Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

                                                                 GECİKMİŞ HƏYƏCAN TƏBİLİ

    Yəqin ki, televziya izləyiciləri “ATV”-də “Bizimləsən” verilişində Tərtər rayonunun Evoğlu kəndindən 16 yaşlı Ləmanın qaçırılması ilə bağlı çəkilişləri izləyiblər və təəssüf ediblər. Mən saytlarda bununla bağlı verilən “16 yaşlı məktəbli qız qaçırıldı” başlığı ilə razılaşmıram. Ləman qaçırılmayıb, özü qaçıb. Və yenə də çox utancverici haldır ki, bu məktəbli qız efirə qoşularaq, utanmadan, dediklərinin dərinliyinə varmadan, anlamadan hər kəsin, o cümlədən atasının da “cavabı”nı verdi. Hətta erkən nikahla bağlı qanunu öz bildiyi tərzdə izah etdi, sağlamlığının ailə qurmağa imkan verdiyini dedi, Seymurun 10 il bir yerdə yaşadığı qadını da cavabsız buraxmadı.
    Əlbəttə, bu nə birinci, nə axırıncı Ləmandır.
    Görəsən Ləmanların tərbiyəsində harada səhvə yol vermişik? Valideynin boğazından kəsib onu oxutmaq üçün repetitor yanına göndərdiyi halda, Ləmanın yolda tanış olduğu özündən yaşca böyük birinə qoşulub qaçması bizə nə deyir? Hələ ailənin nə olduğunu dərk etməyən, onun çətinliklərini, qayğılarını zərif çiyinlərində daşımağı üzərinə götürən qızlarımızın gələcəyi necə olacaq? İttiham etmək, söz demək, qınamaq asandır. Ancaq övladların etdiklərinə göz yumaraq, “uşaqdır, ağlı kəsmir, ağlı kəsəndə etməyəcək” deməklə onların gələcəyini kölgə altına almış oluruq. Necə ki, Ləmanın anası “telefonla çox danışırdı”, – deyir. Bax elə bundan başlamalı, ana maraqlanmalı idi ki, qızı kimlə danışır saatlarla, nə danışır? Telefondumu, gənclərimizin həyatını korlayan, lazım olmayan saytlardımı övladlarımızın tərbiyəsini dəyişən, yaxud həyatlarını düzgün qura bilməməkləri, boşluqları telefonla doldurmaq istəyirdir?…
    Həqiqətən, telefon həyatımıza elə daxil olub ki, bir evdə yaşayan böyük ailələr belə artıq söhbət etməyi unudublar, hər kəs öz aləmində, öz həyatını yaşayır. Və başlarını qaldırıb olanları görəndə isə artıq gec olur.
    Bu barədə vaxtı keçmiş olsa da həyəcan təbili çalmağa ehtiyac var. Yoxsa, Ləmanların sayı getdikcə daha da çoxalar.

    Svetlana Əzizova

    Müəllif: Redaktor, 12:57

İsmarıclar bağlıdır.