Antisanitar vəziyyət aradan qaldırılıb
COP29 zamanı qarşıya qoyulan mühüm məqsədlərdən biri də əhalinin ekoloji savadlılığının artırılması olub. Hər bir fərd, hər bir vətəndaş təbiətə vurduğumuz ziyanın zərərini anlamayınca, iqlim dəyişikliyinin qarşısını almaq çətin olacaq. Ona görə də tədbirdə qeyd edildiyi kimi, bir problemi hamılıqla həll etmək lazımdır.
Bəzən rayonumuzda da belə hallara rast gəlinir. Məsələn, İsmayılbəyli kəndində vətəndaşlar tərəfindən məişət tullantıları yaşayış məntəqəsinin yaxınlığına tökülərək, antisanitar vəziyyətin yaranmasına, havanın çirklənməsinə səbəb olurdu.
Rayon rəhbərinin kənddə keçirdiyi görüş-qəbul zamanı kənd sakinləri məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdilər.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq İsmayılbəyli kənd İƏD üzrə nümayəndəlik və İsmayılbəyli Bələdiyyəsi tərəfindən ərazidə olan məişət tullantıları xüsusi texnikalar vasitəsilə daşınmışdır.
“Yeni Tərtər”