Tərtərdə Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Karantin qaydalarının tələblərinə əməl etməklə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, 44 günlük Vətən müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışılıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin Daha ətraflı »
-
29NoyTərtər RİH-də ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır
-
29NoyDigər YENİ AZƏRBAYACAN PARTİYASININ YARADILMASININ 29-cu İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır



Karantin qaydalarının tələblərinə əməl etməklə keçirilən tədbirdə rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, rayonun idarə, müəssisə rəhbərləri və partiya fəalları iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilib.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bü-tövlüyü və müstəqilliyi uğ-runda həlak olan şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının keçdiyi 29 illik şanlı tarixi, YAP-ın Azərbaycan dövləti və xalqı qarşısında göstərdiyi möhtəşəm fəaliyyəti özündə əks etdirən geniş Daha ətraflı » -
29NoyDigər BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ üçün şərhlər bağlıdır
Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
BMT-nin məlumatına əsa-sən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.
2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Daha ətraflı » -
29NoyXəbərlər AĞACƏKMƏ KOMPANİYASI üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar olaraq Rayon Təşkilatının təşkilatçılığı ilə rayonda ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə kampaniyasında rayon təşkilatının çoxsaylı fəal üzvləri və kampaniyaya cəlb edilən rayon ictimaiyyətinin nümayəndələri tərəfindən “Tərtər – Bərdə” magistral yolu kənarlarına 800 ədəd müxtəlif növ meyvə və həmişəyaşıl ağacları əkilmişdir. -
29NoyXəbərlər QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır
Tərtər Rayon Heydər Əliyev Mərkəzində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyada 221 nəfər könüllü donordan qan götürülüb.
Aksiyada icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan minə yaxın rayon sakini əvvəlcə müayinədən keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Daha ətraflı » -
29NoyXəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır
Tərtər rayon Gənclər mərkəzində “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gənclərinin karyera və məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” adlı maarifləndirici layihəsinin növbəti mərhələsini həyata keçirmişdir.
Üç gün davam edən layihənin əsas məqsədi gənclərə bərabər məşğulluq imkanları yaratmaqdır. Təlim kursunda iştirak edən rayon Gənclər və İdman İdarəsinin,Təhsil şöbəsinin, Gənclərin İnkişaf və Karyera mərkəzinin, o cümlədən Tərtər DAİM-in məsul şəxsləri və könüllülər rayon gənclərinin maariflənməsi və karyera inkişafı baxımından bu layihənin müsbət əhəmiyyətini qeyd etmişlər. -
29NoyXəbərlər VAKSİNASİYA DAVAM EDİR üçün şərhlər bağlıdır
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
Rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiya olunmasını həyata keçirir. İndiyədək rayon sakinlərinə 86 min 289 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 43 min 733, II mərhələ üzrə peyvənd olunanların sayı 38 min 300 və Buster doza üzrə peyvənd olunanların sayı isə 6880 nəfərdir. Daha ətraflı » -
29NoyHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
SONUNCU TELEFON ZƏNGİ

Haqqında yazmaq istədiyim şəhidimizin ailəsi ermənilərin qəddarlığı nəticəsində doğma dədə-baba yurdları olan Basarkeçər rayonunu qoyub çıxdılar. Özlərinə pənah yeri Tərtər rayonunun Bəyimsarov kəndini seçərək, orada məskunlaşdılar.
Bu ailədə 5 uşaq böyüyürdü. Onların dördüncüsü olan Məmmədli Tural Aqil oğlu elə burada – Bəyimsarovda 1998-ci ildə dünyaya göz açmışdı. Uşaqlığı və yeniyetməliyi bu kənddə keçmişdi. Böyüdükcə öyrənmişdi ki, nəinki ailəsi, Daha ətraflı » -
29NoyDigər Doğma yurdlarımız üçün şərhlər bağlıdır
QƏRBİ AZƏRBAYCAN DƏRƏLƏYƏZ MAHALI
Dərələyəz mahalı şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.kmdir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərə-ləyəz və Şərurun dağlıq hissəsi.
Türkmənçay müqaviləsindən (1828) sonra Ru-siyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Daha ətraflı » -
29NoyDigər ERMƏNİ RİYAKARLIĞININ SÜBUTU üçün şərhlər bağlıdır
ERMƏNİLƏR ÖZLƏRİ HAQQINDA
Erməni tarixinin atası sayılan MOVSES XORENASİ hələ 5-ci əsrdə öz qəbilədaşları haqqında deyirdi: “Mən xalqımızın daşürəkliliyini və yekəxanalığını göstərmək istəyirəm. Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Onlar böyük-böyük danışmağı sevən, ikiüzlü millətdir”.
PETRONİY QAY AMATUNİ – erməni sovet yazıçısı: “Ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər”.
KEROP PATKANOV, erməni şərqşünas alimi, erməni tarixi mənbələri üzrə mütəxəssis: “Ermənistan bəşəriyyət tarixində dövlət olaraq heç bir əhəmiyyətli rola malik olmayıb. Onun adı ermənilər tərəfindən yayılan coğrafi termin olub. Bura güclü dövlətləri olan assuriyalılarla, midiyalılarla, iranlılarla, yunanlarla, monqollarla, ruslarla mübahisələrin həlli məkanı olub”. Daha ətraflı »


Yeni ismarıclar