Prezident İlham Əliyevin 11 noyabr tarixində Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak edib. Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış edib.
Qeyd olunub ki, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin intensiv inkişaf edir. Prezident İlham Əliyev son 7 ayda üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Daha ətraflı »


Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə çıxış edib. Tədbirdə dövlətimizin başçısı deyib ki, alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.
Dövlətimizin Əsas Qanunu haqqında Prezident İlham Əliyev deyib: “Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”
Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında rayon rəhbəri Müstəqim Məmmədovun sədrliyi ilə növbəti Aparat müşavirəsi keçirilib.
Ağacəkmə aksiyası Tərtər rayonunun Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən Bağı”nda keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov və Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərovla birlikdə rayonun Umudlu kəndindən olan Vətən müharibəsi şəhidi Abbasov Elvin Şamil oğlunun ikinci ildönümü ilə əlaqədar Bərdə şəhərində yaşayan ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.









8 noyabr–Zəfər Günündə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib.
9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının inzibati binasında tərtərli qazilərlə görüşüb, onları şanlı Zəfər və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib, müstəqilliyimizin, zəfər dolu günlərimizin rəmzi olan üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanmasını arzu edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edildiyini bildirib. Azərbaycan oğullarının 44 günlük Vətən müharibəsində Azərbaycan bayrağını daha yüksək zirvələrə qaldırdığını, işğaldan azad edilmiş torpaqlarımızda dalğalandırdığını qürur hissi ilə qeyd edən icra başçısı dövlət tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını da dilə gətirib, Ulu Tanrıdan torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.
Yeni ismarıclar