İrəvanlı kəndində İkinci Qarabağ müharibəsi qazisi Arzuman Abdullayevin oğlu İlkinin hərbi xidmətə yola salınması münasibəti ilə mərasim təşkil olunub.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev iştirak ediblər.
Mərasimdə çıxış edən rayon rəhbəri hərbi xidmətə yola düşmələri münasibətilə bütün çağırışçılara, o cümlədən İlkinə təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib. Qeyd edib ki, bu gün hərbi xidmətə yola salınan gənclər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bir orduda xidmət edəcəklər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində hazırda regionun ən güclü və qüdrətli ordusuna çevrilən Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altındakı torpaq-larımızı mənfur düşmən-dən azad edib. Hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tariximizin ən şərəfli günlərini yaşayan respublikamız dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.