İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 35 kV-luq elektrik veriliş xəttinin çəkiliş işləri başa çatıb və bu gün qəsəbəyə elektrik enerjisi verilib.
İşğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təchiz etmək üçün kompleks tədbirlər davam etdirilir.
İşğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkilib.
Ağıllı Şəbəkə Konsepsiyası işğaldan azad olunan digər ərazilərdə olduğu kimi Suqovuşan ərazisində də tətbiq edilir. 35 kV-luq xətt izolyasiyalı kabellə çəkilib.
Müqayisə üçün, bildirək ki, Suqovuşan ərazisinin elektrik təchizatını təmin etmək üçün müasir izolyasiyalı və Mühafizəli 35 kV kabel xəttindən istifadə, Daha ətraflı »
-
31MayXəbərlər SUQOVUŞANA ELEKTRİK ENERJİSİ VERİLDİ üçün şərhlər bağlıdır
-
31MayKənd təsərrüfatı İPƏKQURDUNUN BƏSLƏNİLMƏSİ BARƏDƏ MƏLUMATLANDIRMA üçün şərhlər bağlıdır
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən İsmayılbəyli kəndində fermerlərə məxsus kümxanada “Baramaçılıqda aqrotexniki qaydalara düzgün əməl etməklə ipəkqurdunun bəslənməsi” mövzusunda təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfər kümçünün və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimlərdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
Təlim zamanı Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Namiq Məmmədov, mütəxəssisləri Süleyman Məmmədov və Flora Ələsgərova kümçülərin həyata keçirməsi gərəkən aqrotexniki tədbirlər haqqında öz təcrübələrini bölüşüblər. Tut ipəkqurdlarından bol məhsul əldə etmək üçün, onların bəslənməsi, saxlanma şəraiti qarşılıqlı diskusiya şəklində müzakirə olunub. Kümçüləri maraqlandıran suallar cavablandırılıb. -
31MayDigər UŞAQLARI MÜDAFİƏ EDƏK üçün şərhlər bağlıdır
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.
Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Daha ətraflı » -
31MayDigər ƏTRAF MÜHİTİ QORUYAQ üçün şərhlər bağlıdır
5 iyun “Ümumdünya Ətraf Mühit Günü”nün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat – BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.
Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətna-məsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır. Daha ətraflı » -
31MayDigər QARAKİLSƏ KƏNDİNDƏ ERMƏNİ VƏHŞİLİYİ üçün şərhlər bağlıdır
Etibarla söhbət etdikcə Zəngəzur mahalının keçmişi və bu günü, erməni işğalının əvvəlki və sonrakı dövrü, o yerlərin əsrarəngiz gözəllikləri, buz bulaqları, şırıltı ilə axan nəğməli çayları, nadir meşələri, laləli düzləri, qarlı zirvələri və bir də zəhmətkeş insanları gəlib gözlərimin önündən keçir. Vaxtı ilə mən də o mahalın çox yerini gəzmişəm. Kim saflıq və hallalığın, hörmət və səmimiyyətin, kişilik və igidliyin nə olduğunu bilmək istəyirsə, o mahalın insanları ilə tanış olsun…
Etibar Pirməmmədov danışır… atası Cümşüd kişidən, onun şahid olduğu erməni vəhşiliklərindən, o vaxtı azərbaycanlıların başlarına gətirilən müsibətlərdən, dəhşətli faciələrdən danışır, zülmün və zülümkarlığın Ərşə dirənməsindən, axıdılan qanlardan, verilən əzab və işgəncələrdən, bir sözlə, azərbaycanlılara qarşı törədilən erməni barbarlığından, erməni rəzalətindən söhbət açır. Daha ətraflı » -
31MayDigər ZƏNGƏZURU NECƏ İTİRDİK? üçün şərhlər bağlıdır
“101 il əvvəl 1920-ci il noyabrın 30-da Azərbaycan xalqının iradəsi, rəyi nəzərə alınmadan Zəngəzur qəzasının yuxarı hissəsi Azərbaycandan qoparılaraq rəsmən Sovet Ermənistanına verildi.
Tariximizin qara səhifəsi olan bu bədnam hadisə Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının həmin gün keçirilən birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur…Sovet Ermənistanının tərkibinə keçir. İlk mərhələdə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində saxlandı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Zəngəzur ən qədim dövrlərdən həmin tari-xədək hər zaman Azərbaycan torpağı olub. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların böyük çoxluğu da bu fikri təsdiqləyir.
XVIII əsrdə Zəngəzur mahalı Qarabağ xanlığının, çar Rusiyası dövründə isə Gəncə (Yelizavet-pol) quberniyasının tərkibinə daxil olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk) kəndi vardı. Hətta indiki Türkiyə və İran ərazilərindən çox sayda erməni əhalisinin köçürülməsindən sonra belə, burada beş dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində ayrıca inzibati bölgə – qəza olub.
Birinci Dünya savaşında Rusiya və Osmanlıda baş verən hadisələrdən məharətlə istifadə edən Ermənistanın daşnak və bolşevik hökumətləri Zəngəzuru tam anneksiya etmək üçün hərbi-siyasi mübarizəni eyni israrla davam etdirdi. Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Daha ətraflı » -
31MayMilli-mənəvi dəyərlər İSLAM üçün şərhlər bağlıdır
İFTİRA YAĞDIRANIN VƏ BÖHTAN ATANIN YERİ CƏHƏNNƏMDİR
Böhtan və töhmət başqasının razı olmadığı şey haqqında yalan deməkdir. Başqa sözlə desək, başqasına yalanı nisbət verməkdir. Yəni, həmin şəxs bu günahı işlətməmişdir, ancaq yalan danışaraq, onu bu günahla ittiham edirsən. Ya onda olmayan hansısa bir eybi ona nisbət verirsən. İstər onun yanında olsun, istərsə də qaib olan zaman fərqi yoxdur, hər iki halda yalandır.
Böhtan və iftira – hər ikisi böyük günahlardandır O, kəskin şəkildə qadağan edilmişdir. Onun üçün ağır əzab müəyən edilmişdir. Böhtan – yalanın ən pis formasıdır. Əgər şəxs qaibdirsə, onda qeybət hökmündə də gedir. İnsan əslində iki günaha düçar olur: biri yalan və o birisi isə qeybət. Mömin qardaşına ən böyük zülm odur ki, onu işlətmədiyi günahda ittiham edəsən. Böhtan və iftiranın nəticəsində ictimai sistem gec və ya tez dağılacaqdır. İctimai ədalət aradan gedəcəkdir. Daha ətraflı » -
31MayƏdəbiyyat AŞIQ ƏLƏSGƏR-200 üçün şərhlər bağlıdır
AŞIQ ŞEİRİNİN ZİRVƏSİ
Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlarından biri olan Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kişinin ailəsi böyük olduğu üçün qayğıları da çox idi, artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmirdi. Buna görə də böyük övladı olan Ələsgəri Kərbəlayı Qurbana nökər verir. Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayı Qurbanın Səhnəbanı adında bir qızı var idi. Ələsgərlə Səhnəbanı bir-birini sevmiş, səmimi münasibətləri yaranmışdır. Ancaq Kərbəlayı Qurbanın qardaşı olan Məhərrəm Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur, Səhnəbanını isə öz oğluna alır. İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmışdır. Sonra Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl ailə başçısı olmuş, həmişə uşaqlarının maddiiqtisadi qayğılarını çəkmişdir. Aşıq Ələsgər bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara böyük təsir göstərmişdir. O, aşıq yaradıcılığının demək olar ki, bütün sahələrinə müraciət etmişdir. Onun zəngin bədii irsinə dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri daxildir. Daha ətraflı »
-
31MayDigər 28 MAY RESPUBLİKA GÜNÜ üçün şərhlər bağlıdır
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 103 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Daha ətraflı » -
31MayDigər 31 MAY DÜNYA TÜTÜNSÜZ GÜNÜDÜR üçün şərhlər bağlıdır
Mayın 31-i Dünya Tütünsüz Günüdür. Bu gün 1988-ci ildə Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə təsis olunub. DST və tərəfdaşları hər il bu günü qeyd edir, tü-tündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə ef-fektiv siyasət aparmağa çağırır.
DST-nin məlumatına görə dünyada hər il təxminən 8 milyon insan “tütün epidemiyası” səbəbindən vəfat edir. Onlardan 800 mindən çoxu passiv siqaret istifadəçiləridir. Diqqətçəkən məqam ondan ibarətdir ki, siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan vəfat edir.
Azərbaycanda tütün istifadəçilərinin sayı təxminən 1,3 milyona bərabərdir. Daha ətraflı »
Yeni ismarıclar