Şərq xalqları içərisində yayılmış ən qədim tarixə malik olan bayramlardan biri Novruz bayramıdır. Xalqımız bu bayramı hər il mart ayının 20-21-də keçirir. Novruz dəyərləri sivilizasiyanın başlanğıc mərhələlərindən soraq verir. Keçmişə nəzər salaraq görürük ki, bu bayram tarixin dərinliklərinə getdikcə yeni məlumatlar üzə çıxır, onun haqqında zərdüştilikdən çox-çox əvvəlki çağlardan faktlar aşkarlanır, yeni mənbələr bayramın tarixini daha uzaq dövrlərə aparıb çıxarır. Novruz Şərqin qədim yaz bayramlarından biri kimi xalqımızın təbiət hadisələri barədə əski görüşlərini, onun erkən əmək və məişət həyatını əks etdirməkdədir. Bunları təsdiq edən əsaslı və mühüm faktlar isə təbii ki, Azərbaycan xalqı içərisində bayrama məxsus adət və ənənələr, inanclar, dünyanın yaranışı və yüksəlişi ilə bağlı məlum dörd müqəddəs ünsür – Su, Od, Yel və Torpaqla bağlı etiqadlar, eləcə də bayram məcmuunun tam və pozulmaz qəlblərdə – yetkin formatda xalq içərisində yaşamaqda olan el variantıdır.
Xalqımız Novruzla bağlı silsilə nəğmələr yaratmışdır ki, milli əmək və məişət həyatının bütün görüntüləri onlarda öz əksini tapmışdır. Bayram ritualları, mərasim, oyun və tamaşaları, inanc, tapınma və etiqadları xalqımızın erkən dövrlərdə yaratdığı arxaik mədəni dəyərlərindən soraq verir, insanları birliyə, dostluq və həmrəyliyə, yüksək əxlaqi idealları qoruyub saxlamağa, onları genişləndirməyə sövq edir.
1992-ci ildə xalqımızın adət-ənənələrini əks etdirən “Novruz bayramı” milli dəyərlərimizin yaddaşlara qaytarılmasının yeni mərhələsi başladı. Daha ətraflı »


YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və təşkilatın məsul işçiləri Novruz Bayramı ilə əlaqədar 44 günlük Vətən Müharibəsi şəhidi Mirzəli Rəşad Hafiz oğlunun valideynlərini ziyarət edərək,şəhid valideynlərinə bayram sovqatı təqdim edib,onları təbrik etmişlər.Şəhidin valideynləri ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP ölkəmizin, xalqımızın həyatında olduqca təsirli rol oynaya biləcəyini qısa zaman kəsiyində inamla nümayiş etdirdi. Partiyanın yarandığı dövrdə hər şeydən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmaq tələb olunurdu. Ulu Öndər Heydər Əliyev siyasi irsini yaşadaraq həm dövlətə, həm Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə milli inkişaf və maraqlarımızın qorunması istiqamətində yorulmadan fəaliyyət göstərən Prezidenti cənab İlham Əliyev ölkəmizi yeni bir keyfiyyət mərhələsinə yüksəltdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin gücü və tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası qısa zamanda ümumxalq partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin daxili və xarici siyasətinin təmin edilməsində , eləcə də ölkənin inkişaf strategiyasının qurulmasında əvəzsiz rol oynamışdır.
8 mart 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bir qrup partiya fəalı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar 2016- cı ilin Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin valideyinlərini ziyarət edərək, şəhid analarını təbrik edib, onlara bayram hədiyyələri təqdim etmişdir. Şəhid valideyinləri ilə söhbətlər zamanı vurğulanmışdır ki, məhz Azərbaycan analarının əsl vətənpərvər övladlar yetişdirmələri sayəsində Vətən müharibəsində qələbə əldə olunaraq torpaqlarımız yağı düşmənlərdən azad edilmişdir. Şəhid anaları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
2020-ci il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Ali Baş Komandan altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.





Yeni ismarıclar