Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Noy

    Sahibə Əhmədova Xankəndinin Kərkicahan qəsəbəsindəndir. 8 yaşınadək burada yaşayıb. Həyatının qalan hisəssi isə Tərtər rayonunun İrəvanlı kəndi ilə bağlıdır. Ailəsi müvəqqəti olaraq burada məskunlaşıb. İndi Sahibə özü də 2 övlad anasıdır. Soyulan kənd orta məktəbində ibtidai sinif müəllimi işləyir.
    Sahibə Əhmədovanın söhbətindən:
    –Ailədə 5 uşaq idik. İki oğlan, 3 qız. Atamın əsli Laçından idi, ancaq Kərkicahanda yaşayırdıq. Burada yaxşı evimiz vardı. Evimizi tərk edəndə, hamımız uşaq idik. Ancaq baş verənləri yaxşı anlayırdıq. Çünki dəfələrlə ermənilər tərəfindən törədilən cinayətlərin şahidi olmuşduq.
    Ailə başçısı Maşallah kişi artıq həyatda yoxdur. 2009-cu ildə dünyasını dəyişib. Sahibə müəllim deyir ki, o gün olmazdı ki, atamız bizə Laçının Sarıbaba kəndindən və Kərkicahandan danışmasın. Arzu edirdi ki, bizi o yerlərə aparsın. Qismət olmadı…
    Sürəyya anaya isə bu sevinci yaşamaq nəsib oldu Sahibə müəllimin dediklərindən:
    –Torpaqlarımız işğaldan azad ediləndən sonra 74 yaşlı anamı da evimizə apardıq. Hamımız göz yaşlarımızı saxlaya bilmirdik. Ancaq evimizi yarımçıq vəziyyətdə görsək də, bu, sevinc göz yaşları idi. Bir anda burada yaşadığımız illər xatirəmizdə canlandı. Atalı, hamımızın bir yerdə olduğumuz günlər… Didərginlik həyatımız çox çətin keçdi. Ancaq indi, doğma torpağımıza ayaq basmağımızın sevincini də sözlə ifadə etmək çətindir. Bu Zəfəri, xoşbəxtliyi bizə yaşadanlara “çox sağolun!” deyirik.
    İşğaldan azad edilən torpaqlara həyat qayıtdıqca, keçmiş məcburi köçkünlərin də üzü gülür. Kiminə ev verilir, kimisi işlə təmin olunur, ən əsası isə, hər kəs öz doğma torpağında ayaqları üstündə möhkəm dayanır.
    Sahibə müəllimin də arzusu təhsil sahəsində fəaliyyətini Qarabağda davam etdirməkdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:41

İsmarıclar bağlıdır.