Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Okt

    Tərtər rayonunda 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Küçələrə şəhid adları verilir, abidələri ucaldılır, xatirə bulaqları tikilir. Bu günlərdə rayonumuzun Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun xatirəsinə tikilmiş abidənin açılışı olub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.
    Mərasimdə çıxış edənlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Bildirib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb.
    Tədbirdə digər çıxış edənlər Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlıqlarından danışıblar.
    Şəhidin atası çıxış edərək şəhid, qazi ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.
    Sonra şəhid İsmayıllı Şamilin xatirəsinə tikilmiş abidənin açılışı olub.

     

    Müəllif: Redaktor, 10:11

İsmarıclar bağlıdır.