Vətəndaşları narahat edən bir sıra problemlər həll olunub, digərləri nəzarətə götürülüb
Tərtər rayon İcra haki-miyyətinin başçısı Müstəqim Məmmodovun rayonun Qaynaq kəndində səyyar qəbul-görüşü keçirilib. Gö-rüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.
Sonra rayon rəhbəri Rəqəmsal icra hakimiyyətinin Portalı barədə sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portal vasitəsi ilə müraciət etməyi tovsiyə edib.
İcra başçısı erkən nikahla bağlı məsələlərdən də danışıb, pedaqoji kollektivlərə, əlaqədar qurumlara yerlərdə valideynlərlə görüşüb, fərdi söhbətlər aparılmasını, rayon Polis şöbəsi ilə birlikdə maarifləndirmə tədbirləri keçirməyi tapşırıb.
Rayon rəhbəri Qaynaq kəndinin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib
Sakinlərdən kənd sakini Elşad Çərkəzov özünüməşğulluq problemlərinin həll olunması, Şahin Cavadov Vətən müharibəsində evinə dəymiş ziyanın aradan qaldırılması üçün şirkətin cüzi təmir işləri apardığını, Etibar Hüseynov 2016-cı il Aprel döyüşlərində bibisinin məzar daşına dəymiş ziyanla bağlı, mülki şəhid anası Xanım Məmmədova oğlunun medalla təltif olunması, şəhid atası Oktay Nəbiyev əkin sahələrinə qoyulan vergi və digər məsələlər barədə müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, bəziləri barədə rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Sakinlər onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.