“Fulya” adlı sənədli filmin çəkilişi ilə əlaqədar filmin qəhrəmanı Vətən Müharibəsi zamanı operativliyi və dəqiqliyi ilə Azərbaycan xalqının rəğbətini qazanan türkiyəli müxbir Fulya Öztürk Tərtər rayonunda olub.
Səfər çərçivəsində Fulya Öztürk Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Görüşdə rayon rəhbəri 44 günlük Vətən Müharibəsinin ən çətin anlarında Fulya xanımın tərtərlilərlə bir yerdə olduğunu, Daha ətraflı »
-
30İynXəbərlər TÜRKİYƏLİ MÜXBİR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
-
30İynXəbərlər DEZİNFEKSİYA İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir. Bu məqsədlə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri Tərtər rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının, Uşaq Gənclər İdman Şahmat məktəbinin, Azərpoçt MMC-nin Tərtər rayon filialının, Tarix Diyarşünaslıq müzeyinin, Tərtər rayon Mədəniyyət Mərkəzinin inzibati binalarında və insanların sıxlıq təşkil etdiyi ərazilərdə aparılmışdır.
-
30İynSəhiyyə COVİD-19-a QARŞI VAKSİNASİYA üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi rayon xəstəxanasının həkim heyyəti gündəlik olaraq rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi qaydada vaksinasiyadan keçməsini həyata keçirir. Bu günlərdə rayonumuzun Qapanlı, Yuxarı Qaradağlı və Qarağacı kəndlərində təşkil olunan vaksinasiyada 250 nəfərə yaxın kənd sakininə COVID-19 əleyhinə vaksin vurulub. Gün ərzində isə rayon üzrə 501 nəfər vaksinasiyadan keçib. İndiyədək rayon sakinlərinə 26 min 776 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 17 min 653, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 9 min 123 nəfərdir.
-
30İynXəbərlər NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB üçün şərhlər bağlıdır
Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür. Tərtər şəhərində keçirilən növbəti iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda budamanın aparılması işləri təmin olunub. Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
-
30İynHərbi vətənpərvərlik Qarabağ Müharibəsi üçün şərhlər bağlıdır
İTİRİLMİŞ UŞAQLIĞIN SONRAKI SEVİNCİ
Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı, biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi.
Lakin gördüklərimiz bir an da olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi. Axı, torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı…
O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi. Səngərlərdə gecələyirdik. Hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəşfəşanlığı xatırladan Daha ətraflı » -
30İynHərbi vətənpərvərlik TARİXİ ZƏFƏRƏ GEDƏN YOL üçün şərhlər bağlıdır
2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Bunun nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar olub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Ermənistan ərazisindən, eləcə də Xankəndi şəhərindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura Daha ətraflı » -
30İynHərbi vətənpərvərlik MÜHARİBƏNİN TƏRTƏR İSTİQAMƏTİ üçün şərhlər bağlıdır
Qarabağa çox yaxın olan Tərtər erməni təcavüzündən kifayət qədər əziyyət çəkib. Hal-hazırda Ağdərə rayonundan rayonun tabeliyinə verilmiş yaşayış məntəqələrinin çoxu işğal altındadır. Rayonun bir neçə kəndi cəbhədə yerləşdiyindən Tərtər ətrafında tez-tez döyüşlər gedirdi. Birinci Qarabağ müharibəsi dövründə Tərtər rayonundan 300-dən çox şəhid olub. Son 5 il ərzində 20 nəfərə yaxın tərtərli ermənilərin basdırdığı minalara düşüb.
Ermənilər Birinci Qarabağ müharibəsi dövründə cəbhənin Goranboy və Tərtər istiqamətinə perspektivli ərazi kimi yanaşıblar. Onlar istər 1992-ci ildə, istər 1994-cü ildə, istər 2016-cı ildə, istərsə də 2020-ci ildə əsas diqqəti cəbhənin bu istiqamətinə yönəldiblər. Birinci Qarabağ müharibəsi dövründə Tərtər istiqamətində döyüşlərdə iştirak etmiş zabitlərin sözlərinə görə, 1994-cü ilin yanvar ayında ermənilərin hərbi qüvvə və texnikasının demək olar 45–50 faizi və 10 min nəfərə yaxın şəxsi heyəti məhz cəbhənin bu istiqamətində cəmləşdirilmişdi.
2010-cu ilin iyunun 19-da Tərtərin Çaylı kəndində baş verən döyüşlərdə Azərbaycan ordusunun əsgəri Mübariz İbrahimov çoxlu sayda erməni əsgərini öldürərək şəhid olub. Mübariz İbrahimov bu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. İndiki dövrdə belə Ermənistanda Mübariz İbrahimov haqqında danışmağa qadağa qoyulub. Bundan sonra erməni ordusunun əsgərləri bir neçə dəfə Tərtər istiqamətindən cəbhə xəttini yararaq Azərbaycan ərazisinə daxil olmağa çalışsalar da, onların bu cəhdlərinin qarşısı qətiyyətlə alınıb və düşmən ordusu itki verərək geri çəkilib.
2016-cı ildə Dördgünlük müharibə nəticəsində Tərtə-rin Talış və Seysulan kəndləri ətrafındakı strateji yüksəkliklər işğaldan azad edildi.
2020-ci ildə İkinci Qarabağ müharibəsində Suqovuşan və Talış kəndləri tamamilə işğaldan azad edilib. -
30İynHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır
YAŞAYAN XATİRƏLƏR
Mayın 26-da 26 yaşı tamam oldu. İlk dəfə olaraq ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, yaşadığı kəndin sakinləri, hərbiçi dostları onsuz ad günü keçirdilər. Şəhidin xatirəsinə tikilmiş bulağın açılışı oldu. Həmin gün böyük də, kiçik də Rəşad haqqında danışdı. Mirzəli Rəşad Hafiz oğlundan hamı xoş sözlər söylədi. Dedilər ki, Rəşad Mirzəli Hacıqərvənd kəndinin igid, mərd oğullarından biri idi. Süfrə açıldı, tort kəsildi. Hamının gözü Rəşadı axtardı. Ən çox da anası Afidənin, Qarabağ müharibəsi veteranı olan atası Hafizin, bir də təkcə qalmış qardaşı Amilin gözləri. Nə qədər axtarsalar da, gəzsələr də, görünməyən Vətənin şəhid oğlu Daha ətraflı »
-
30İynMilli-mənəvi dəyərlər İSLAMDA PAXILLIQ üçün şərhlər bağlıdır
Paxıllıq hər bir insanı bulaşdıra biləcək mənfi xüsusiyyətdir, xəbislikdir. İstər qadın olsun, istərsə də kişi, fərqi yoxdur, paxıllıq hamıya sirayət edə bilər.
İnsanlar paxıllığın dərəcəsinə görə bir-birindən fərqlənirlər. Ancaq danılmaz bir faktdır ki, qadınlar kişilərlə müqayisədə daha çox paxıl olurlar. Statistik faktlar göstərir ki, paxıllıq hissi bir çox qadınların “ayrılmaz hissəsi”dir.
Qadınlar kişilərə nisbətən daha eqoist, paxıl olur, çox vaxt bir-birlərinin arxasınca qeybət etməyi sevirlər. Buna görə də paxıllıq siyahısında əsasən qadınların adı hallanır. Amma bu, o demək deyil ki, kişilər paxıl olmurlar. Hər bir insanda paxıllıq hissi azacıq və müvəqqəti olsa da mövcuddur. Çoxları paxıllığı xudbinliklə və ya qibtə ilə qarışdırırlar. Xudbinlik kibrdir, başqalarına yuxarıdan aşağı baxmadır. Qibtə etməyin isə zərəri yoxdur. Daha ətraflı » -
30İynDigər PREZİDENT İLHAM ƏLİYEV: ERMƏNİSTANIN İNKİŞAFI ÜÇÜN YEGANƏ YOL ÖZ QONŞULARI İLƏ NORMAL MÜNASİBƏTLƏR QURMAQ VƏ ƏRAZİ İDDİALARINDAN ƏL ÇƏKMƏKDİR üçün şərhlər bağlıdır
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 26 iyul Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyyətinin bir qrupu ilə görüşündə bir sıra məqamlar toxunmuşdur. İkinci Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə nəticələndiyini bildirərək qeyd etmişdir ki: “ Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Həmçinin ölkə başçısının çıxışında bildirilmişdir ki, birinci Qarabağ müharibəsi Daha ətraflı »
Yeni ismarıclar