Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,524
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Mar
    Digər VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ üçün şərhlər bağlıdır

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan Koronavirus (COVİD-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması və sizlərin sağlamlığınızın təhlükəsizliyi baxımından Tərtər Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulunun müvəqqəti olaraq məhdudlaşdırılma-sı məqsədəmüvafiq hesab olunmuşdur.
    Müraciətlərinizi Tərtər Rayon İcra Hakimiyyətinin 022-23-6-17-75 qaynar xətti [email protected] elektron poçtu vasitəsilə edə bilərsiniz.
                                                                                                                                                                      Tərtər Rayon İcra Hakimiyyəti

  • 30Mar
    Digər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD – 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir.
    Hazırda Tərtər şəhərinin küçə və prospektləri, çoxmənzilli yaşayış binalarının həyətləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulur. Binaların girişləri və bloklar, dövlət idarələrinin binaları xü-susi məhlulla dezinfeksiya edilir. Ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda qurulmuş monitor vasitəsi ilə və yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri aparılır.

  • 30Mar
    Digər, Xəbərlər ŞƏHİDLƏRİMİZ üçün şərhlər bağlıdır

    “GEDİRSƏN, TEZ QAYIT GƏL…”

    Şəhidlərin hər biri haqqında yazılar işləyəndə bu misralar keçir ürəyimdən:
    Gedirsən, tez qayıt gəl,
    Gözü yolda qalan var…
    Doğrusu, bu sətirlərin kimin olduğunu yaxşı xatırlaya bilmirəm. Amma beynimə hopub, ürəyimə işləyib sətirlərin hər bir sözündəki haray! Elə ona görə də bütün şəhid övladlarımıza şamil etmək istəyirəm. Axı, Vətən üçün canından keçən hər bir şəhidimizin arxasınca gözlər dikilib–ata-ana, bacı-qardaş, ailə-uşaq, sevgili gözləri. Bu gözləri intizarda qoymaq, ağlar qoymaq, yerə-göyə sığan dərd deyil. Ona görə də qapılardan çıxan hər kəsə söyləyirəm. “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var…” Necə ki, bütün şəhidlərimizə və eləcə də Aydın Abdullayevə deyilmişdi… Daha ətraflı »

  • 30Mar
    Digər Hüseynov Maarif Mirməhəmməd oğlu üçün şərhlər bağlıdır

    1958-ci il yanvar ayının 22-də Tərtər şəhərində anadan olub. Şəhər 5 saylı ümumi orta məktəbini bitirib və 1977-1979-cu illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. Qarabağ müharibəsi başlanan vaxt Əhaliyə Məişət Xidməti Kombinatında bərbər işləyirdi. Erməni işğalçılarının törətdikləri vəhşiliklərə dözməyərək könüllü olaraq 1994-cü ilin mart ayında Milli Ordu sıralarına daxil olub. Xidmət etdiyi hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib, cəsurluq və mərdlik göstərib. Snayperçi kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. 1994-cü il may ayının 11-də Tərtər rayonunun Qapanlı kəndinin müdafiəsi uğrunda gedən döyüşdə şəhid olub.
    Tərtər şəhər qəbristanlığında dəfn olunub

  • 30Mar
    Digər Hüseynov Toğrul Rafiq oğlu üçün şərhlər bağlıdır

    1973-cü il oktyabr ayının 13-də Tərtər şəhərində anadan olub. 1990-cı ildə şəhər 1 №-li tam orta məktəbin 10-cu sinfini bitirib. Sonra Gəncə Energetika Texnikumuna daxil olub. 1992-ci ilin avqust ayında həqiqi hərbi xidmətə çağrılıb. Xidmət etdiyi hərbi hissənin tərkibində torpaqlarımızı erməni faşistlərindən təmizləmək üçün Ağdərə bölgəsində döyüşüb. Bir çox döyüş əməliyyatlarında əsgər yoldaşlarına nümunə olub. Ermənilərin canlı quvvəsinin və hərbi texnikasının siradan çıxarılmasında cəsur bir döyüşçü kimi fəallıq göstərib. Dostları arasında yüksək xətir və hörmətə malik olub. Həmişə cəbhənin ön sıralarında iştirak edib. 1992-ci il sentyabr ayının 29-da Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
    Seydimli kənd qəbristanlığında dəfn olunub.

  • 30Mar
    Digər Muradov Əvəz Haqverdi oğlu üçün şərhlər bağlıdır

    1970-ci il dekabr ayının 21-də Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində alıb və 1988-ci ildə Gəncə Baza Texnikumuna daxil olub. 1990-cı ildə keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ilin əvvəllərində hərbi xidmətini yarımçıq qoyaraq doğma kəndlərinə qayıdıb. Həmin ilin sonunda könüllü olaraq “Tərtər Özünümüdafiə Batalyonu”na daxil olub. Xidmət etdiyi batalyonun tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 20də Ağdərə yaxınlığında gedən döyüşdə həlak olub.
    Tərtər rayon Hacıqərvənd kənd qəbristanlığında dəfn olunub.

  • 30Mar
    Ədəbiyyat TOFİQ YUSİF–70 üçün şərhlər bağlıdır

    Tofiq Yusif(Hüseynov Tofiq Yusif oğlu) 1950-ci il aprel ayının 5-də Tərtər rayonunun Xoruzlu kəndində anadan olub. İki ali təhsil alıb.15 ildir ki, “Yeni Tərtər” qəzetinin baş redaktorudur.Kütləvi İnformasiya Vasitələrində səmərəli fəaliyyətinə görə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.“Vətən naminə” və “Əmək veteranı” medalları ilə təltif olunub. “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatıdır. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür. 8 kitabın müəllifidir.
    Daha ətraflı »

  • 30Mar
    Ədəbiyyat ÖMÜR PAYIZININ OĞLAN ÇAĞINDA… üçün şərhlər bağlıdır

    Azərbaycanımızda ziyasından faydanlanmalı çox ziyalılarımız olub və bu gün də var. Onlar istedadlarını, təfəkkürlərini, qabiliyyətlərini, zəkalarını yalnız öz-lərinə məxsus deyil, xalqın sərvəti bilərək fədakarlıqla ömür həsr eləyən əsil ziyalılardır.
    Lakin bölgələrdə yaşayan çox istedadlı ziyalılar var ki, mühitin kölgəsində bir qədər adiləşərək havadarlı, süni ziyaların parıl-tısında sönük görünürlər. Bizlərin də qiymətləndirmədə elədiyimiz xəsislik Günəş ziyasının qarşısını alan buluda bənzəyir. Bu “bəxti gətirməyən” ziyalılardan biri də Tərtər şəhərində yaşayan “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifdir.
    Ömrünün yetmişinci pilləsinə çatan bu insan iki ali təhsil alıb–Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında və Marksizm-Leninizm Universitetində oxuyub. 1967-1970-ci illərdə Tərtər rayon yerli radio veriliş-lərinin müxbiri, 1970-ci illərdə orta məktəbdə müəllim, daha sonra hərbi sənayedə müxtəlif vəzifələrdə işləyib. 1990-1997-ci illərdə “Salam” və “Fədai” qəzetlərinin əməkdaşı olub. Partiya Sovet və nəzarət orqanlarında, daha sonra Tərtər Bələdiyyəsində çalışıb. Daha ətraflı »

  • 30Mar
    Ədəbiyyat ÖMRÜMÜN PAYIZI üçün şərhlər bağlıdır
    Ömrün payızında qarşıma çıxdın,

    Daha çiçəyim yox, daha gülüm yox.

    Sönmüş gözlərimə heyrətlə baxdın–

    Daha alovum yox, daha külüm yox.

     

    Qurumuş dəryada mən–sınmış qayıq,

    Sən gülə, mən çürük kötüyə tayıq.

    Ürəyin Füzuli eşqinə layiq,

    Mənim o sevgiyə layiq könlüm yox.

     

    Sənə məhəbbətdir, mənə qəmdir yaz,

    Sənə layla, mənə dərd–ələmdir saz.

    Sənə bulaq qıyan mənə şeh qıymaz,

    Daha bundan betər qara günüm yox.

     

    Mən–xəzəl, sən isə yamyaşıl yarpaq,

    Bu dünya sənə eşq, mənə dağdır, dağ

    Qəlbim–susuzluqdan çatlamış torpaq,

    Daha yağışım yox, daha selim yox.

     

    Dərdimi deməyə deyim qalmayıb,

    Səni sevməyə də heyim qalmayıb.

    Kəfəndən savayı geyim qalmayıb,

    Bundan ağır sitəm, ötə zülüm yox.

     

    Gedir, yaşamağın həvəsi gedir,

    Gedir, bir şairin nəfəsi gedir.

    Allahın da məndən zəhləsi gedir–

    Min cür əzab verir, amma ölüm yox.

     

    Ağrılar yüküyəm mən Tofiq adda,

    Halıma göynəyir qohum da, yad da.

    Canlı kölgəymişəm mən bu həyatda–

    Bir izə dönəsi ayım, ilim yox.

    Tofiq YUSİF

  • 30Mar
    Ədəbiyyat MƏMMƏD ARAZIN üçün şərhlər bağlıdır

    (Tofiq YUSİFƏ)

    Nələr gördü, nə düşündü, nə yazdı,

    Şükür hələ Dədəm Qorqud varıymış.

    Anlamayan yəqin ağlı dayazmış,

    Söz mülkünün sərvətiymiş, varıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən ilqara, vəfaya bax, a qardaş,

    Tənhalıqda uca dağa qar adaş.

    Bizdən ötrü o göyərən qara daş

    Dar ayaqda arpa cadı, darıymış,

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Duman tutub, çətin keçəm bu dağdan,

    Yurd gəzirəm o dağ zülmət, bu dağ dan.

    Ağıl dözmür, sallanan çox budaqdan,

    Gövdə də ki, bir qocalmış qarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Sən də hərdən, ara dostu, dəy, toxun,

    Nə bir qəlbi incit, nə də dəy, toxun.

    Min-min acdan yox xəbəri day toxun–

    Dövlətlinin qulaqları karıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Bu xınaya bənzəməyir o xına,

    Müəmmadır, çətin hələ oxuna.

    Su tökdülər Yalıncığın oxuna,

    Onun da ki, əsli-kökü xarıymış.

    Qəbri nurla dolsun Məmməd Arazın!

     

    Rafiq, ha dönsə də dünyanın dəfi,

    Şair–haqq aşiqi, pozulmaz səfi.

    Getdi, qoydu varis Tofiq Yusifi,

    Halal olsun, bəxti ona yarıymış!

     Qəbri nurla dolsun Məmməd Arazın!

    Rafiq NƏSİROV