Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Okt

    Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında “Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.
    Anım tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.
    Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışdı. Qeyd etdi ki, igid əsgər və zabitlərimizin qəhrəmanlıqları nəticəsində erməni ordusu haqqında yaranan mif darmadağın edildi, 30 il işğal altında olan torpaqlarımız əsarətdən xilas olundu. Düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atdı.
    Sonra İcra başçısı göstərdi ki, birinci və ikinci Qarabağ müharibələrində Tərtər rayonuna da çox ciddi ziyan vuruldu.
    Rayon rəhbəri rayona dəymiş ziyanı faktların dili ilə tədbir iştirakçılarına çatdırdı. Sonra tərtərlilərin müharibədə göstərdiyi şücaət və qəhrəmanlıqlarından bəhs etdi.
    Milli məclisin deputatı Sahib Alıyev çıxış edərək bildirdi ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı.
    Tədbirdə çıxış edən şəhidlərin valideynləri onlara daima qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
    Sonra məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi.
    Mərasim “Şəhidlər” abidə kompleksinin ziyarəti ilə yekunlaşdı.

     

    Müəllif: Redaktor, 10:00

İsmarıclar bağlıdır.