Bu gün təkcə ölkəmiz deyil, bütün bəşəriyyət çətin sınaq qarşısındadır. Dünyanın bütün ölkələri COVID-19 pandemiyasının təsiri altında qalmaqda davam edir. Bir sıra ölkələrdə, o cümlədən ölkəmizdə də məhdudlaşdırıcı addımlar atılsa da, vəziyyəti tam normallaşdırmaq mümkün olmamışdır. Təəssüf ki, son həftələrdə koronavirus infeksiyasına yoluxanların sayında artım hiss olunur. Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunması, pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atmaqda davam edir. Yoluxma riskinin azaldılması istiqamətində yenidən sərtləşdirilmiş karantin rejimi tətbiq edilir, müntəzəm olaraq maarifləndirmə tədbirləri görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə çətin pandemiya dövründə vətəndaşların məşğulluğuna və sosial rifaha dəstək məqsədilə uğurlu siyasət aparılır.
Bütün görülən işlər Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir. Daha ətraflı »
-
10İylDigər “BU DÖVRDƏ ÖN PLANDA OLANI İNSANLARIN SAĞLAMLIĞIDIR VƏ İNSANLARIMIZIN SAĞLAMLIĞI İLƏ MÜQAYİSƏDƏ İQTİSADİYYAT İKİNCİ PLANDADIR” – İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır
-
07İylDigər DÜNYA HƏMRƏYLİYİNƏ NÜMUNƏ üçün şərhlər bağlıdır
COVİD-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü və bu təşəbbüsün dünya dövlətləri tərəfindən bəyənilməsi Azərbaycanın siyasi çəkisinin daha da artmasından xəbər verir.
Dünyada pandemiyanın başlandığı gündən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən həm regional, həm də qlobal səviyyədə bu bəşəri bəlaya qarşı mübarizə aparılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini özündə əks etdirən təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Tam məsuliyyətlə qeyd edə bilərik ki, digər sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünə məxsus imic formalaşdırıb-Azərbaycan modeli.Bu reallıqdır. Çünki Azərbaycanın unikal təcrübəsi dünya tərəfindən qəbul edilir, bəyənilir, eləcə də, ölkəmizdə reallaşdırılan social-iqtisadi dəstək proqramları geniş miqyaslı antiböhran tədbirlərlə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Daha ətraflı »
-
30İynDigər PREZİDENT İLHAM ƏLİYEVƏ TƏRTƏRLİLƏRİN MİNNƏTDARLIQ TELEQRAMLARI üçün şərhlər bağlıdır
Möhtərəm cənab Prezident!
Tərtər rayonunun yeganə mətbu orqanı olan “Yeni Tərtər” qəzetinin kollektivi Tərtərə və tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığını bildirir, liderlik fəaliyyətinizdə daha böyük uğurlar diləyir, ailənizə, o cümlədən Birinci vitse-prezident, xeyirxahlıq və səmimiyyət nümunəsi olan Mehriban xanım Əliyevaya uzun ömür can sağlığı arzulayır!
Hörmətli cənab Prezident!
Bizim Tərtər rayonuna ardıcıl səfərləriniz, bu səfərlər zamanı rayon əhalisi ilə görüşləriniz, onların bir çox müraciətlərini yerindəcə həll etməyiniz, hətta döyüşlər getdiyi zamanlarda belə həyatınızı riskə ataraq tərtərlilərin yanında olmağınız düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən bu bölgənin əhalisini qürurlandırır, öz rəhbərinə güvəncini daha da artırır.
Cənab Prezident!
Onu da qeyd etməyi lazım bilirik ki, 86 yaşı tamam olan Tərtər rayon qəzeti laqeyid münasibət üzündən 7 il-dən çox (1998-2005-ci illər) öz fəaliyyətini dayandırmağa məcbur olsa da, jurnalistlərin dostu kimi Sizin yaratdığınız münbit media mühiti sayəsində yenidən həyata qayıtmışdır. Daha ətraflı » -
30İynTərtər RİH-də DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI ONLAYN QEYD OLUNDU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans formatında görüş keçirib.
İcra başçısı əvvəlcə konfrans iştirakçılarını Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar diləyib.
Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qa-yıdışından sonra yaranmağa başlamışdır.
2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı qanun, fərman və sərəncamlar imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis olunmuş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda öz əksini tapmışdır. Daha ətraflı » -
30İynTəhsil BURAXILIŞ (QƏBUL) İMTAHANLARI KEÇİRİLİB üçün şərhlər bağlıdır
Dövlət İmtahan Mərkəzinin iyunun 19-da qurumun Bərdə regional bölməsinin əhatə etdiyi Füzuli və Tərtər rayonlarında keçirdiyi buraxılış (qəbul) imtahanları başa çatıb.
İmtahanların keçirilməsi üçün bu rayonlarda, ümumilikdə, 6 bina ayrılıb. Buraxılış (qəbul) imtahanları Tərtər şəhər 1, 6 nömrəli və Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərdə təşkil olunub. İmtahanlarda Tərtər rayonu üzrə 741 nəfər şagirdin iştirakı nəzərdə tutulmuşdur. İmtahanlar iki rayon üzrə 19 imtahan rəhbəri, 149 nəzarətçi müəllim, 6 ümumi imtahan rəhbəri tərəfindən idarə olunub. Tərtərdə, həmçinin Azərbaycan dilindən fərqli dildə təhsil alan cari ilin 9-cu sinif məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçirilib. Daha ətraflı » -
30İynKənd Təsərufatı TOXUMLUQ TAXIL BİÇİLİR üçün şərhlər bağlıdır
Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olan taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalının artırılmasına daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı, intensiv becərmə texnologiyasının tətbiqi ilə nail olmaq mümkündür. Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyəti tədqirəlayiqdir.
Tərtər Bölgə Təcrübə Stansiyasının əkin sahələrində becərilmiş taxıl biçilir. Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova Stansiyaının fəaliyyəti, becərilən taxıl sortları barədə məlumat verərək bildirib ki, hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar, yatmaya və xəstəliyə davamlı sortların yaradılması və yüksək reproduksiyalı toxum istehsalıdır. Daha ətraflı » -
30İynSəhiyyə DEZİNFEKSİYA İŞLƏRİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış şəhərcikdə COVİD-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
“Yeni Tərtər -
30İynDigər RAYONUN DÖVLƏT QULLUQÇULARI üçün şərhlər bağlıdır
2020-ci il yanvarın 1-nə Tərtər rayonunda dövlət qulluqçularının sayı 248 nəfər olub ki, onların da 57 nəfərini və ya 23 faizini qadınlar təşkil edir. Dövlət qulluqçula-rının 226 nəfəri və ya 91,1 faizi 4-7-ci təsnifatları, 22 nəfəri və ya 8,9 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir.
Dövlət qulluqçularının 2,8 faizi 1 ilə qədər, 25,4 faizi 1 ildən 5 ilə qədər, 17 fai-zi 5 ildən 10 ilə qədər, 16,1 faizi 10 ildən 15 ilə qədər, 38,7 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 17,8 faizini 30 yaşadək, 10,9 faizini 30-34 yaşda, 14,1 fai-zini 35-44 yaşda, 27 faizini 45-54 yaşda, 29 faizini 55-64 yaşda, 1,2 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir. 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 0,9 faizini icra hakimiyyəti başçısının müavinləri, 23 faizini şöbə müdirləri, 19,9 faizini şöbə müdirinin müavinləri, 5,8 faizini sektor müdirləri, 28,3 faizini baş məsləhətçilər, 3,1 faizini böyük məsləhətçilər, 9,7 faizini aparıcı məsləhətçilər, 9,3 faizini məsləhətçilər təşkil etmişlər.
2019-cu ildə Tərtər rayonu üzrə dövlət qulluqçularının orta aylıq nominal əmək-haqqı 632,3 manat təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 14,7 faiz, 2015-ci illə müqayisədə isə 31,9 faiz çoxdur.TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ
-
30İynDigər LALƏNİN ARZULARI üçün şərhlər bağlıdır
Müasir dövrümüzdə öz is-tedadı, bacarığı ilə fərqlənən yeniyetmə gənclərimiz gündən-günə çoxalır. Onlar həm ailələrinin, həm təhsil aldıqları məktəblərin, həm də cəmiyyətin sevimlisinə çevrilir. Lalə Bayramlı da belə yeniyetmələrimizdən biridir. O, şəhər 6 saylı tam orta məktəbin onuncu sinif şagirdidir.
Məktəbin direktoru Azad Abbasov söz düşəndə Lalə haqqında fəxrlə danışıb deyir:
–Lalə məktəbimizin tərbiyəli və bacarıqlı şagirdlə-rindəndir. Bu sakit və mü-layim təbiətli qızımız yaxşı oxumaqla bərabər ictimaiy-yətçidir. Məktəbimizin tədbirlərində fəal iştirak edir. O, həm də vətənpərvər bir qızdır. Bunu Lalənin çıxışlarından daha aydın görmək olur. O öz kiçik həcmli yazıları ilə mətbuatda çıxış edir. Bizim məktəbin kollektivi Lalə kimi şagirdlərimizlə qürur duyur.
Lalə Bayramlı ilə görüşümüzdə məktəb direktorunun söylədiklərinin bir daha təsdiqini tapdıq. O, gözəl arzularla yaşayır.
Gələcəkdə müəllim olmaq istəyir. Xalqımızın qaçqın-köçgün dərdi, qəhrəman şəhidləri-mizin şücaəti Lalənin kövrək qəlbində bir nisgilə çevrilib. Onun bu nisgillə yazdığı bir neçə məqaləsi “Yeni Tərtər”qəzetində dərc olu-nub. “Erməni qəddarlığı – tarixin üz qarası”nı yazmağa səbəb Xocalı faciəsi olub. Daha ətraflı » -
30İynSəhiyyə üçün şərhlər bağlıdır
Koronavirus epidemiyasının (COVİD-19) dünyanı cənginə aldığı bir vaxtda onun vaksininin hələ də mövcud olmaması və çox ağır hə-yati təhlükələrə gətirib çıxarması bütün bəşəriyyəti narahat edən bir problemdir. Bu infeksiya qısa zaman kəsiyində çox böyük sürətlə yayılmış, dünya üzrə 7 milyondan çox insanın yoluxmasına və 400 mindən çox insanın ölümünə səbəb olmuşdur.
Azərbaycanda da koronavirus pandemiyasına qarşı dövlət səviyyəsində bütün lazımi tədbirlərin görülməsinə baxmayaraq, insanların özlərinin laqeyd münasibətindən yoluxma get-gedə genişlənmiş və əhatəsi böyümüşdür. Buna görə Nazirlər Kabineti yanında Operativ Qərərgah mövcud karantin rejimini daha da sərtləşdirməyə məcbur olmuşdur.
Tərtərdə də koronavirus epidemiyasına qarşı çox ciddi tədbirlər görülür, əhalinin bu sahədə maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Bu göstərilənləri nəzərə alaraq, infeksiya barədə məlumatı oxuculara təqdim edirik.
Yeni ismarıclar