Mayda doğulan tərtərli Vətən Müharibəsi şəhidləri
Axundov Ədavət Zahid oğlu
Ədavət Axundov 1969-cu ilin may ayının 1-də Tərtər rayonunun Umudlu kəndində anadan olub.
Ədavət Axundov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində oktyabr ayının 14-də yaşadığı evin həyətinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhərində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb.
Abbasov Elvin Şamil oğlu
Elvin Abbasov 1992-ci il may ayının 6-da Tərtər rayonunun Umudlu kəndində anadan olub.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elvin Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Hacılı kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elvin Abbasov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Hacıyev Qubad Cəmil oğlu
Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Qubad Hacıyev Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev oktyabrın 10-da Ağdərə istiqamətində şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Quliyev Anar Tofiq oğlu
Anar Quliyev 1985-ci ilin may ayının 23-də Tərtər şəhərində anadan olmuşdur.
Anar Quliyev Vətən müharibəsi zamanı 20 oktyabr tarixində Cəmilli kəndinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub.
Mirzəli Rəşad Hafiz oğlu
Rəşad Mirzəli 1995-ci ilin may ayının 26-da Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Rəşad Mirzəli Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Rəşad Mirzəli oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Hacıqərvənd kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
İsaxlı Anar Rəsul oğlu
Anar İsaxlı 1997-ci il mayın 30-da Tərtər rayonunun Cəmilli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Anar İsaxlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb və yaralanıb. Buna görə də qısa müddətli məzuniyyətə göndərilib. Anar İsaxlı oktyabrın 21-də Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində şəhid olub. Tərtər rayonunun Cəmilli kəndində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsa-sən Anar İsaxlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.