44 günlük Vətən müharibəsi xalqımızın böyük sevinclə xatırlayacağı, qürurlu bir gündür. Həmin günlər insanlar müharibənin tələblərinə uyğunlaşmış və hərə müsəlləh bir əsgər olmuşdur. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi çoxəsrlik tarixə malik Azərbaycan dövləti bugünkü kimi heçvaxt güclü olmamışdır. Məhz bu günlərin ən bariz nümunəsi ordu və xalqın birliyi, vəhdəti olmuşdur. Ön cəbhə ilə arxa cəbhə inanılmaz birlik göstərərək babalarımızdan bizə əmanət olan torpaqlarımızı “qara donlu kafirlər”dən təmizləmişdilər. Ölümün gözünə dik baxan mərd oğullar 30 illik işğala son qoyub, Azərbaycan xalqının gücünü və qüdrətini bütün dünyaya bəyan etdilər. Sübuta yetirdilər ki, qəsbkar düşmənin arxasında nə qədər güclər, qüvvələr olursa-olsun, yenə də polad iradəli xalqın qarşısında duruş gətirə bilməzlər. Xalqımıza bu gücü verən torpağa bağlılıq, vətənə sevgi və düşmənə isə nifrət hissi oldu. Vətən sevgisinin qarşısında beton sədlər duruş gətirə bilmədi.
Barışın və sülhün beşiyi Azərbaycan dövlətinin apardığı bu Vətən müharibəsi XXI əsrin ən ədalətli müharibəsi idi. Azərbaycan oğulları İldırımsürətli müharibə planını 44 gün ərzində qalibiyyətlə başa çatdırdı və adlarını dünya hərb tarixinə qızıl hərflərlə yaz-dırdı. Dövlət başçımızın erməni qəsbkarlarını dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq torpaqlarımızdan rədd olub getmədilər. Bu zaman igid oğullarımız qanları və canları bahasına döyüş meydanında onlara böyük dərs verməklə, ədalətin, haqlı tərəfin yanında olduğunu bir daha dünyaya bəyan etdilər. Azərbaycanın mərd ərənləri 30 il ərzində ruhu ölmüş, qüruru tapdalanmış, torpağı yağı düşmənin ayaqları altında qalmış bir xalqın ruhunu oyatdılar və alnındaki qara ləkəni silməklə onun qəddini düzəltdilər. Məhz bu gün onların sayəsində qürurla deyirik ki, biz qalib və böyük xalqıq!
Əli boşda qalan əbədi-əzəli düşmənimiz olan sən isə başı dəmir yumruqla əzilmiş xalqsan, məğlubsan, rəzilsən və qonşusunun torpağına göz dikən xain yağısan! Sənin xislətin budur! Tarixlər dəyişsə də sənin erməni məkrin və xislətin heç vaxt dəyişməz! Bu xain xislət ucbatından neçə-neçə mərd oğullar itirdik. Amma heç vaxt satqın, xain düşmənə torpağımızdan pay vermədik!
Noyabr ayı qurtuluş və diriliş ayımızdır. Bu ay qeyrətimizin mücəssəməsi olan Şuşamıza, Qarabağımıza və milli qürurumuza qayıdışımızdır! 30 illik həsrətə qovuşmağımızdır! Bu ay zəfər ayıdır! Bu zəfər nəinki Azərbaycanın, bütün Türk dünyasının zəfəridir! Mən deyərdim ki, bu zəfər Türkiyə-Azərbaycan qardaşlığının bir daha təzahürü və sarsılmaz, qırılmaz dostluğumuzun əbədiyaşar simvoludur, bütün Türk dünyasının qurdbaşlı bayraq altında birləşməsinə gedən yolda tarixi bir zəfərdir! Bu zəfər Turan elinin nicat körpüsüdür! Bu zəfər tarixi Şuşa Bəyannaməsidir! O taylı, bu taylı Arazın yenidən qovuşmasıdır! Böyük Türkün Şanlı zəfər tarixidir! Şanlı Zəfər tarixin mübarək olsun! Türk dünyası bundan sonra sıx sarılmalı, qələbələrimizin sayını çox etməliyik ki, daha da müzəffər olaq! Bütün Türk dünyası bu zəfərlə qürur duyur, biz isə həm də şəhidlərimizlə qürur duyuruq! Qarabağımıza isti nəfəs qaytaran, şanlı zəfəri bizə yaşadan şəhid və qazilərimizi millətimiz heç vaxt umutmamalıdır! Hər yerdə, hər zaman onları xatırlamalı və xatırlatmalıyıq! Çünki bu tarixi zəfər onların danılmaz haqqıdır. Haqqınızı halal edin, əziz şəhidlərimiz! Balalarınızın azad etdiyiniz torpaqlarda firavan yaşaması si-zin ruhunuzun şad olmasıdır! Ruhunuz həmişə şad olsun, bayrağımız isə uca! Amin!
Qızbəs Hüseynova,
Umudlu kənd tam orta məkltəbin tarix müəllimi