

Möhtəşəm Beynəlxalq Poeziya Gününün baharın ilk günündə qeyd olunması səbəbindən bu başlığı seçdim. Bu bayramlar münasibətilə təbiət vurğunu olan şair xalqımızı təbrik edirəm.
Ədəbiyyatımızın incilərindən olan poeziyanın sirli aləminə daldıqca oxucuda istər-istəməz bir sual yaranır: Poeziya nədir?!
Bəzi mənbələrə görə poeziya “danışan rəsmlər” deməkdir. Poeziya bir fikrin nəzmlə deyilməsi, şairanə tərzdə çatdırılma vasitəsidir.
Klassik şairlərin dünya arxivlərində qorunub saxlanan irsləri (kitablar və ya əlyazmalar) qədim dövrlərin cərəyanını təhlil etməkdə tarixçilərin ən yaxın bələdçiləridir. Şairlərin qüdrətiylə, qiraətçilərin obrazlı diksiyalarıyla, xa-nəndələrin məlahətli, şirin avazlarıyla ruhumuzu cilalayan, zövqümüzü oxşayan, mənəviyyatımızın tələblərini təmin eləyən də poeziya ecazkarlığıdır.
Poeziyanın cazibəsi və sirri olduqca düşündürücüdür. Çünki, insanlar istər sevinəndə, istər qəmlənəndə, istərsə sevəndə özlərini daha çox poeziyada tapırlar. Şeriyyət ən çox bahar fəsli ilə yaxın, hətta mən deyərdim doğmadır. Bahar qədər tərənnüm olunan, vəsf edilən fəsil yoxdur. Musiqi ilə vəhdət yaradan şeirlər qışda da bahar təravətli olur.
Mənim fikrimcə, zaman gələcək, fəsillərin bitib yenidən başlanmasını, təbiətin oyanmasını bütün Yer kürəsi “Yeni il” kimi qeyd edəcəkdir. O zaman bu əlamətdar günün adı “Poeziya və bahar” günü olacaqdır. Daha ətraflı »


Son illər qlobal iqlim dəyişiklikləri təhlükəsi dünyanın aparıcı ölkələrinin bərpa olunan enerjiyə daha çox diqqət yetirməsinə səbəb olmuşdur. Yaşıl enerji və yaşıl iqtisadiyyat sahəsində qarşıya qoyulmuş hədəflər, reallaşdırılan layihələr enerji sektoruna mühüm təsir göstərib. Azərbaycan da bərpaolunan enerjiyə keçidlə bağlı çağırışları dəstəkləyir və buna çox böyük önəm verir. Bu istiqamət Azərbaycanın sosial-iqtisadi inkişafının milli prioritetlərinin mühüm tərkib hissəsidir.
YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və təşkilatın məsul işçiləri Novruz Bayramı ilə əlaqədar 44 günlük Vətən Müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun valideynlərini ziyarət edərək,şəhid valideynlərinə bayram sovqatı təqdim edib,onları təbrik etmişlər.Şəhidin valideynləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP ölkəmizin, xalqımızın həyatında olduqca təsirli rol oynaya biləcəyini qısa zaman kəsiyində inamla nümayiş etdirdi. Partiyanın yarandığı dövrdə hər şeydən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmaq tələb olunurdu. Ulu Öndər Heydər Əliyev siyasi irsini yaşadaraq həm dövlətə, həm Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə milli inkişaf və maraqlarımızın qorunması istiqamətində yorulmadan fəaliyyət göstərən Prezidenti cənab İlham Əliyev ölkəmizi yeni bir keyfiyyət mərhələsinə yüksəltdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin gücü və tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası qısa zamanda ümumxalq partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin daxili və xarici siyasətinin təmin edilməsində , eləcə də ölkənin inkişaf strategiyasının qurulmasında əvəzsiz rol oynamışdır.
8 mart 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bir qrup partiya fəalı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar 2016- cı ilin Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin valideyinlərini ziyarət edərək, şəhid analarını təbrik edib, onlara bayram hədiyyələri təqdim etmişdir. Şəhid valideyinləri ilə söhbətlər zamanı vurğulanmışdır ki, məhz Azərbaycan analarının əsl vətənpərvər övladlar yetişdirmələri sayəsində Vətən müharibəsində qələbə əldə olunaraq torpaqlarımız yağı düşmənlərdən azad edilmişdir. Şəhid anaları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Yeni ismarıclar