Tərtər rayonunda da Covid-19-a qarşı vaksinasiya prosesi davam edir. Müəyyən edilmiş yaş kateqoriyalarına malik olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.
Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım edir.
Bu barədə Səhiyyə Nazirliyi açıqlama verib.
Bildirilib ki, 65 yaş üstü olub, kompüterdən istifadə etməyən şəxslər Tərtər rayon poliklinikasına zəng etməlidirlər.
Poliklinika özü onları sistemdə qeydiyyata alacaq. Ondan sonra da lazım olan vaxt onlara SMS və ya zənglə bildiriş gələcək.
Qeydiyyatdan keçdikdən sonra vətəndaşlara sms-lə məlumat veriləcək və onlar yalniz bundan sonra peyvəndin birinci dozasını vurdura bilərlər.
İkinci dozanın vurulma tarixi və digər məlumatlar isə vətəndaşlara tibb məntəqəsində veriləcək “Məlumat forması”nda öz əksini tapacaq, həm də onlara sms-lə ikinci dozanın vurulma tarixi bildiriləcək.