XOCALI HADİSƏLƏRİNİN ŞAHİDİ BU GÜN QAZİ VƏ ƏSGƏR ANASIDIR
Qaysaq bağlamayan yaralar
Bu qadın rayonumuzda məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayan Leyla Qəmbərovadır. Onun haqqında məqaləni redaksiyamıza 3 saylı orta məktəbin V sinif şagirdi Hüseyn İsayev tarix müəllimi Kifayət Kərimova ilə birlikdə gətirmişdi.
Hüseynin məktubundan öyrəndik ki, 8 yaşında ailəsi ilə birlikdə Xocalı müsibətləri ilə üzləşən Leyla xanım, baş verənləri bu gün də anbaan yaşayır.
Məktubun izi ilə Qəmbərovlar ailəsinin qonağı olduq və onların həm keçmişi, həm də bu günü haqqında söhbətlərini dinlədik.
Leyla xanımın dediklərindən:
– Əvvəlcə biz Xankəndində yaşayırdıq. Ailədə 3 bacı, 1 qardaş idik. Atam bizə görə çox narahat olurdu. Çünki elə bir gün yox idi ki, ermənilər nəsə bir təxribat törətməsinlər. Nəhayət, atam bizi də götürüb Xocalıya köçmək qərarına gəldi. Xocalıda bizim kimi ailələr çox idi. Heç kimin ağlına da gəlməzdi ki, günlərin birində burada məskunlaşan dinc sakinlərin başına od ələnəcək, evləri yerlə-yeksan olacaq. Daha ətraflı »


Artıq havada yazın ətri duyulmaqdadır. Novruzun müjdəcisi olan çərşənbələr başlayıb. Bu isə o deməkdir ki, kəndlilər yenidən tarlalara, bağlara üz tutaraq, yaz tarla işlərinə start veriblər.
Mən Xoruzlu kəndində yaşayıram. Bura bərəkətli torpaqları və zəhmətkeş insanları ilə seçilir.
Covid-19-un mutasiyaya uğramış “Omicron” virusunun yayılma təhlükəsinə qarşı mübarizə tədbirlərinin aparılması və karantin rejimi qaydalarına ciddi əməl olunması məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin əməkdaşları və yaradılmış Mobil Qrupun üzvləri tərəfindən şəhərimizdə növbəti monitorinq aparılmışdır.
Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərinin şa-girdləri arasında “Əsrin faciəsi” adlı inşa yazı müsabiqəsi keçirilib. Əvvəlcə azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev cıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımıza qarşı törədilən amansız qətliamdan danışıblar.
Gənclər Mərkəzində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib.
Şəhər 6 saylı tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri (oğlanlar) arasında Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş atletikanın 100 metr məsafəyə qaçış növü üzrə rayon birinciliyi keçirilib. Birinciliyə 36 məktəbin şagirdi qatılıb.
Ümumtəhsil məktəblərinin şagirdləri və Uşaq Gənclər İdman Şahmat Məktəbinin şahmatçıları arasında Xocalı soy qırımının 30-cu ildönümünə həsr olunmuş rayon birinciliyi keçirilib.
Yeni ismarıclar