
Axır çərşənbə günüdür. Hava isə qışı xatırladır. Narın qar yağır. Bunun özü də bərəkət rəmzidir.
İlk dəfədir ki, kollektivimiz Novruzu yeni ünvanda qarşılayır. Adətdir, axır çərşənbədə yalnız yaxşı əhval-ruhiyyədə olmalı, dualar etməlisən. Bizim kiçik kollektivimizin üzvləri də hərə öz ürəyində Tanrıdan arzularının gerçəkləşməsini istəyir, ötən ildə qəzetimizin müntəzəm çıxmasına kömək edən insanlara, eləcə də abunə yazılan oxucularımıza cansağlığı arzulayırlar.
Redaksiyamızla üzbəüz olan qonşularımızın həyət darvazası açılır və milli geyimdə, əlində bayram xonçası tutmuş uşaq bizə tərəf gəlir. Sevincimizin həddi-hüdudu yoxdur. Milli adətlərimizi yaşadan, hal-hazırda Novruzu ailəsi ilə deyil, Şuşa polisinin sıralarında bu gözəl şəhərdə qarşılayan Səbuhi Şirinova və onun ailəsinə “əhsən!” deyirik.
Malikin kiçik əllərində ehtiyatla gətirdiyi bu bayram xonçası bizim üçün birliyimizin, mehribançılığımızın, sülhün, adət-ənənələrimizin unudulmamasının rəmzidir.
Əminik ki, bu Novruz bizlərə sülh, cansağlığı gətirəcək. Qəzetimizin abunəsi daha da artacaq və təbii ki, maaşlarımız da yüksələcək.
Bayramınız mübarək, əziz tərtərlilər!
“Yeni Tərtər”


“YAŞAT” Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində Fondun və Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhidlərimizin və qazilərimizin ailələri ziyarət edilib və onlara bayram sovqatları çatdırılıb. Bildirilib ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtər rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərimizə daim diqqət və qayğı ilə yanaşılır.







Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi, Azərbaycan xalqının da nəsildən-nəsilə ötürülmüş adətləri vardır. Zaman dəyişsə də, bu adətlər dəyişməyərək insanlar tərəfindən qorunub saxlanılmışdır. Bunların içərisində milli bayramımız olan Novruzun tarixi xüsusilə qədimdir. Tarixə nəzər salanda, bu bayramın 505-ci ildə yarandığı məlum olur. Dünyəvi şairlərin əsərlərində Novruzun özəllikləri aydın şəkildə əks etdirilir.

Son illər qlobal iqlim dəyişiklikləri təhlükəsi dünyanın aparıcı ölkələrinin bərpa olunan enerjiyə daha çox diqqət yetirməsinə səbəb olmuşdur. Yaşıl enerji və yaşıl iqtisadiyyat sahəsində qarşıya qoyulmuş hədəflər, reallaşdırılan layihələr enerji sektoruna mühüm təsir göstərib. Azərbaycan da bərpaolunan enerjiyə keçidlə bağlı çağırışları dəstəkləyir və buna çox böyük önəm verir. Bu istiqamət Azərbaycanın sosial-iqtisadi inkişafının milli prioritetlərinin mühüm tərkib hissəsidir.
Yeni ismarıclar