Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında verilən sualları cavablandırarkən bildirib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut edib.
Vurğulayıb ki, Azərbaycan sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Bütün öhdəliklərini qətiyyətlə yerinə yetirib. Əməkdaşlıq etdiyi ölkələrdə rəğbətlə qarşılanıb, etibar qazanıb,
bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib. Xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi Daha ətraflı »


Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında Azərbaycanın Müzəffər Ordusunun onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldiyindən də geniş danışdı. Qeyd etdi ki, Müzəffər Ordu hədəfinə çatdı. Hədəf ərazi bütövlüyümüzün bərpa edilməsi idi və Azərbaycan hərbi qələbəni qazandı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdik. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində biz qələbəni qısa müddət ərzində əldə edə bildik.
Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində üzrə fərdi kateqoriyada qalib gəlmiş “Uşaq kimi düşün” layihəsi üzrə təlimlər davam etdirilir. Təlimlərdə layihə rəhbəri Nigar Hüseynzadə və psixoloq Şirin Ələsgərova, müəllimlər, psixoloqlar və valideynlər iştirak edirlər.
Azərbaycan prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında həm də birgəyaşayış zərurətindən də ətraflı bəhs etmişdir. O, göstərmişdir ki, bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinyerli və xarici media nümayəndələri üçün keçirdiyi konfrans beynəlxalq müstəvidə geniş əks-səda doğurmuşdur. 4 saat davam edən konfransda 35 media təmsilçisinin 50 sualını 4 dildə cavablandıran ölkəmizin rəhbəri İlham Əliyevin məntiqli real faktlara söykənən fikirləri sözün həqiqi mənasında auditoriyanı heyrətə qoymuşdur. Dövlət başcısı suallara cavab verərkən Qarabağda icra olunacaq böyük iqtisadi layihələrdən də danışmışdır. Qeyd etmişdir ki, inşa olunan yollar bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinin adı “Qələbə yolu”dur. Nisbətən aran ərazidən keçən digər
Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün geniş mətbuat konfransı keçirmişdir. Ölkə rəhbəri bir çox məsələıərlə yanaşı Rusiya Rürkiyə Monitorinq Mərkəzinin fəaliyyərindən də bəhs etmişdir. Göstərmişdir ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi bölgədə təhlükəsizliyə nəzarət edir. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma Bəyanat razılaşdırılanda bu müəyyən edilmişdi. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Artıq monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın.
Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində qalib gəlmiş layihələrdən biri də “Uşaq kimi düşün” layihəsidir. Tərtər rayonu üzrə bu müsabiqədə ilk qalib layihədir. Layihə hazırkı vəziyyətlə əlaqədar olaraq onlayn şəkildə həyata keçirilir. Layihədə müəllim və valideynlər üçün təlimlərin təşkili nəzərdə tutulub, təlimlərdə layihə rəhbəri Nigar Hüseynzadə psixoloq Şirin Ələsgərova və müəllimlər psixoloqlar, valideynlər iştirak edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar.

Yeni ismarıclar