
Noyabrın 8-də Tərtər Rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr–Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert proqramı təşkil olunub.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Zəfər Gününə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Rayon Mədəniyyət Mərkəzinin zalında davam etdirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəfər Gününün tarixi haqqında geniş məlumat verilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramı təqdim edilib, rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar və şeirlər ifa olunub.
Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı iştirakçılar tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.
Sonda tədbirdə fəal iştirak edən məktəblilərə rayon rəhbəri tərəfindən təşəkkürnamələr təqdim edilib.


Tərtərdə tarixi Zəfər Günü ilə bağlı silsilə tədbirlər davam edir. Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi ilə birlikdə “Zəfərin mübarək, Vətən!” adlı tədbir keçirib.
Şəhid Adil Həsənov adına Buruc kənd tam orta məktəbində keçirilən tədbir şəhidlər Ruslan Şahbazova, Orxan Şəmilova və Mübariz Nəcəfova həsr olumuşdu. Tədbirin keçirilməsində məqsəd məktəbin ən fəal siniflərinə şəhidlərimizin adlarının verilməsi və əbədiləşdirilməsidir. 3-cü sinfə 44 günlük Vətən Müharibəsi şəhidi Ruslan Şahbazovun, 6-cı sinfə 2008-ci il-də mənfur ermənilərin təxribatı nəticəsində şəhid olmuş Orxan Şəmilovun, 8-ci sinfə isə Birinci Qarabag müharibəsi şəhidi Mübariz Nəcəfovun adları verildi. Hər üç sinifdə Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda və erməni vandalizmi nəticəsində şəhid olmuş igidlərin keçdiyi həyat yolunu xatırladan məlumatlar, şəkillər vurulub, xüsusi guşələr yaradılıb. Məktəbin müəllim və şagirdləri əvvəlcə şəhidlərin uyuduğu məzarları ziyarət edib, üstünə gül-çiçəklər düzüb, evlərinə gedərək valideynləri yad ediblər.
Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonumuzun Xoruzlu kənd tam orta məktəbində “Narkotikə yox deyək!” və erkən nigah mövzularına həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəbdəki Şəhidlər abidəsinin önünə gül-çiçək dəstələri düzüb, Vətən uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş oğullarımızdan biri də rayonumuzun Cəmilli kəndinin sakini Azər Abdullazadədir. Azər bu şərəfli ada 19 yaşında layiq görülüb. Bu günlərdə Azər Abdullazadəni redaksiyamıza dəvət edib, qəzetimiz üçün müsahibə verməsini xahiş etdik. O dedi:
Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.
Prezident İlham Əliyev cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib. Dövlətimizin başçısı ölkənin paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
Prezident İlham Əliyev 31 oktyabr tarixində Soçiyə səfər edib. Burada dövlətimizin başçısı ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirilib.
Yeni ismarıclar