“Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Böyük Vətənpərvər” Ali Mükafatına layiq görülmüşdür. Bu mükafat ona Vətən müharibəsi dövründə göstərdiyi vətənpərvərlik fəaliyyətinə görə verilmişdir. Ali mükafatı icra başçısına “Həqqiqət” Tarixi Araşdırmalar İctimai birliyinin nümayəndə heyəti təqdim edib.
-
10İynTərtər RİH-də ALİ MÜKAFAT TƏQDİM EDİLİB üçün şərhlər bağlıdır
-
10İynTərtər RİH-də NÖVBƏTİ QƏBUL üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Qəbula gələnlər 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti işlərinin ləngiməsi, məişət əşyalarının qiymətləndirilməməsi, şəxsi əmlaklara dəymiş ziyanla bağlı dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi və digər problemlərlə əlaqədar müraciət ediblər.
Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənlib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda olan rayon sakinləri müraciətlərinin dinlənilməsindən razı qaldıqlarını bildiriblər. Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər. -
10İynXəbərlər “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLUB üçün şərhlər bağlıdır
Şəhid gizir Mirzəli Rəşad Hafiz oğlu 26 may 1995-ci ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Murovdağ və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşan uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidin doğum günündə Hacıqərvənd kəndində onun adına olan bulağın açılışı olub.
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbə-sinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin Daha ətraflı » -
10İynXəbərlər UŞAQLARIN BAYRAM SEVİNCİ üçün şərhlər bağlıdır
1
İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin, “Paşa Sı-ğorta” şirkətinin birgə təşkilatçılığı və “Paşa Holdinqin” dəstəyi ilə şəhərimizin parkında şəhid olan qəhrəmanlarımızın və qazilərin övladlarının iştirakıyla tədbir keçirilib.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirakçıları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən danışıb. Tor-paqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib. Rayon rəhbəri qeyd edib ki, ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub. Həmçinin Heydər Əliyev Fondunun uşaqların in-tellektual və fiziki inkişafında həyata keçirdiyi mühüm layihələrin rolu danılmazdır. Daha ətraflı » -
10İynDigər “HƏDİYYƏ KARVANI” üçün şərhlər bağlıdır
Türkiyənin Uşaq Oyunları və İdman Kulubları Federasiyasının başqanı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” Vətən müharibəsi şəhidlərinin övladları üçün bu dəfə Tərtər rayonunda oldu.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Türkiyədən gələn qonaqlar ilə görüşü zamanı onlara bu nəcib layihənin icrası üçün minnətdarlığını ifadə etdi. Bunun bizim üçün çox böyük mənəvi dəyəri olduğunu, iki millət arasında olan qardaşlıq münasibətlərinin doğma Qarabağımızın azadlığı uğrunda apardığımız haqq savaşında düşmənlərimizin süqutunda müstəsna rol oynadığını və bu birliyin bütün dünyaya əbədi dərs olduğunu bildirdi.
Vətən müharibəsində düşmən vandalizminə ən çox məruz qalan rayonlardan birinin də Tərtər rayonu olduğunu bildirən rayon rəhbəri qeyd etdi ki, 44 gün davam edən Vətən müharibəsi ərzində düşmən Tərtərə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, Daha ətraflı » -
10İynXəbərlər ŞƏHİD AİLƏSİNİ ZİYARƏT üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər Rayon Təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olanların ailələri ilə görüşlərini davam etdirir.
Bu günlərdə YAP Rayon Təşkilatının üzvləri Vətən müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət ediblər. Görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışılıb.
Həmçinin bildirilib ki, Tərtər rayon Cəmilli kənd sakini Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğ-runda gedən döyüşlərdə iştirak edib. Düşmənin artilleriya atəşi nəticəsində həlak olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
YAP fəalları şəhidin ailəsinin problemləri ilə maraqlanılıb və köməkliklər göstəriblər.
Şəhid Anar İsaxlının doğum günü ilə əlaqədar onun məzarı ziyarət olunaraq ruhuna dualar oxunub. -
10İynXəbərlər SUQOVUŞANA MEDİA-TUR üçün şərhlər bağlıdır
” Meliorasiya və Su Təsərrüfatı ” ASC- nın təşkilatçılığı ilə jurnalistlərin Suqovuşan su anbarına səfəri təşkil olunub.
Səfərin məqsədi işğaldan azad edilmiş Suqovuşan su anbarının mövcud vəziyyəti ilə tanışlıq və gələcəkdə anbarda aparılacaq infrastruktur işləri ilə maraqlanmaqdır.
Suqovuşan su anbarının azad edilməsi ilə bir neçə rayonun su təminat problemi həll edilib.
Tərtər rayonun ərazisində Tərtərçay çayı üzərində Suqovuşan su anbarı yerləşir. 1976-ci ildə istismara verilmiş bu su anbarı Tərtərçay Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kbm olan su anbarından ümumilikda 96217 hektar torpaq sahələrinin, o cümlədən Tərtər rayonunun 29317 ha, Ağdərə rayonunun 14380 ha,
Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 4918 ha, Bərdə rayonunun 7778 ha, Ağdam rayonunun 30886 ha və Ağcabədi rayonunun 2000 ha əkin sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub. Daha ətraflı » -
10İynXəbərlər SUBARTEZİAN QUYULARI QAZILACAQ üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev mayın 31-də “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödə-nilməsi üçün 20 ədəd subar-tezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb. -
10İynXəbərlər YOLLAR YENİDƏN QURULUR üçün şərhlər bağlıdır
Tərtər rayonunda 11 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur.
Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək.
Texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara yeni asfaltbeton örtüyünün döşənməsi işlərinə də başlanılacaq.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub. -
10İynDigər Respublika mətbuatının səhifələrindən üçün şərhlər bağlıdır
QƏHRƏMAN TƏRTƏRİ GÖZLƏYƏN SABAH
Otuz illik müharibə tariximiz təkcə özümüzü yenidən tanımağa deyil, həm də cəbhəyanı bölgələrimizi durumunu, opnun təbii coğrafi resurslarını yenidən tanımağa, yenidən öyrənməyə səbəb oldu. Bir faktı vurğulamaq yerinə düşərki, bu müharibədə Tərtər rayonu “Azərbaycanən Salinqradı adını qazandırdı. Təbii ki, bu da Tərtər rayon sakinlərinin bütövlükdə bu bölgədə yaşayanların dəyanətini, torpağa bağlılığını, xüsusilə düşmənə qarşı olan böyük qəzəblərini, həm də onların cəsarətini nümayiş etdirdi. Hər kəs gördü ki, tərtərlilər öz kəndləri, öz əkin-biçin sahələri, öz yurd-yuvaları üçün necə vuruşur, necə döyüşür. Bu isə bütöv bir müharibə salnaməsinin yalnız bir hissəsidir. Deməli, Azərbaycanın ərazi inzibati vahidi olan Tərtər rayonu bütövlükdə düşmənlə üz-üzə həm vuruşdu, həm yaşadı, həm də yaratdı.Tərtər rayonu Sovet dönəmində Mirbəşir adı ilə tanınsa da, 1991-ci ilin fevralında ona öz qədim adı qaytarıldı. Bu tarixi ədalətin bərpası təkcə ideoloji məsələ deyildi, bu həm də Azərbaycan tarixinin yeni baxışı idi.
Deməli, coğrafi baxımdan keçmiş muxtar vilayətlə həmsərhəd olan Tərtər rayonu həm dağlıq, həm də Aran torpaqları ilə diqqəti çəkir. Yəni, buranın relyefi elədir ki, dağlıq, düzənlik, dağətəyi sahələr bir-birini tamamlayır. Rayonda məhz həmin o dağlıq hissələrdən axıb gələn çayların gətirdiyi bol suların hesabına əkinçilik zaman-zaman inkişaf etdirilibdi. Daha ətraflı »
Yeni ismarıclar