10Sen
ÇAYLAR AXIR SƏSSİZ-SƏMİRSİZ
(əvvəli keçən sayımızda)
(OÇERK)
Validə müəllimin bu dərsi VIII sinifdə idi. Onlar sinfə daxil oldular. Validə müəllim qonağı təqdim etdi. İfadə yazının mətnini oxudu. Uşaqlar ifadənin planı ilə tanış edildi. Əlavə izahat da verildi. Arada şagirdlərin sualları da cavablandırıldı. Arxada oturan qonaq bütün bunları sakitçə seyr edirdi. 45 dəqiqə tez keçdi, dəftərlər yığıldı. Hər ikisi direktorun otağına gəldilər. Müəllimlər otağı ilə bu otaq yanaşı idi. Müəllimlərin gözü hörmətli alimdə idi. O isə hələ heç nə demirdi. Az sonra fikrini açıqladı və Validə müəllimi təriflədi, ifadə mətnləri oradaca yoxlanıldı, uşaqların müstəqil mühakimələri onu razı salmışdı. Gənc müəllimin uğurları qonağı da sevindirdi. O müəllimə öz tövsiyələrini verdi. Üzünü direktora və inspektora tutaraq müəllimin təltif olunması məsələsini qaldırdı. Artıq əvvəlki həyacanı ötüb keçmiş Validə müəllim özünə məxsus ifadə tərzi ilə bir az zarafatyana, bir az ciddi bir beyt şer dedi:
Farsın Xəyyamı var, Firdovsisi var Daha ətraflı »
10Sen
Şəhidlik adı ölüm deyil, VƏTƏN TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək de-məkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quran-da buyurulur ki, şəhidlik və qazilik peyğənbərlərdən sonra gələn adlardır.
“Qara Yanvar”, bəzən “Qanlı Yanvar” və ya “20 Yanvar” faciəsi kimi qeyd olunur. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticədə 146 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmışdır.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.
Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək deyib: Daha ətraflı »
10Sen

Bu günlərdə Qarabağ müharibəsində şəhid olmuş zabit Aslan İsmayıl oglu Kərimovun anım günü keçirilmişdir. Şəhidin doğmaları onun adı verilmiş və büstü quraşdırılmış Tərtər şəhər 3 saylı ümumi orta məktəbinə gəlmiş, büstü önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad etmişlər.
Avqustun 13-də Aslan Kərimovun şəhidliyinin 28-ci il dönümü tamam olmuşdur.
1991-ci il… Ermənilərin mitinqlərlə, daş atmaqla başladıqları elan edilməmiş müharibə artıq yeni bir mərhələyə qədəm qoyurdu. Taleyinə ermənilərin yaşadığı o vaxtkı Mardakert rayonu ilə qonşuluq yazılmış Tərtər rayonu hər gün müxtəlif çaplı silahlardan və raketlərdən atəşə tutulurdu… Daha ətraflı »
07Sen
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir və son vaxtlar iki qardaş ölkə arasında bu istiqamətində xüsusi canlanma müşahidə edilir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi.
Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb olunması ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Daha ətraflı »
28Avq
Videokonfransda hüquq-mühafizə orqanlarının təmsilçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsindəki şöbənin baş məsləhətçisi Pərviz Eyvazov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən tapşırıqların icra vəziyyətindən, koronavirus pandemiyası ilə bağlı rayonda aparılan mübarizə tədbirlərindən, rayon ərazisində ən çox yoluxma qeydə alınan yaşayış məntəqələrindən, bu günədək 86 nəfərin virusa yoluxmasından narahat olduğunu bildirdi.
Qeyd etdi ki, bunun üçün əhali arasında mobil qruplar tərəfindən maarifləndirmə tədbirləri gücləndirilir, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərar və göstərişlərinə ciddi surətdə əməl olunur.
Sonra rayon rəhbəri bu vəzifələrin yerinə yetirilməsində icra nümayəndələrinin, Daha ətraflı »
28Avq
KİŞİ TƏPƏRLİ QADIN
Bu qadını 80-ci illərdən tanıyırdım. Elə beləcə dilli-dilavər, qoçaq, işgüzar, üzündən mehribançılığı əskik olmayan, sadə, təvazökar. Əvvəllər tez-tez rastlaşardıq. Görünür bu işimizin xüsusiyyətindən irəli gəlirdi. Mən rayon icraiyyə komitəsində yetkinlik yaşına çatmamışların işləri üzrə komissiyanın məsul katibi, o isə kənd sovetinin katibi işləyirdi. O, illər hər birimiz üçün məsuliyyətli və qayğısız illəriydi. İşləməkdən yorulmazdıq, əksinə, işimizdən zövq alardıq. Çünki gənciydik, gördüyümüz hər bir işi gənclik enerjisi ilə yerinə yetirərdik. Artıq o illər arxada qalıb. Ömrün payızına doğru aparan illər bizi də dəyişdirib, bir az həlimləşmişik, bir az da yorğunlaşmışıq.
Redaksiyanın iş planına əsasən bir fermerdən yazmaq istəyirdim. Daha ətraflı »
28Avq
ÇAYLAR AXIR SƏSSİZ-SƏMİRSİZ
(OÇERK)
Azərbaycan təhsili tarixində XX əsrin 60-80 ci illərinin öz yeri, öz tutumu vardır. Məlumdur ki, həmin dövrdə SSRİ-nin müxtəlif regionlarında meydana çıxan qabaqcıl təcrübələr ölkədə geniş yayılır, tez-tez elmi-praktik konfranslar, pedaqoji mü-hazirələr, elmi-metodiki seminarlar keçirilirdi. O illərdə Tərtər RTŞ metodkabineti respublikada qabaqcıl təcrübə məktəbi kimi tanınaraq ayrıca bülleten də buraxırdı. Haqqında söhbət açacağımız Validə İsfəndiyarova pedaqoji fəaliyyətə məhz belə bir mühitdə başlamışdı.
Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Validə müəllimin dərin elmi-nəzəri hazırlığa və pedaqoji ustalığa malik olması onu tezliklə qabaqcıllar sırasına çıxardı. Rayonun Səhlabad kəndində işə başlayan Validə müəllimin sorağı tezliklə bütün rayona yayıldı. İki ildən sonra məsul bir vəzifəyə-rayon komsomol komitəsinin ikinci katibi vəzifəsinə irəli cəkdilər.
O, burada təhsillə bağlı məsələlərə daha çox diqqət yetirdi. İşinin çoxsahəli olmasına baxmayaraq, heç vaxt öz doğma sənətindən, məktəbdən, təhsildən ayrılmayan Validə müəllim tez-tez təhsil ocaqlarına baş çəkir, gənc müəllimlərin qayğısı ilə maraqlanır, yaxşı ənənələrin genişlənməsinə rəvac verirdi. Daha ətraflı »
28Avq
Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə əsasən, bu il Məhərrəm ayı avqust ayının 21-də başlayıb.
Aşura Məhərrəm ayının 10-cu gününə, yəni avqustun 30-na təsadüf edib.
Səfər ayı isə 19 sentyabrda başlayacaq, 17 oktyabrda başa çatacaq.
Məhərrəm ayı və aşura günü nə deməkdir?
Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir. Daha ətraflı »
28Avq

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran
Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, sağ və sol sahil magistral kanalları vasitəsilə həyata keçirilirdi. 25 ildən artıqdır ki, su anbarlarının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər ya-radıb. Odur ki, dövlətimiz tərəfindən həmin ərazilərdəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Daha ətraflı »
20Avq
İclasa Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanları, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Tərtər Cümə Məscidinin axundu da qatılmışdır.
Əvvəlcə rayon rəhbəri Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələr və cari ilin birinci yarısında rayonda görülmüş işlər barədə danışmışdır.
Pandemiya Azərbaycanda da cari ilin 6 ayında ümumdaxili məhsul 2,7 faiz, turizm sektoru 48 faiz, tikinti sektoru 14,5 faiz tənəzzülə uğramışdır.
İcra başçısı cari ildə ölkəmizdə kənd təsərrüfatının
2,2 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 11 faizdən çox artdığını bildirmişdir.
Rayon rəhbəri qeyd etdi ki, Daha ətraflı »
Yeni ismarıclar