Əlimə qələm alıb nəyisə yazmaq istəyəndə çalışıram ki, Mirzə Ələkbər Sabir deməli “Pisi pis, əyrini əyri, düzü həmvar yazım”. Bir zəhmət adamının əməyindən, şəhid ailəsinin ürək göynərtisindən, əlilin açısından, qaçqın və məcburi köçkünlərin həsrətindən, gənçlərin sevincindən, rayonun tarixində izi qalan insanlardan bir sözlə, dərdlinin dərdindən, hər kəsin arzusundan yazanda çalışıram ki, ürəyimin odunu-közünü qoyub yazam. Hər hansisa yazım kiminsə xoşuna gələndə mənəvi zövq alıram. Buna görə “Yeni Tərtər” qəzetinə ürəkdən bağlıyam, ondan və kollektivdən ayrı düşmək istəmirəm. Amma nə etməli, “bu dünya bir güzgüdür, hər gələn baxıb gedər”. Bir çox insanlar Tərtər rayon qəzeti redaksiyasında işləməli olduğu “qismət payını” yaşayaraq, hərəsi özü boyda xatirələr qoyaraq yaddaşlarda qalıblar. Dünyasını dəyişənlərə Allahdan rəhmət, yaşayanlara sağlam ömür arzulayıram!
Məqsədim bu gün “Yeni Tərtər”in həyatını davam etdirən 6 nəfər haqqında qısa fikir söyləməkdir.
Hər birimiz öz xasiyyətimiz və iş bacarığımızla “Yeni Tərtər” qəzeti vasitəsilə xalqa, Vətənə xidmətimizi davam etdiririk. Bu bizə şərəf verir. Əgər oxucularımızın zövqünü oxşaya biliriksə nə xoş bizlərə!
Qəzetimizin 15 illik yubileyi münasibəti ilə həm özümüzü, həm də oxucularımızı ürəkdən təbrik edirəm.

Baş redaktor
Tofiq Yusif
Yeni Tərtər” qəzetinin fəaliyyət göstərdiyi bu 15 ildə gözünün nurunu, ürəyinin odunu, bir sözlə bütün varlığını bu qəzetə sərf edən bir şair publisist. Bədii yazıları ilə ürək oxşayan, publisist yazıları ilə oxucuların hörmətini qazanan, tənqidi yazıları ilə “aləmi bir-birinə qatan” bir yazar. Bu günün kəm-kəsiri ilə barışa bilməyən, qəzeti bir təhər yaşadan bir redaktor. Çoxlu sayda təltifləri, mükafatları və fəxri adları olsa da, sadə və səmimi bir insan. Daha ətraflı »
Yeni ismarıclar