Fala baxdırmağın günah olduğunu çoxumuz bilmi-rik. Ona görə də çoxları başına bir iş gələn kimi öz dərdlərinə falçıların əli ilə əncam tapmaq istəyir. Bu bir acı həqiqətdir ki, falçıya getmək artıq bəziləri üçün vərdiş, xəstəlik halını alıb. Bəli, fala inanmaq da, fala baxdırmaq da, fala baxmaq da günahdır. Qurani-Kərim açıq-aydın bildirir ki, qeyb aləmini Allah-Təaladan başqa kimsə bilə bilməz. Bir an sonra nə baş verəcək, onu Allah-Təaladan başqa kim bilər ki? Əgər diqqət yetirmisinizsə, bəzi falçılar yüksək rütbəli məmurlarla “işlədiklərini”, yəni onların işini “düzəltdiklərini” iddia edirlər.
Reklamdır da, hansı məmurun hansı falçı ilə hansı işi həll etdiyini bilməsək də bircə onu bilirik ki, getdikcə artan bu fırıldaqçılara “gözün üstə qaşın var” deyən yoxdur. Üstəlik də, fal-çılığa başlayandan az müddət sonra bahalı maşınlarda gəzməyə başlayırlar. Daha ətraflı »
-
10İylDigər FALÇILIQ FIRILDAQÇILIQDIR üçün şərhlər bağlıdır
-
10İylƏdəbiyyat ALLAHLA “KƏLMƏ KƏSƏN” ŞAİR üçün şərhlər bağlıdır
Əminəm ki, oxucular bu ifadələri qeyri-səmimi qarşılamayacaqlar. Lakin qınaqlara tuş olmayım deyə kəlmə kəsən sözlərini dırnaq arasında yazıram.
Bu şair xalqımızın, xüsusilə şeirsevərlərin yaxşı tanıdığı, haqqında dönə-dönə yüksək fikirlər deyilmiş, məqalələr yazılmış, təbriklər söylənmiş, adına çox sayda şeirlər həsr edilmiş, xatirələr danışılmış ölməz xalq şairimiz Məmməd Arazdır.
Dəyərli hikmətləriylə, gözəl poeziya nümunələriylə, tarkamanda, sazda ruhları oxşayan şirin nəğmələriylə, yaratdığı bütün əsərləriylə qiymətli irs qoymuş Məmməd Araz. “Qayalarda bitən bir çiçəyin” “Vətən daşı” Məmməd Araz.
Sözü layiq olduğu ucalıqda saxlamağı bacaran, sözə son dərəcə qənaət edən, israfçılığı sözə hörmətsizlik sayan, şairlərdən biri, bəlkə də birincisi olan Məmməd Araz.
Onun poeziyası oxuculara şeiri ilahi sirr, şairliyi isə möcüzə-İlahi tərəfindən qulağa pıçıldanmış “vergi” kimi andırır. Daha ətraflı » -
10İylƏdəbiyyat MƏMMƏD ARAZIN ÜRƏK ÇIRPINTILARI üçün şərhlər bağlıdır
ƏLVİDA, DAĞLAR !
Bəlkə bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal!
Dalımca su səpir yoxsa buludlar?
Leysan, salamat qal, yağ, salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər, Gedirəm, əl edir boz biçənəklər.
Nidamı çaylara dedi küləklər:
Bulan, salamat qal, ax salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə, Nərgizlər saraldı şehli çəməndə.
Ey qaragöz pəri, dalımca sən də
Boylan, salamat qal, bax, salamat qal!
Dağların pələngi, şiri də sənsən, Şairi də sənsən, şeiri də sənsən.
Varı, bərəkəti, xeyri də sənsən
Çoban, salamat qal, sağ-salamat qal!
-
10İylƏdəbiyyat DAĞLAR KÜSÜB üçün şərhlər bağlıdır
. Neçə yazdı düşmür yolum, Yəqin dağlar küsüb məndən.
Gedib öpüm, qurban olum,
Yəqin dağlar küsüb məndən.
. Sağsağanlar səksəkəli, Kim baltalı, kim gülləli?..
Yarpaq gördüm qan ləkəli,
Yəqin dağlar küsüb məndən.
Çoxdan dağa-daşa yadam,
Salmır qonum-qonşu yada.
Əlim yatmır qoşmaya da,
Yəqin dağlar küsüb məndən.
Düzlərimə şöhrət Araz,
Harayıma həsrət Araz.
Gecikmisən, Məmməd Araz,
Yəqin dağlar küsüb səndən.
Kəklik uçmur çopur daşdan, Dağ kəlləri baxmır qaşdan.
Bulaq tutqun, çay pərişan,
Yəqin dağlar küsüb səndən.
-
10İylƏdəbiyyat VƏTƏN MƏNƏ OĞUL DESƏ… üçün şərhlər bağlıdır
Buyruqlara sığışmayan inaddım, Çox qanadlar yorub salan qanaddım.
Ulduzlara barmaq silkib, daş atdım,
Nizamlara baş əyməzdi nizamım.
Vətən mənə oğul desə, nə dərdim?! Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim –
Xəzanımdır, xəzanımdır, xəzanım.
Qayaları haçalardı qüdrətim, Buludları parçalardı qüdrətim.
Şimşəkləri qıçalardı qüdrətim,
Yorulanda nur mizrablı ozanım.
Dünənimi döşdən asan deyiləm, Dünənimə qəbir qazan deyiləm.
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki, öz əlimdi yazanım.
O selablar seləliyim yalanmış, Ötən günlər çalağanmış, çalanmış.
Bircə kövrək xatirələr qalanmış,
Onu da ki, ha çevirim, ha sanım…
-
10İylƏdəbiyyat ANA YAŞI üçün şərhlər bağlıdır
Daha gəlməyəcək anamın səsi, Mənə də taleyin yumruğu dəydi.
Düzü acığıma gəlir: bəzisi
Soruşur mərhumun yaşı neçəydi?
Bilmirəm… düşmüşdü saçlarına dən. … Dolaşır sualla cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ana yaşında
-
10İylƏdəbiyyat QANADLI QAYALAR üçün şərhlər bağlıdır
Bir daşmı sıyrılıb qopdu qayadan? Başı hamarlandı bir şiş qayanın.
Burda qayaları qartal sayanın
Uşaq heyrətinə baş əyir adam.
Burda hər zirvəni zirvə qoruyur, Qartal gözləriylə baxır qayalar.
Bir gündə neçə yol bir qartal boyu
Alçalır qayalar, qalxır qayalar…
-
10İylƏdəbiyyat GECƏ PƏNCƏRƏMƏ DIRMAŞAN PİŞİK! üçün şərhlər bağlıdır
Azdı ac gödənə yüz haram tikə, Paslı dəmirləri gəmirmə nahaq.
İşıqla qarnını kim doydurub ki,
Zülmətlə qarnını kim doyuracaq?
Gecə pəncərəmə dırmaşan pişik!
Söyüd də dartınır suyunu alcaq, Bir quru kötüyün ədası yoxdur!
Qurd itdən süləngi, it qurddan alçaq,
Sinəmdə yer versəm, faydası yoxdur,
Gecə pəncərəmə dırmaşan pişik!
Sanma ki, dünyanın bəxtəvəriyəm, Yuxuda xoşbəxtəm, o da ki, yatsam.
Nahaq haqq əritsə, mənəm əriyən,
Əsrin caynağında yumaqdı ad-san.
Gecə pəncərəmə dırmaşan pişik!
Pəncərə sındıqca pişiklər artır, Görən nə yemişik, nə yedirtmişik?
Astana yalayan pəncərə yırtır,
Yəqin çox pişiyə pələng demişik,
Gecə pəncərəmə dırmaşan pişik!
Hər haya-haraya zaman inanmır, Bəlkə Allahlığı bacarmır Allah?!
Çoxdandı qəlbimin çırağı yanmır,
Vallah, gözlərindən od versən, allam,
Gecə pəncərəmə dırmaşan pişik!
Elə marıtdama altdan yuxarı, Nə var yuxarıda? büdrəmək, aşmaq…
Başa başsızları başsız çıxarır,
Yeri get qabını yala, ay axmaq!
Gecə pəncərəmə dırmaşan pişik!
Səninçün fərqi yox hər kim çağırdı, Qapıdan qapıya qaçmağın asan…
Mənim ürəyimə gələn cığırda
Fil azar, şir azar, hörümçək azar,
Gecə pəncərəmə dırmaşan pişik!
-
10İylƏdəbiyyat YAŞADIM üçün şərhlər bağlıdır
Öz ömrümü şum elədi öz əlim, Yazında gül, payızında xəzəlim.
Gündoğandan günbatana mənzilim…
Bu da belə bir ömürdü, yaşadım.
Gah özümü özüm qovdum, yoruldum, Öz diqtəmin buyruğuna qul oldum.
Vətən göyü göylüyündə duruldum,
Bu da belə bir ömürdü, yaşadım.
Zarımağa ömür deyib ağlama,
Hər ölümə ölüm deyib ağlama,
Tale döyüb, haqlı döyüb, ağlama,
Bu da belə bir ömürdü, yaşadım.
Zirvədəki əl çatmayan qala mən,
Ətəkdəki sinə, cığır, tala mən.
Xudafərin harayından qalan mən…
Bu da belə bir ömürdü, yaşadım.
Oğlun yoxdu – sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu, dedilər,
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir ömürdü, yaşadım.
Ocaq oldum, ocaq daşı olmadım,
Hər çalaya axan naşı olmadım,
Arazımla yol yoldaşı olmadım,
Bu da belə bir ömürdü, yaşadım.
-
10İylƏdəbiyyat QOLTUQ AĞACI üçün şərhlər bağlıdır
Qoltuq ağacına yazığım gəlir, Tutub bir binanı çiyinlərində
O zorba bir dirək ola bilərdi
Məğrur bir çobanın çiyinlərində
Nəğmə də oxuyur o, cırhacırla, Qırıla-qırıla…
Qoltuqdan oyana getməyir səsi.
Nədir oxuduğu? — “qoltuq nəğməsi”
Qurd əzən dəyənək ola bilərdi,
Bir körpü tağı da ola bilərdi,
Tüfəng qundağı da ola bilərdi,
Vaxtsızmı qırıldı, tezmi qırıldı…
Özü bu vərdişi ömrünə yazıb,
Onu bir qoltuqdan tullasan əgər,
Yanından yan ötüb bir ayaqsızın,
Kiməsə üçüncü ayağa dönər…
Vüqarı qırıldı, əzmi qırıldı,
Qoltuq ağacından acığım gəlir.
O bütün yollara qoltuqdan baxır,
Girdiyi qollara qoltuqdan baxır.
Daş kaha yaxşıdır bir uçuq damdan,
Duyar eyhamımı bir qoltuq acı.
Deyirəm qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.
Yeni ismarıclar