Diplomatik korpusun nümayəndələri səfər zamanı əvvəlcə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndində və Suqovuşan qəsəbəsində olmuş, oradan Tərtər şəhərinə və Şıxarx qəsəbəsinə gəlmişlər.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Tərtərin işğaldan azad edilmiş Talış kəndində diplomatik korpusun nümayəndələrinə və jurnalistlərə ərazilərimizdə görüləcək işlərlə bağlı açıqlama verir.
|
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov: “Dövlətimizin başçısı səfər zamanı Talış və Suqovuşanda Azərbaycan bayrağını ucaltdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır”. |