

44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərini həyata keçirmək, Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaqdır.
Bu baxımdan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara davamlı səfərləri mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfəri və bu səfər çərçivəsində təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib.
Azərbaycan Prezidenti işğaldan azad edilən ərazilərimizin qurulmasına, orada insanların yaxşı yaşayışı üçün bütün şəraitin yaradılmasına, iş yerlərinin açılmasına çox böyük diqqət göstərir.Torpaqlarımızı Ordumuzun qüdrəti ilə azad etdiyi kimi, dövlətimizin qüdrəti ilə qurub inşa edəcək. Belə ki, Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atmağa başlayır. Şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması nəzərdə tutulmuşdur. Burada yaşayacaq ağdamlıların işlə təmin olunması üçün iş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaqdır. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investor marağını da artırır. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Daha ətraflı »



İnsan yaşa dolanda daha çox düşünməyə, keçdiyi ömür yoluna yenidən nəzər salmağa imkan yaranır. Əgər çalışdığın sahədə nəyəsə nail olmusansa, daxilən rahatlıq tapırsan. Mən idmançıyam. Bütün həyatımı bu peşəyə həsr etmişəm. Bu gün də məni yaşadan idmana bağlılığımdır.
Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən, bu kateqoriyadan olan insanların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunu qazi Cəsarət Haqverdiyevlə söhbətdən də gördük.
Murad Sarıyev şəhid Ərşad Sarıyev adına Gülabatlı kənd tam orta məktəbinin X sinif şagirdidir. Əlaçı şagirdlərdəndir. Gələcəkdə tanınmış beyin cərrahı olmaq arzusundadır. Bunun üçün dərslərinə ciddi fikir verir. Bir neçə dəfə fənn olimpiadalarında iştirak edib. Muradın ən çox sevdiyi fənn riyaziyyatdır. Özü bu barədə deyir:
Mətbuatda, saytlarda müəllim nüfuzu barədə ciddi müzakirələr gedir, “Azərbaycan” qəzetinin baş re-daktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, ən çox sevdiyim “Ədalət” qəzetinin baş təsisçisi, Milli Məclisin deputatı Aqil Abbas və digər ziyalılar müzakirə olunan mövzuya öz münasibətlərini bildirirlər.
İki il müddətində bütün bəşəriyyətin mübarizə apardığı koronavirusun yeni ştamları həyatımıza daxil olduqca, bunlarla mübarizə işlərinin təşkili bö-yük əhəmiyyət kəsb edir.
Ordumuzun şanlı Qələbəsi xalqımıza öz qürurunu qaytarmaqla yanaşı, həm də yaxın keçmişdə “cəbhəyanı” adlanan kəndlərin həyatında böyük dəyişikliklər yaratdı. Belə ki, bizim Qaraağacı kəndi 30 ildən çox bir müddətdə dəfələrlə ermənilər tərəfindən atəşə məruz qalır, insanlar şəhid olur, yaralanırdılar. Kənd təsərrüfatı işləri ilə məşğul ola bilmirdik, çünki namərd qonşular dinc zəhmətlə məşğul olan insanların həyatına təhlükə yaradırdılar.



Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon Nümayəndəliyinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabitləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yeni ismarıclar