20May
BƏŞƏRİ MƏHƏBBƏT ŞAİRİ
Mərdə təmiz bir ad
candan əfzəldir, Ləkəli qalmaqdan ölüm gözəldir…
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıçılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan respublikasında 2021-ci il “Nizami Gəncəvi İli” elan edildi.
Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması həmişə diqqət mərkəzində olmuş və bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Daha ətraflı »
20May
880 İL BUNDAN ƏVVƏL DOĞAN GÜNƏŞ
Dahi Azərbaycan şairi İlyas Yusif oğlu Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından dövrünün elmi biliklərinə maraq göstərmiş, mükəmməl təhsil almışdır.
Nizami Gəncəvi ana dilini dərindən bilməklə yanaşı, o dövrün elm dili olan ərəb dilini və şeir dili olan fars dilini mükəmməl öyrənmişdir. Ömrü boyu mütaliədən ayrılmadığına görə get-gedə biliklərini təkmilləşdirərək dövrünün kamil bir aliminə çevrilmişdi. Buna görə də Nizamini “həkim” adlandırırdılar.
Dahi şair mükəmməl dini təhsil almışdır. “Quranı” əzbər bilən şair oradakı fikirləri nəzmlə qələmə alaraq ölməzlik zirvəsinə ucalmışdır. Əsl müsəlman kimi yaşayan Nizami Gəncəvi öz yüksək mənəviyyatı, əxlaqi, davranışı ilə böyük hörmət qazanmışdır. Ona həmçinin “Şeyx Nizami” də deyirdilər. Aza qane olan şair azadlığı hər şeydən üstün bilmiş, sarayda yaşamaqdan imtina etmişdir. Halal zəhməti ilə yaşamış, sifarişlə əsərlər yazmışdır.
Seçmişəm dünyada mən bircə bucaq,
Arpa unu olmuş azuqəm ancaq,
İlantək xəzinə üstə yatıram,
Arpa çörəyiylə oruc tuturam.
Bu misralardan şairin sadə bir həyat keçirdiyi aydın olur.
Nizami Gəncəviyə dünya şöhrəti qazandıran ölməz “Xəmsə”si olmuşdur. Şairin öz həyatına aid faktlara da “Xəmsə”də rast gəlmək olur. Məlum olur ki, onun Afaq adında həyat yoldaşı, Məhəmməd adında oğlu olmuşdur. Oğluna Məhəmməd adı verməsi heç də təsadüfü deyil, şairin peyğənbər sevgisindən irəli gəlir. Daha ətraflı »
20May
İSLAMDA AİLƏ ƏXLAQI
İslamda ailə əxlaqından danışdıqda ailədaxili münasibətlərin məhz sevgi, qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanın anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyəti də artmış olacaq. Hz. Əli buyurur: “Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir. Daha ətraflı »
20May
USTAD SƏNƏTKAR
Azərbaycan sifahi xalq ədəbiyyatının ən böyük nümayəndələrindən və bu növün ən uca zirvələrini fəth edən sənətkarlardan biri də Aşıq Ələsgərdir.
Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı. Əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi.
Alməmməd kişinin ailəsi böyük idi–4 oğlu, 2 qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarnı ac, bir qarn tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı. Buna görə də böyük övladı Ələsgəri 14 yaşında Kərbəlayı Qurban adlı bir varlıya nökər verir. Ələsgər 2 il Kərbəlayı Qurbanın həyətində nökərlik edir. Daha ətraflı »
20May
Tanınmış şair, yazıçı, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifin yaradıcılıq nümunələri tez-tez müxtəlif ölkələrin mətbuatında dərc olunur. İranda fəaliyyət göstərən “Ədəbi körpü” almanaxda da vaxtaşırı Tofiq Yusifin yaradıcılığına müraciət edir. Bu topluda həm latın, həm də ərəb qrafikası ilə yazılar dərc olunur.
Aşağıda Tofiq Yusifin həmin almanaxda görkəmli ədəbiyyatşünas Səxavət İzzətinin dəstəyi ilə dərc olunmuş “Yaşamağa qoyurlar ki, adamı?!” şeirini təqdim edirik


19May
Ötən illər ərzində dünyada baş verən bir sıra təlatümlü hadisələrin, qlobal böhranların, pandemiyanın yaratdığı ciddi çətinliklərin özünü daha açıq şəkildə büruzə verdiyi bir vaxtda Azərbaycan və onun dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası nəinki bütün bunların təsirlərini minimum həddə endirməyi bacardı, həm də dinamik inkişaf tempini qoruyub saxladı. Muxtar respublikanın bölgələrində sosial infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin hər il daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması davamlı yüksəlişi xarakterizə edən amillər sırasında yer alır.
May ayının 10-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri edərək son vaxtlarda Muxtar Respubılikada görülən işlər, həyata keçirilən layihələrlə tanış olub və səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı öz geniş müsahibəsində qeyd edib ki, Daha ətraflı »
18May


Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsinin ardınca 12-13 may tarixlərində burada “Xarı bülbül” festivalının keçirilməsi bizim üçün ən dəyərli arzulardan olmuşdur. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bunu bizə nəsib etdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival bir daha möhtəşəm qələbəmizin, Şuşaya zəfərlə qayıdışımızın təcəssümü oldu. Hələ 1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival ermənilərin şəhərimizi işğal etdiyi vaxtdan 32 il sonra yenidən Cıdır düzündə baş tutdu. Böyükdən kiçiyə hər bir soydaşımız bu möhtəşəm hadisəni böyük qürur hissi və sevinclə qarşıladı. Uzun illərdən sonra Xalqımız tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyev festivalın açılışında çıxış edərək bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu, Böyük Qələbə üçün qəhrəman hərbçilərimizə və Azərbaycan xalqına borclu olduğumuzu qeyd etdi. Eyni zamanda növbəti ildə Şuşanın 270 illik yubileyinin qeyd olunacağı bildirildi. Bu məqəmda İlham Əliyevin “Əziz Şuşa biz qayıtmışıq”, “Əziz Şuşa biz səni dirçəldəcəyik” ifadələri ilə və böyük fəxarət hissi ilə Şuşanın azad olunması xəbərini xalqına çatdırdığı gün xatırlanır. Bəli artıq tarixi Qarabağımıza, o cümlədən doğma Şuşamıza xalqımızın milli-mənəvi dəyərləri qayıtmaqdadır. Cənab Prezidentin təbirincə desək Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin də çıxış etməsi təsadüfi deyildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə tədbirdə yer almışdılar. Bu bir daha sübut etdi ki, Azərbaycan multikultural ənənələrə sadiq bir ölkədir. Bundan əlavə Vətən müharibəsi də bir daha onu göstərdi ki, Azərbaycan bütün xalqların vətənidir, burada hər bir millətin nümayəndəsi dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Bizim ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Daha ətraflı »
16May
2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi.
8 may – bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Lakin Azərbaycan xalqının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. Artıq mayın 8-i də öz bədbinliyini itirib. Azərbaycan Xalqı daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd etməyəcək.
Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Daha ətraflı »
07May
10 may – ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür. Bu il 98-ci ildönümü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır.
Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən
isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.
Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur. Daha ətraflı »
Yeni ismarıclar