Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir.
Heydər Əliyev, Ümummilli Lider
Bu gün yerin, göyün öz sevinci var…
Yazın gəlişini, gecə ilə gündüzün bərabərləşdiyini bildirən Novruz bayramı ta qədimdən xalqımız tərəfindən böyük təmtəraqla, el şənlikləri ilə qeyd olunub. Artıq ikinci ildir ki, bayram tonqalları işğaldan azad edilmiş ərazilərimizdə də qalanır və bu, Novruz əhval-ruhiyyəsinə xüsusi bir sevinc qatır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə bu torpaqlarda xarüqələr yaranır, ermənilərin viran qoyduqları şəhər və kəndlər yenidən tikilir, qurulur, infrastruktur təzələnir, yeni yollar çəkilir. Əsas məsələ isə, əlbəttə, ərazilərin minalardan təmizlənməsidir. Daim öz vətəndaşlarının təhlükəsizliyi qayğısına qalan dövlətimiz, bu işlərin sürətlə aparılmasını təmin edir.
30 ildən artıq bir müddətdə dədə-baba yurdlarından ayrı düşmüş soydaşlarımız o yerlərə dönəcək və onların ayaq səslərinə həsrət qalmış torpaqlarda yenidən həyat qaynayacaq, zəhmət dolu günlər yaşanacaq.
Xalqımızın milli adət-ənənələri, keçdiyimiz tarixi yol Novruzun ruhunda öz əksini tapıb. Bu, eyni zamanda birlik, həmrəylik bayramıdır.
Ona görə Azərbaycan xalqı hətta qadağan olunduğu vaxtlarda belə Novruzu unutmayıb, hər bir ailədə onu müxtəlif formada qeyd ediblər. Bu, xüsusən də uşaqların ən sevimli bayramlarından biri olduğu üçün, adət-ənənələrimiz nəsildən-nəsilə ötürülüb.
Ölkəmiz Sovet İttifaqının tərkibində olduğu zaman, Novruza dini don geyindirərək, onun keçirilməsini qadağan edirdilər. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev bu bayramın respublika səviyyəsində geniş qeyd olunmasına və xalq arasında yaşadılmasına nail olmuşdur.
Bu gün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətidir. Bayramda Azərbaycanın hər yerində qalanan gur tonqallar insanları birliyə, qardaşlığa, sülhə səsləyir. Müasir dünyamızda, planetimizin müxtəlif yerlərində müharibə ocaqları alaovlandığı bir vaxtda, bu çağırışlar xüsusilə əhəmiyyətlidir. Onu da qeyd etmək lazımdır ki, Vətən Müharibəsində qazanılan Böyük Qələbədə Prezident İlham Əliyevin müdrik siyasəti, Ordumuzun gücü ilə yanaşı, həm də xalqımızın birliyi, insanlarımızın öz Prezidentləri ətrafında sıx birləşməsi misilsiz rol oynamışdır. Daha ətraflı »



Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Gənclər Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbirini həyata keçirib.



Axır çərşənbə günüdür. Hava isə qışı xatırladır. Narın qar yağır. Bunun özü də bərəkət rəmzidir.
“YAŞAT” Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində Fondun və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhidlərimizin və qazilərimizin ailələri ziyarət edilib və onlara bayram sovqatları çatdırılıb. Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərimizə daim diqqət və qayğı ilə yanaşılır.







Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, Azərbaycan xalqının da nəsildən-nəsilə ötürülmüş adətləri vardır. Zaman dəyişsə də, bu adətlər dəyişməyərək insanlar tərəfindən qorunub saxlanılmışdır. Bunların içərisində milli bayramımız olan Novruzun tarixi xüsusilə qədimdir. Tarixə nəzər salanda, bu bayramın 505-ci ildə yarandığı məlum olur. Dünyəvi şairlərin əsərlərində Novruzun özəllikləri aydın şəkildə əks etdirilir.
Yeni ismarıclar