Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hacıqərvənd kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.