Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

                                                             ŞAGİRDLƏRƏ PEŞƏ TƏHSİLİ VERİLİR

    Təhsil Nazirliyinin daha bir uğurlu işi olan “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsi 2019-2020-ci tədris ilində fəaliyyətə başlasa da, qısa müddətdə böyük uğurlar qazanıb. Layihənin əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanmasıdır. Şagirdlər peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnmələri yolu ilə əmək bazarına hazırlanırlar. Hər yeni tədris ilində peşə təmayüllü siniflərin əhatə dairəsi genişlənməkdədir. Hal-hazırda sözügedən layihə 80 məktəb, 124 sinif, 2387 şagird, 361 müəllim heyətini əhatə edir.Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə uyğun sertifikatlara da yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək.
    Şəhərimizdə peşə təmayüllü siniflər bizim məktəbdə fəaliyyət göstərir. Şagirdlər burada İT (informasiya texnologiyaları) mütəxəssisi köməkçisi” və “Qənnadcı köməkçi”si ixtisasları üzrə təhsil alırlar. Bundan əlavə “STEAM” dərsləri də tədris olunmaqdadır. 10 P sinfimizdə 19 şagird təhsil alır. Qrup rəhbəri olaraq mənim başlıca vəzifəm onları düzgün yönləndirmək, əsas səriştələr üzrə ilkin bacarıqları aşılamaq, təcrübə səfərləri, infoturlar təşkil etməkdir. Bunların hamısı yeni bir iş olsa da, öhdəsindən layiqincə gəlməyə çalışırıq. Həm də məqsəd şagirdlərdə gələcəkdə seçdikləri peşəyə həvəs oyatmaqdır. İxtisas müəllimlərimiz olan Şəmil Şəmilzadə və Zülfiyyə Abdullayeva şagirdlərimizə öz ixtisaslarının dərinliklərini öyrətmək üçün bütün imkanlardan istifadə edirlər. Dərslərimiz həm nəzəri, həm təcrübə saatlarına bölünüb. İnanıram ki, ixtisas müəllimlərilə əl-ələ verərək bu layihəni rayonumuzda yüksək səviyyəyə çatdıracağıq. Bu layihəni icra etmək üçün imkanlar yaradan və bizi dəstəkləyən məktəbimizin direktoruna da təşəkkürümüzü bildiririk.
    Onu da qeyd etmək istəyirəm ki, həm şagirdlərin özləri, həm də onların vali-deynləri peşə təhsilinə böyük maraq göstərirlər. Belə ki, məktəbi bitirən bütün məzunlar ali məktəblərə daxil ola bilmirlər. Belə olan halda onalrın müəyyən peşə vərdişlərinə yiyələnməsi həyat yollarının düzgün istiqamətləndirilməsinə kömək edir. Bu, bir daha layihənin uğurlu və faydalı olmasını göstərir.

    Nurcahan Əmrahova,
    şəhər 6 saylı tam orta məktəbdə peşə təmayüllü siniflərin qrup rəhbəri

    Müəllif: Redaktor, 12:44

İsmarıclar bağlıdır.