Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Okt

                                                               MƏNALI ÖMRÜN SİRLİ MƏQAMLARI

    Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz.
    Sokrat
    Mən Mikayıl müəllimi çoxdan tanıyırdım. Dost olmasaq da səmimi salamməleykimimiz vardı. Nə vaxt görüşsək üzünə şirin bir təbəssüm qatıb: “Nə var nə yox?”– deyərdi. Bəstəboylu idi. Asta yerişini heç vaxt dəyişməzdi. Təsadüfi hallarda gülümsəyərdi. Fikrini kəsə və səlist izah edərdi. Az danışardı. Axşam gəzintisinə çıxmağı xoşlardı. Tünlükdən qaçardı. Hər yerdə onun gözəl bir pedaqoq, mükəmməl bir riyaziyyat müəllimi olmağından danışılardı. Şagirdlər Mikayıl müəllimdən həm çəkinər, həm də yüksək hörmət-izzət göstərərdilər. Müəllim yoldaşlarının arasında da dərin nüfuzu vardı. Valideynlər öz uşaqlarını riyaziyyatdan Mikayıl müəllimin hazırlaşdırmasını istərdilər. Onun dərs dediyi və hazırlaşdırdığı uşaqlar həmin fənn üzrə həmişə yüksək bal toplayardılar.
    Mikayıl Səfərovun həyatının sirli məqamları da vardı. Bu məqamlar bəzən rəvayətə çevrilir və ağızdan-ağıza dolaşırdı.
    Əvvəlcə Mikayıl müəllimin qısa tərcümeyi-halı ilə tanış olaq. Səfərov Mikayıl Məhəmmədəli oğlu 1 aprel 1951-ci ildə Mirbəşir rayonunun (indiki Tərtər) Sarıcalı kəndində anadan olub. Atası Məhəmmədəli kişi kolxozçu, anası Növrəstə evdar qadın olub. Ailədə 4 uşaq olublar – 3 qardaş, 1 bacı. Mikayıl müəllimin qardaşları və bacısı dünyalarını dəyişiblər. Mikayıl müəllim ailənin sonuncu övladı olub. Doğulduğu kənddə 8 illik məktəbi bitirdikdən sonra orta təhsilini davam etdirmək üçün Bərdə rayonunun Yenidaşkənd kənd məktəbində oxuyub. 1967-ci ildə həmin kənddə orta məktəbi bitirərək, elə həmin ili Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub. 1971-ci ildə ali təhsilini başa vurub, təyinatla Mirbəşir rayon Qaz-yan kənd orta məktəbinə riyaziyyat müəllimi kimi göndərilib. 1972-ci ildə hərbi xidmətə çağrılıb. Hərbi xidmətini keçmiş SSR-nin Rastov vilayətində keçib. 1973-cü ildə hərbi xidmətini başa vuraraq, yenidən Qazyan kənd orta məktəbində işinə davam edir. 1978-ci ildə rayon Maarif şöbəsi tərəfindən Mirbəşir rayon 1 saylı tam orta məktəbinə göndərilir. 1978-1994-cü illərdə ibtidai siniflər üzrə direktor müavini işləyir. 1994-cü ildə müəllimlərin IV qurultayına nümayəndə seçilir. “SSR-i maarif əlaçısı” döş nişanına, “Baş müəllim”, “Metodist-müəllim”, “Ali kateqoriyalı müəllim” adlarına layiq görülüb. Mikayıl Səfərov müəllimliklə bərabər rəssamlıq və heykəltəraşlıqla da məşğul olurdu. İşlədiyi 1 saylı məktəbdə Nizami Gəncəvinin abidəsini yaratmış və “Xəmsə”sindən ibarət guşə təşkil etmişdi.
    Mikayıl müəllim anası Növrəstə və körpəlikdən hi-mayəsinə götürdüyü qarda-şının oğlu Rüstəmlə birgə Sarıcalı kəndində ata ocağında yaşayırdı.
    Rüstəm deyir ki, orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə yola düşdüm. Sonra ali təhsil aldım. Yalnız hərbi xidmətdən qayıtdıqdan sonra bildim ki, Mikayıl müəllim mənim atam yox, əmimdir.
    Mikayıl müəllim yaşadığı kənddə bir çox işlər görmüşdü. Mədəniyyət evinin tikilməsinə, su artizan quyularının vurulmasına, kənd orta məktəbinə şəhidin adının verilməsinə köməklik etmişdi. Tez-tez kənd uşaqlarını toplayaraq, öz həyətlərində yarışlar keçirir, qabiliyyətli uşaqları seçərək, onların ali məktəbə qəbul olunmasına yardım göstərmişdi. Bunlarla yanaşı, kənddə uşaqlardan ibarət futbol komandası da yaratmışdı. Şəxsi hesabına komandaya idman geyimləri və ayaqqabıları almışdı.
    Anası Növrəstə dünyasını dəyişdikdən sonra Rüs-təmin bacısı ev işlərində Mikayıl müəllimgilə kömək edirdi. Lakin Rüstəmin bacısı ailə qurduqdan sonra bütün işlər Mikayıl müəllimin öz üzərinə düşür. Rüstəm 1986-ci ildə ailə həyatı qürur. Bundan sonra Mikayıl müəllim kənddən köçərək rayon mərkəzində yaşayır. 1992-ci ildə Rüstəm Birinci Qarabağ müharibəsinə gedir. 1994-cü ildə yaralandıqdan sonra Ordudan təxris olunur. Həmin ildən də Mikayıl müəllimin razılığı ilə ayrı yaşamalı olur. Amma nə Mikayıl müəllim, nə də Rüstəm bir-birlərindən ayrı yaşaya bil-mirlər. Yenidən 1997-ci ildə birlikdə yaşamağa başlayırlar.
    Mikayıl müəlim ailə qurmamışdı. Bütün yaxınları onun ailə qurması üçün cəhd göstərsələr də, evləndirə bilməmişlər. Deyilənə görə o, Qazyan kəndində işlədiyi vaxt bir qız sevib. Onu ali məktəbə hazırlayaraq, qəbul etdirir. Tez-tez Bakıya gedərək, sevdiyi qıza baş çəkirdi. Lakin növbəti dəfə qızı görməyə gedərkən Bakıdan çox pərişan və əsəbi qayıdır. Bir daha o qızla görüşə getmir. Nə baş verdiyini heç kim bilmir. Mikayıl müəllim ömrünün sonuna qədər bu sirri heç kimə demir. Əlbət ilk eşqi daşa dəydikdən sonra heç vaxt evlənməməyə qərar vermişdi. 2017-ci ildə Mikayıl müəllim beyin iflici keçirir. Bir ay xəstəxanada yaşadıqdan sonra dünyasını dəyişir.
    Allah rəhmət eləsin!

    Tofiq Yusif

     

    Müəllif: Redaktor, 09:17

İsmarıclar bağlıdır.