

“Azərenerji” ASC işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.
Erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.
Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerjipaylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.



Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub. Rayon Statistika İdarəsindən bildiriblər ki, Tərtərdə 1579,5 hektar meyvə bağları və giləmeyvəlik, 10,1 hektar üzümlüklər var. Meyvə bağları və giləmeyvəliklərin 1312,2 hektarı bar verəndir. Həmin bağlardan 2020-ci ildə 13 min 210,8 ton meyvə və giləmeyvə, 343 ton üzüm yığılıb. Hər hektardan orta məhsuldarlıq meyvə və giləmeyvə üzrə 100,7 sentner, üzüm üzrə 339,6 sentner olub.
2021-ci il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Söz və fikir ustadının zəngin yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etmişdir.
COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Buna səbəb aşağıda-kılardır: -xəstəliyin sürətlə yayılması və əhatə dairəsinin geniş olması; -ümumi xəstələnmə hallarının 20 faizi orta ağır, ağır və kritik kliniki gedişatlı və letallıq səviyyəsinin 3 faizdən yuxarı olması (bəzi 
Mən sizə Bakının 6 nömrəli xəstəxanasının alerqoloqu, həkim Vəfa İbrahimovadan danışacağam.
Hazırda rayonumuzda kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Tarlalarda payız mövsümündə görülən işlər başa çatmışdır. Bu günə qədər rayonumuzda 8790.2 ha ərazidə taxıl əkinlərinin səpin işləri aparılıb. Ondan buğda 5285 ha, arpa isə 3505.2 ha ərazini əhatə edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 892 ha təzə yonca bitkisi və qışlama dövrü keçirilən əkinlər də daxil olmaqla 23 ha soğan, 5 ha sarımsaq bitkisinin səpin işlərini görüblər. Rayonda taxıl əkinləri səpini başlayan kimi təsərrüfatlarda dərhal səp-suvarma işləri də görülübdür. Havaların əlverişli keçməsindən istifadə edilərək, təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 8640 ha ərazidə taxıl əkinlərinin bitiş suvarmasını yeri-nə yetiriblər. Bununla yanaşı pambıq,
Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verib.
Yeni ismarıclar