Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Yan

                                                             ŞUŞA QARABAĞIN DÖYÜNƏN ÜRƏYİDİR

    Şuşa Azərbaycan xalqının milli mədəniyyətinin əsas mərkəzlərindən biridir. Şuşa Qarabağımızın döyünən ürəyidir. Şuşasız keçən hər gün bizdən ötrü əsrə bərabər oldu. Çox şükür ki, o ağrılı-acılı günlər artıq arxada qaldı. “Şuşasız bizim işimiz yarımçıq olar” deyən Prezident İlham Əliyev xalqına verdiyi vədə layiqincə əməl edərək, vüqarımızı özümüzə qaytardı.
    Prezidentimizin ətrafında bir yumruq kimi birləşən xalqımız bu xəbəri necə də səbirsizliklə gözləyirdi!
    Bəlkə də xalqın bu ümumi istəyi, arzusu kömək olmuşdu Şuşaya doğru sıldırım qayalarla dırmaşan hərbçilərimizə? Bu gün onların qəhrəmanlığına bütün dünya heyrandır və bizim 44 günlük müharibəmizin təcrübəsi artıq müxtəlif ölkələrdə diqqət və maraqla öyrənilməkdədir.
    Qələbəmizdən dərhal sonra Şuşa ilə bağlı növbəti mərhələ – bərpa və quruculuq mərhələsi başladı. İlk olaraq Şuşaya aparan yolun – “Zəfər” yolunun tikintisinə başlanıldı.
    Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya “Zəfər” yolu ilə səfər etdi. Bu səfəri zamanı o, illər boyu didərgin həyatı yaşayan Nətavanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini öz doğma yurdlarına qaytardı. Bununla da nəinki onların, dünyasını dəyişmiş bütün şuşalıların ruhları şad oldu.
    Martın 16-da qədim Azərbaycan şəhərinə ikinci səfəri zamanı dövlətimizin rəhbəri Vaqif məqbərəsinin tezliklə bərpa ediləcəyinə və bir çox başqa işlərin görüləcəyinə söz verdi.
    Mayın 12-də hər birimiz sonsuz sevinc hissi ilə, ürək çırpıntıları ilə “Xarıbülbül” festivalını izlədik. Həm festival iştirakçıları, həm də televiziya ekranları qarşısında əyləşən tamaşaçılar bu mənzərəni seyr edərkən sevinc göz yaşlarını gizlədə bilmədilər.
    Bu festivalın özəlliyi bir də ondaydı ki, burada Azərbaycanda yaşayan xalqların nümayəndələri – ruslar, yəhudilər, ukraynalılar, ləzgilər və başqaları iştirak edirdilər. 44 günlük müharibə zamanı da biz Azərbaycanda yaşayan müxtəlif xalqların birliyinin, həmrəyliyinin şahidi olduq. Yəni, millətindən asılı olmayaraq, onların hər biri Azərbaycanı öz Vətəni hesab edir və bu torpaq uğrunda canlarından belə keçməyə hazırdılar.
    Qurtuluş Günündə – iyunun 15-də növbəti dəfə Şuşaya səfər edən Prezident İlham Əliyev Qarabağ torpağında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdü. Məhz burada, qədim Şuşa şəhərində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə ilə iki qardaş dövlətlər arasında əlaqələrin yeni, müasir səviy-yəyə çatdırılması müəyyənləşdirildi.
    Az müddət ərzində Şuşada çox böyük işlər görüldü. Ötən il avqustun 29-da Şuşaya gələn dövlət başçısı “Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonrakı açılışında, Molla Pənah Vaqifin büstünün, Bülbülün Ev-Muzeyinin bərpadan sonra, dahi bəs-təkar Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışlarında iştirak etdi.
    Avqustun 30-da isə Vaqifin möhtəşəm məqbərəsinin önündə “Vaqif Poeziya Günləri”nə start verildi.
    Poeziya günlərinin açılışında iştirak edən qonaqlar Şuşanın nə qədər dəyişdiyinin şahidi oldular.
    Şuşanın azad olunmasının birinci ildönümündə – noyabrın 8-də müzəffər Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu şəhərdə oldular. 44 gü-nün şərəfinə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində onlar Cıdır düzündə ağac əkdilər.
    Həmin gün hərbçilər qarşısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi he-yətini və Azərbaycan xalqını Zəfər günü münasibəti ilə təbrik etdi. O bildirdi ki, biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq.
    2021-ci ilin 24 dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 60 illik yubileyini qalib sərkərdə kimi qürurumuz, vüqarımız olan Şuşada qeyd etdi və aldığı təbriklərə Cıdır düzündən cavab verdi.
    “Şuşa ili” çərçivəsində qədim şəhərimiz olan Şuşa daha da inkişaf edəcək, dirçələcək və öz doğmalarını yenidən qoynuna alacaq.
    Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:52

İsmarıclar bağlıdır.