Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

                                                                   Fevralda doğulan Vətən müharibəsi şəhidləri

                                                    Məmmədov Həsən Asif oğlu
    Həsən Məmmədov 1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun Qaynaq kəndində anadan olub.
    Həsən Məmmədov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 6 oktyabr tarixində Azadqaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
    Ailəli idi. 3 övladı yadigar qalıb.
    Əmirov İsgəndər Yelmar oğlu
    İsgəndər Əmirov 1967-ci ilin fevral ayının 18-də Tərtər şəhərində anadan olmuşdur.
    İsgəndər Əmirov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub.
                                                                             Babazadə Mirşəmsi Elşad oğlu
    Mirşəmsi Babazadə 1996-cı ilin fevral ayının 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub.
    Mirşəmsi Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq oktyabrın 1-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Tərtər rayonunun Mamırlı kəndində dəfn olunmuşdur.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mirşəmsi Babazadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
    Allah bütün şəhidlərə rəhmət eləsin!

     

    Müəllif: Redaktor, 13:23

İsmarıclar bağlıdır.