Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfər etmişdir. Bu səfər əlamətdar bir günə təsadüf etdi. Çünki 24 dekabr 2021-ci il tarixi ölkə başçısının 60 illiyi idi.
Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Bütün bunlar onu göstərir ki, cənab Prezident hər zaman xalqla birlikdədir. Daha ətraflı »


18 dekabr 2021-ci il tarixində Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.
İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985), 1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən), və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003), vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Cənab Prezident öz müsahibəsində Azərbaycan və Ermənistan münasibətlərini geniş şəkildə şərh edib.
Dekabrın 12-si Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar YAP rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon təşkilatı ərazi partiya təşkilat sədrləri, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf pers-pektivləri” mövzusunda tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
Fransanın Azərbaycandakı səfiri Zakari Gros, Milli Məclisin deputatları Kamal Cəfərov və Soltan Məmmədov işğaldan azad olunmuş Suqovuşan kən-dində aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə rayonumuza səfər ediblər.
Yeni ismarıclar