İnfeksiya – patogen mikroorqanizmin digər canlı orqanizminə daxil olması və bu-nun nəticəsində yoluxmuş orqanizmdə gedən cavab proseslər. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud infeksiya gəzdirmə formasında aşkar ola bilər.
Hər bir İnfeksiyanın özünəməxsus yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion xəstəliklərində xəstə öskürdükdə, asqırdıqda və danışdıqda İnfeksiya selik damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur; səpgili yatalaq, malyariya, taunun bubonlu forması və s. xəstəliklər qansoran cücülər vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi xəstəliklərintörədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil edir. İnfeksiya müəyyən klinikiəlamətləri ilə özünü göstərən infeksion xəstəlik haqqında və gizli – yəni latent, inapparant infeksiya, immunlaşdırıcı subinfeksiya və mikrobdaşıyıcılıq halında gedir. Daha ətraflı »
-
30İynSəhiyyə İNFEKSİYA üçün şərhlər bağlıdır
-
30İynDigər TARİXİ GÜNLƏR üçün şərhlər bağlıdır
SİLAHLI QÜVVƏLƏR GÜNÜ
Azərbaycanda silahlı Qüvvələrin yaranmasından 102 il ötür.
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhu-riyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkə hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilirdi. Daha ətraflı » -
30İynDigər NARKOMANİYAYA VƏ NARKOBİZNESƏ QARŞI BEYNƏLXALQ MÜBARİZƏ GÜNÜ üçün şərhlər bağlıdır
BMT narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə bu günü elan edib.
Narkotik maddələrin gənc nəsillər arasında ya-yılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq müha-fizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.
Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, haki-miyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzaladı.
Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. -
30İynSəhiyyə VƏTƏNDAŞLARIN SANİTAR-GİGİYENİK MAARİFLƏNDİRİLMƏSİ DAHA DA GENİŞLƏNİR üçün şərhlər bağlıdır
Tərtərdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Tərtər Rayon İcra Hakimiyyətində yaradılan koronavirusa qarşı mübarizə qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar.
İnfeksiyaya qarşı həyata keçirilən profilaktik tədbirlərlə yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri davam etdirilir.
Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, sadə gigiyena qaydalarına riayət etməklə koronavirusdan qorunma yolları və doğru davranış qaydalarından bəhs edən məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər YAP Tərtər rayon təşkilatının, “Qızıl Aypara” cəmiyyətinin Tərtər rayon bölməsinin və Tərtər Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tə-rəfindən əhalinin görə biləcəyi məkanlarda: yaşayış binalarının girişində, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə-müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilmişdir.
Dövlətimiz tərəfindən görülən tədbirlərin effektli olması üçün sakinlərdən müəyyən edilmiş bu qaydalara riayət etmələri tələb olunur. -
30İynDigər “BALA KİRPİ”NİN SƏRGÜZƏŞTLƏRİ üçün şərhlər bağlıdır
KORONAVİRUS QƏLƏT ELƏYİR!
“Bala Kirpi” səhər-səhər yatağından qalxdı. Vacib olan işlərini gördü, əllərini, ağzını, burnunu sabunla möhkəm-möhkəm yudu, yeməyini yedi, çayını içdi, bir də sabunlama əməliyyatı apardı, geyindi-kecindi, spirtləndi, hətta cib telefonunu, fotoaparatını spirtli pambıqla sildi, sonra “Bala Tutuquşu”na zəng elədi. O başdan gələn “Alo” sözünü eşidən kimi dedi:
–Ə, Tutuquşu, bu koronavirusla neyniyirsən? Hələ səni yaxalamayıb ki?
–İraq olsun! Ağzını bu sübh tezdən xeyirliyə aç da, ay kirpinin yöndəmsiz balası! 4 aydır evdəyəm, hara çıxıram ki, virusa da yoluxum? “Evdə qal” kampaniyası üzrə müsabiqə aparılsa, mən qalib olardım, canın üçün!
–Yaxşı, yaxşı. Şəhərə çıxmaq istəyirəm, mənə qoşulursanmı? Ağzına-burnuna maska tax, spirtlən, gəl gedək, şəhər doludur adamnan. Karantin rejimini çoxu vecinə almır.–Ə, kirpi oğlu, kirpi! Sən məni bir o qədər qorxaq hesab eləyirsən?! O balaca virusdur, nə zibildir, mənə neyniyəndir, hə? Deyirlər heç gözlə də görünmür. Hara deyirsən gəlim.
–Özündən çıxma, əllərini spirtli məhlulla yu, ağzına maska tax, əlcək geyin, gəl bazarın qabağına. Orda səni gözləyəcəm.
“Bala Tutuquşu” ədəbazlandı:
–Koronavirus qələt eləyir! Onun özü nədir ki, mənə də neyniyə? Həm də o pandemiyadır, nədir, deyirlər ki, hamısı yalandır, elə bir şey yoxdur.
“Bala Kirpi” nə qədər çalışsa da “Bala Tutuquşunu” başa sala bilmədi. Daha ətraflı » -
30İynƏdəbiyyat HƏR ÇİNARDAN BİR YARPAQ üçün şərhlər bağlıdır
MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN
Mənə yüz il ömür arzulamayın, Payız yarpağıtək qovmasın külək.
Gözlərim görsə də, ayağım, əlim,
Əsalıq olanda dayansın ürək
Sağlıqlar deyəndə hərdən şənimə, Nə özüm kövrəlim, nə sizə gülüm.
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim
Mənə “Yüz il yaşa!” deməsin dostlar, Gülüşüm, yerişim, səsim itməsin.
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin
. Taleyim sevgiylə baxsın üzümə; Görsün yad payına şərik deyiləm.
Gərək olmayanda özüm-özümə,
Deməli, heç kəsə gərək deyiləm
Mənə yüz il ömür arzulamayın, Bu qədər yaşayan hansı çiçəkdir?
Sən yaşda qalmırsa tay-tuşun, tayın,
Qurdla qiyamətə qalmaq deməkdir.
,Mənə yüz il ömür arzulamayın, Ləyaqət, təmiz ad atıb getməsin.
Dünyaya qalacaq malı dünyanın,
Karvanım lənətə batıb getməsin!
Mənə yüz il ömür arzulamayın…
Mənə elə ömür arzulayın ki, Ölüncə ümmantək çağlaya bilim.
Qapı-pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim
Vahid ƏZİZ,
Xalq şairi
-
30İynƏdəbiyyat SƏN MƏNƏ VERDİYİN ƏZABA GÖRƏ üçün şərhlər bağlıdır
Qapında əyilib suala döndüm, Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Elə bil ürəklər daşdı, dəmirdi, Bir üzü ağ küldü,biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba görə
Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi,gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.
Öz eşqim yolunda sadiq canam mən,
Heyf oldum, həm yanan, həm yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə
Düşməzmi güzarım bir dost bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Musa YAQUB,
Xalq şair
-
30İynƏdəbiyyat GEDƏK BİZ OLMAYAN YERƏ üçün şərhlər bağlıdır
Gəl, əl-ələ tutub gedək, Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.
Gəl çıxıb gedək birtəhər Bir kimsə tutmasın xəbər,
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə
Burda qoyaq özümüzü, Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.
Atam oğlu, az çabala, Sən deyən çətin tapılar.
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?
Ramiz RÖVŞƏN,
Xalq şairi
-
30İynƏdəbiyyat DEYİM üçün şərhlər bağlıdır
Bu yerlər həm acı, həm şirin yerlər, Yamanmı söyləyim, yaxşımı deyim?
Burada həsrətlə keçər günlərim–
Birə-beş artırıb yaşımı deyim
Çinarlar qələmim, qayalar dəftər, Yazdıqca tükənməz sinəmdə dərdlər.
Ah çəkdim, diksinib kükrədi Tərtər,
Tərtərə gözümün yaşımı deyim?
Onda yaman döndü çarxı taleyin, Bir anda qurudu arxı taleyin.
Bir başqa nırx idi nırxı taleyin,
O hicran ağardıb başımı deyim
Pərişan elədim şair Hilalı, Ötən günlərimdə gəzdi xəyalı.
Necə başa salım o gülcəmalı,
Otuz ildən sonra naşımı deyim?
Ürəkdə bir neçə sözüm paslanıb, Xatirəm ağlayıb gözüm islanıb.
Xətrinə dəyməsin Məmməd Aslanın,
“Sərsəng”ə başımın daşımı deyim?
Fikrət Sadıq uydu qoşmaya yenə. Arzumun çox uzaq bir çiçəyinə.
İlk eşqin soluxmuş bir ləçəyinə
Ömrümün əbədi qışımı deyim.
Fikrət SADIQ
-
29İynXəbərlər PREZİDENT İLHAM ƏLİYEVİN BMT BAŞ ASSAMBLEYASININ COVİD-19-A HƏSR OLUNAN XÜSUSİ SESSİYASI: DÜNYA DÖVLƏTLƏRİNİN AZƏRBAYCANA OLAN BÖYÜK ETİMADI VƏ HÖRMƏTİ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri sırasında öncül yerlərdən birinə layiq olduğu bir daha əyani şəkildə sübut edildi. Prezident İlham Əliyevin qlobal liderlik qabiliyyəti, dünyada cərəyan edən hadisələrə operativ və real reaksiyası, müxtəlif beynəlxalq məsələlərin həllində təşəbbüskarlığı, siyasi iradə göstərməsi ona çox yüksək nüfuz və hörmət qazandırmışdır.
Prezident İlham Əliyev həmişə öz çıxışlarında qeyd edir ki, COVİD-19 pandemiyası şəraitində özünü təcrid xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.
Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi. Daha ətraflı »
Yeni ismarıclar