbasovu 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Azad müəllim 1955-ci ildə Ağdərə rayonunun Umudlu kəndində anadan olub. Kəndlərinin işğalından sonra ailəlikcə Tərtər şəhərinə köçüblər. Əvvəllər Umudlu kənd tam orta məktəbində müəllim, sonra direktor müavini, daha sonra isə uzun illər şəhər 6 nömrəli tam orta məktəbinin direktoru vəzifəsində işləyib. Elə həmin məktəbdən də təqaüdə çıxıb. O, həyat yoldaşı Zümrüd müəllimə ilə birlikdə 2 qız, bir ogul övladı böyüdüblər, artıq nəvə sahibidirlər.
Azad müəllimin özündən böyük qardaşı Abbasov Məmməd Salman oğlu 1991-ci il may ayının 25-də erməni işğalçılarının Umudlu kəndinə hücumu zamanı bu hücumun qarşısının alınmasında xüsusi fəallıq göstərmiş və döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu Umudlu kəndinin qəbiristanlığında dəfn olunub.
Rayon rəhbəri Azad Abbasovu təbrik edərək, ona gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətə görə təşəkkürnamə və hədiyyə təqdim edib.
Qeyd edək ki, Azad müəllimin oğlu Məmməd Azərbaycan Ordusu sıralarında xidmət edir. Valideynləri hərbçi övladları ilə qürur duyurlar.
Azad müəllim və onun ailə üzvləri təhsil işçilərinə, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Res-publikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.
“YENİ TƏRTƏR”



Bu günlərdə həmkarımız, “Ağdam” qəzetinin redaktoru Baxşeyiş Abbasoğlunun “Ağdam tarixinin aynası” adlı ktabı çapdan çıxıb. Kitab “Ağdam” qəzetinin 95 illik yubileyinə həsr olunub.
Tərtər rayon Xəlil Əzimov adına Qaynaq kənd orta ümumtəhsil məktəbinə qaz xəttinin çəkilməsi uğurla başa çatdırılıb. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən bu işlər nəticəsində məktəbin istilik təminatı yaxşılaşdırılıb və qış mövsümündə daha rahat tədris mühiti yaradılıb.
Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Slovakiya səfəri zamanı mətbuata bəyanatla çıxış edib. Ölkə başçısı çıxışında bildiribki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir.
Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: Milli və dini həmrəyliyimiz” mövzusunda konfrans keçirilib.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb;
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və YAP-ın təsis edilməsinin 33-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman kompleksinin qarşısında ağacəkmə aksiyası keçirilib.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının təşkilatçılığı ilə YAP-ın təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycan dövlətinin əsas dayaqlarından biridir” başlığı altında tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər;
Yeni ismarıclar