30İyl
(Hekayə)
Qış çıxmışdı. Yaz Qarabağın aran bölgəsinə özünəməxsus bütün gözəllikləri gətirib gəlmişdi. Təbiət yaşıllığa bürünmüş, quşların səsi kəndin içi ilə axan böyük arxın zümzüməsinə qarışmışdı. Kənd camaatının həyatına rəng qatan bu arx Nəsir ağanın məhləsini iki yerə ayırırdı. Arxın bir tərəfində Ağanın mülkü, o biri tərəfində heyvanlar üçün tikilmiş tövlə, çobanlar və nökərlər üçün olacaq-lar var idi. Nəsir ağa dövlətli olmaqla yanaşı, həm də ədalətli bir kişi idi, kimsənin haqqını ayaqlamazdı. Ağanın bir xasiyyəti də var idi, bəzən gözlənilməz qərarlar verərdi. Bu səhərdə heç kimin gözləmədiyi, ev adamlarını da təəccübləndirən bir göstəriş verdi. Tezdən heyvanları yemləyib tövlədən çıxan Zərbəli ağanın gur səsinə diksindi. Daha ətraflı »
30İyl
(Hekayə)
4 İL KEÇSƏ DƏ…
2016-cı ilin yayı idi. Həmişə redaksiyamıza hekayələr göndərən Əntiqə Məmmədova bu dəfə “Tənha ulduz”adlı bir hekayə yollamışdı. Oxumuşduq və qəzetimizdə dərc olunmasını məsləhət bilmişdik. Lakin aradan 4 il keçsə də, o hekayə hansı səbəblərdənsə dərc olunmamışdı.
Bu günlərdə köhnə yazılar qovluğuna baxanda, Əntiqə Məmmədovanın “Tənha ulduz” hekayəsinə rast gəldim və günahımızı yumaq üçün o hekayəni dərc etməyi lazım bildik.
Onu da qeyd edim ki, 4 ildir ki, Əntiqə Məmmədova ilə redaksiyamızın heç bir əlaqəsi yoxdur.
Tofiq Yusif
Hörmət bəslədiyim bir qadına
Gecə yarıdır, göydə ulduzlar sayrışır. Ulduzların bəziləri elə işıq saçırdı ki, sanki, Ay ilə yarışırdı. Mən maraqla yanıb-sönən, bir-birinə, “göz vuran” ulduz-ları seyr edirdim. Aya baxmaqdan isə özümü güclə saxlayırdım. Ta uşaqlıqdan ürəyimdə bir qorxu yaranmışdı…
Bir dəfə başıma qəribə bir hadisə gəlmişdir. Pəncərədən aya tamaşa edirdim. Rəvayətlərə görə güya ki, Ay oğlandır, Günəşsə qız. Mən bunu yalanmı, ya gerçəkmi olduğunu bilmək istəyirdim. O qədər aya diqqətlə baxdım ki, onun qaş, göz, ağız, burnunu gördüm. Üzümə deyən qəfil sillə məni qəribə aləmdən ayırdı. Yan-yörəmə baxdım, heç kimi görmədim. Amma, həqiqətən məni vurmuşdular. Işığı yandırıb sifətimə baxdım. Üzümdə beş barmağın izi vardı. Sillənin yeri qızarmışdır. Daha ətraflı »
27İyl
“Azərbaycanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. Məhz, bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib, eyni zamanda digər sahələrin də tərəqqisinə əlavə təkan verib”. Bu gün ölkəmizin 30-dan çox elektrik stansiyası var və bu, enerji təhlükəsizliyini təmin edir. Hətta, Azərbaycan nəinki özünü elektrik enerjisi ilə təmin edir, bu enerjini ixrac belə edir: “Bununla yanaşı, ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Təsadüfi deyildir ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir”
.“Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də xüsusi əhəmiyyət kəsb edir. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində olduğu halda, bu gün 70 faizə çatıb. Daha ətraflı »
24İyl
Azərbaycan dövləti və onun rəhbəri İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qayğılarını daim diqqət mərkəzində saxlayır, mövcud çətinliklərin həllinə daim dəstək göstərir, bu qəbildən olan insanların həyat tərzinin və sosial rifah halının yaxşılaşması üçün mümkün bütün tədbirləri həyata keçirirlər. Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı Prezident İlham Əliyevin nitqi ölkə başçısı səviyyəsində bu vacib sahəyə olan münasibətin məntiqi təzahürüdür. Bu tədbirdə prezident qeyd etmişdir ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Daha ətraflı »
23İyl
Erməni quldurlarının varlığı sanki qandan-qadadan, qatillikdən və vəhşilikdən yoğrulub, onlar dəfələrlə azərbaycanlıdır deyə qocaya-cavana, kişiyə-qadına, böyüyə-uşağa baxmadan amansızcasına qətillər törədiblər, dinc və əliyalın insanları min-bir əzabla öldürüblər, işgəncə veriblər. Diri-diri gözlərini çıxarıblar, əzalarını doğrayıblar, yenə də bəsdir deməyiblər. Bu erməni xisləti, məkiri və qəddarlığı indi də davam edir. Torpaqlarımızın 20 faizini işğal edən mənfur ermənilər əlavə ərazilər zəbt etmək məqsədi ilə tez-tez basqınlar törədir və mülki əhalini atəşə tuturlar. Bu dəfə isə iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə,
qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Daha ətraflı »
20İyl
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması, rayon ərazisində fəaliyyət göstərən qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictima-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində bununla bağlı tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqinin aparılaraq pozuntu hallarının qarşısı-nın alınması, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi ilə bağlı Tərtər Rayon İcra Haki-miyyətinin başçısının növbəti videokonfransı keçirilib.Videokonfransda rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Daha ətraflı »
20İyl
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş ka-rantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirədə verilən tapşırıqlara uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon polis şöbəsinin rəisi Elçin Qasımov və mobil qrupun üzvləri ilə birlikdə növbəti reyd keçiriblər. Onlar sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar. Daha ətraflı »
20İyl
22 iyul – Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdir-diyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oyna-mış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877-ci ildə qadağa qoyulmuşdur.
Buna əsas səbəb kimi Rusiya-Türkiyə müharibəsinin başlanması və qəzetin siyasi mövzulara da toxunması olub.XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. Daha ətraflı »
20İyl
BİR OCAĞIN İSTİSİ
Başı bəlalar çəkən doğma Tərtərim! Nə yaxşı ki qoynunda həmişə mərd insanların olub. Onlar adlarını tarixə yazıb. Hər dövrünün yaddaşlara həkk olunmuş oğlu, qızı olub, doğma Tərtərim. Onlar sənin övladlarındır, səndən bəhrələnib, sənə güvənib qol-qanad açıblar. Məhs tərtərli adı ilə qü-rurlanıblar, sənin tarixində iz qoyaraq, adı-nı yaşadıblar. Bu dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq, mənim doğma rayonum!
Hər dəfə belə övladlarının həyatından bəhs edib, nəsə yazanda mən də qürur du-yuram. Nə yaxşı ki, sənin övladın olaraq qoynunda böyüyüb boy atmışam mənim doğma, mərd Tərtərim!
Bu gün də sənin tarixində izi qalan insanlardan söz açacağam. Bunun üçün bir ailənin qonağı olub, saçını illərin sınağında ağartmış, gözlərinin nurunu şagirdlərinə vermiş, ömrünü zərrə-zərrə doğma rayonunun övladlarının savadlanmasına həsr etmiş bir qadın, qayğıkeş ana, nəvələrinin nağıl dünyası, yetirmələrinin dilində unu-dulmayaraq hər an xatırlanan Validə müəllimlə söhbət edirəm.
Məqsədim təkcə onun özündən yazmaq deyil. Bu, mülayim sifətli insanın xatirələrində həm dünəni, həm bu günü, həm də sabahı Daha ətraflı »
20İyl
YURD HƏSRƏTLİ MÜƏLLİM
1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldı, ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirdi, iyun ayının 26-da Ağdərə düşmən əlinə keçdi. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdərə istiqamətində əməliyyata başladı. 600 minlik erməni-rus ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın döyüşçüləri dururdu.
42 gün davam edən döyüş Ağdamın işğalı ilə sona çatdı. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhəri 80 kəndi işğal olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. 90 kəndi, 38 kolxozu, 12 sənaye mərkəzi, 74 məktəbi, 271 mədəniyyət evi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaş şəhid oldu. Məcburi köçkün düşən Ağdamlılar Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. Bu işğal nəticəsində ölkəyə ümumilikdə 6 milyard 179 milyon dollar məbləğində ziyan dəydi.
Daha ətraflı »
Yeni ismarıclar