ÖYRƏNDİKLƏRİMİZ, ÖYRƏTDİKLƏRİMİZ
Öyəndiklərimiz də öyrətdiklərimiz də heç zaman gec və ya tez olmur. Bəzən düşünürük ki, hər ikisində gec, ya da tezdir. Əlbəttə, yaxşı bilirik ki, öyrənməyin də öyrətməyin də yaşı və zamanı yoxdur. Onun hər ikisi başqa biolji tələblərimiz kimi zəruridir, vacibdir. Lakin həm öyrənərkən, həm öyrədərkən bilməliyik ki, nəyi niyə öyrənirik, və yaxud nəyi niyə öyrədirik. Əlbəttə, xeyirlini, faydalını öyrənməli, öyrəndiyimizi də öyrətməliyik. İnsanlığımız üçün öyrənməli, insanlıq üçün öyrətməliyik. Lakin, görək insanlıq naminə öyrəndiyimizi istədiyimiz kimi öyrədə bilirikmi? Hər birimizin dünyagörüşləri, qavrama qabiliyyətləri, münasibətləri muxtəlif olduğu kimi, öyrənmə və öyrətmə bacarıqları da müxtəlif olur. Öyrənməyimiz də öyrətməyimiz də fərdidən başlayıb ümumiyə doğru yönəlir. Təkcə məqsəd və fikrimiz doğruya, faydalıya doğru yönləndirməyi bacaraq.
Bu gün həyatımız o qədər qaynar və mürəkkəbdir ki, çoxluqlar və qeyriadiliklər içərisində mat qalmaq, xeyrli-xeyrsizi tapmaqda, xüsusilə öyrənəcəklərimiz və öyrətdiklərimizdə çətinliklərlə qarşılaşırıq. Görmək, eşitmək və danışmaq bizə sadə gələ bilər. Lakin, bunlar bizim düşündüyümüz qədər də asan deyildir. Bu poseslər bizim təfəkkürümüzdə necə formalaşır və onları necə çatdırırıq.
Həyatda qarşılaşdığımız irili, xırdalı, yaxşılı-yamanlı gördüklərimizi və eşitdiklərimizi anladığımız kimi danışmağa adət etmişik. Bu bizim həm öyrəndiyimiz, həm də öyrətdiyimiz hesab olunur. İstəyirik ki, qarşımızdakı fərdlər də elə bizim kimi düşünüb, bizim kimi qavrasın. Bəzən öyrəndiyimizdə də öyrətdiyimizdə də yanlışlıqlar olur.
Sadə bir misal: Bir ailənin 6 nəfər üzvü var. (daha çox da ola bilər). Baba-nənə, ata-ana, oğul-qız. Hərənin həyata müxtəlif baxışı, qavraması, görməsi, eşitməsi və danışması. Eyni əhvalatmı, hadisəmi – nə olur olsun hər kəsin yanaşması muxtəlifdir. Hər birimiz deyirik ağıllı olaq, savadlı olaq. Bunu bacarırıqmı? Özümüz düşündüyümüz kimi övladları da məcbur edirik ki, bizim kimi düşünsün. Hətta məcbur edirik hökmən biz istədiyimiz, biz dediyimiz olmalıdır. Bu vaxt övladlarımız biz dediyimiz olmağa deyil, bir fərd olaraq, ağlında, beynindəki kimi hərəkət etməyə meyillənir. Dövrün, zamanın tələbini düşünmürük, ətrafımızda nələrin baş verdiyinə–mənfi və müsbət güclərin fərqinə diqqət yetirmirik. Sonda hansı formada olsa kimisə itiririk–ya mənəvi, ya cismani. Diqqət edək: Əvvəllər ai-lələrdə ən azı 4-5, hətta 8-10 uşaq böyüyürdü. Savadsızlığın hökm sürdüyü illər idi. Tək-tək ailələrdə 1 ya 2 nəfər savadlı olurdu. Lakin hamı nümunəvi olmağa çalışır və olurdu da. Bu gün isə əksinə bu qədər irəliləyişin içərisində istədiyimizi ala bilmirik. Məsuliyyətsizlik, böyük-kiçik yolu saxlamamaq, narkomanlıq, ələ baxımlılıq, tənbəllik və s. bu kimi hallar baş alıb gedir. Bunların içərisində sabahı necə düşünə bilərik? Elm- texnika həddindən artıq, təbliğat isə hər yerdə – evdə, məktəbdə, küçədə, işdə. Belə çıxır ki, ya yaxşı öyrənməmişik və ya öyrəndiyimizi yaxşı öyrətməmişik. Nə valideyn, nə müəllim məsuliyyətsizlik, narkomanlıq, tənbəllik və s. öyrətmir, təbiğ etmir. Bəs, onda necə edək? Bütün bunların daxilində vətənpərvərlik bizdə, qeyrət bizdə. Buna söz ola bilməz. Körpə uşaqlarımız da bu ruhda böyüyür. İgid, qorxmaz olmağa çalışır. Amma, bəzi neqativ hallardan yaxa qurtarmaq çox çətindir. Necə edək: Siz deyin nəyi necə öyrənək və necə öyrədək, əziz oxucular.
Elfuzə Vəliyeva