XOCALIYA ƏDALƏT
Bu il Xocalı faciəsindən 30 il ötür. 1992-ci ilin fevral ayında Xocalının azərbaycanlı əhalisinə qarşı misli görünməmiş soyqırım törədilmişdir. Xocalı Soyqırımı kimi tanınan bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər özü yerlə-yeksan edilmişdir. 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini ələ keçirmişdir. Faciənin baş verdiyi gecədən əvvəl Xocalı sakinləri şəhərdə qalmış və (təxminən 2500 nəfər) şəhərə hücum başladıqdan sonra azərbaycanlıların məskunlaşdığı ən yaxın yerə çatmaq üçün şəhərdən çıxmağa cəhd etmişlər. Lakin onların bu planı baş tutmadı. Xocalını məhv edən işğalçılar mülki əhaliyə qarşı xüsusi amansızlıq törətmişlər. Xocalının yüzlərlə günahsız sakininin vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ərazisində baş verən silahlı münaqişə zamanı törədilmiş ən qanlı cinayətlərdən biri idi. Ermənistan silahlı qüvvələri və xarici hərbi birləşmələr Xocalıdan və ətraf yerlərdən çıxa bilməmiş insanların demək olar ki, hamısını vəhşicəsinə qətlə yetirmişlər. Ermənistan rəsmiləri münaqişə zamanı törətdikləri cinayətlərə, o cümlədən Xocalı əhalisinə qarşı törətdikləri vəhşiliklərə görə məsuliyyəti inkar edir, faktları saxtalaşdıraraq, öz mülahizələrinə uyğunlaşdırırlar. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının əlində olan yetərli informasiya ilə yanaşı, faciənin törədilməsi ilə bağlı Ermənistanın məsuliyyətini həmçinin çoxsaylı müstəqil mənbələr və faciə şahidlərinin ifadələri də təsdiqləyir. Daha ətraflı »





İnsan yaşa dolanda daha çox düşünməyə, keçdiyi ömür yoluna yenidən nəzər salmağa imkan yaranır. Əgər çalışdığın sahədə nəyəsə nail olmusansa, daxilən rahatlıq tapırsan. Mən idmançıyam. Bütün həyatımı bu peşəyə həsr etmişəm. Bu gün də məni yaşadan idmana bağlılığımdır.
Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, bu kateqoriyadan olan insanların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunu qazi Cəsarət Haqverdiyevlə söhbətdən də gördük.
Murad Sarıyev şəhid Ərşad Sarıyev adına Gülabatlı kənd tam orta məktəbinin X sinif şagirdidir. Əlaçı şagirdlərdəndir. Gələcəkdə tanınmış beyin cərrahı olmaq arzusundadır. Bunun üçün dərslərinə ciddi fikir verir. Bir neçə dəfə fənn olimpiadalarında iştirak edib. Muradın ən çox sevdiyi fənn riyaziyyatdır. Özü bu barədə deyir:
Mətbuatda, saytlarda müəllim nüfuzu barədə ciddi müzakirələr gedir, “Azərbaycan” qəzetinin baş re-daktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, ən çox sevdiyim “Ədalət” qəzetinin baş təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas və digər ziyalılar müzakirə olunan mövzuya öz münasibətlərini bildirirlər.
İki il müddətində bütün bəşəriyyətin mübarizə apardığı koronavirusun yeni ştamları həyatımıza daxil olduqca, bunlarla mübarizə işlərinin təşkili bö-yük əhəmiyyət kəsb edir.
Ordumuzun şanlı Qələbəsi xalqımıza öz qürurunu qaytarmaqla yanaşı, həm də yaxın keçmişdə “cəbhəyanı” adlanan kəndlərin həyatında böyük dəyişikliklər yaratdı. Belə ki, bizim Qaraağacı kəndi 30 ildən çox bir müddətdə dəfələrlə ermənilər tərəfindən atəşə məruz qalır, insanlar şəhid olur, yaralanırdılar. Kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirdik, çünki namərd qonşular dinc zəhmətlə məşğul olan insanların həyatına təhlükə yaradırdılar.


Yeni ismarıclar