Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 2022-ci ildə boks idman növü üzrə nailiyyət qazanan idmançılarla görüşüb.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə başçının birinci müavini Elvin Umudov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, “Əməkdar məşqçi” Faiq Məmmədov, 2022-ci ildə keçirilən Gənclər arasında boks üzrə ölkə çempionatının birinci yer üzrə qalibləri şəhər 6 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Xəlilli İlfan Mahir oğlu (80kq), Səhləbad kənd tam orta məktəbin 11-ci sinif şagirdi İsmayılova Aysu Vahid qızı (48 kq), ikinci yer üzrə qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının l kurs tələbəsi Abdullazadə Elnur Xaliq oğlu (71kq), üçüncü yer üzrə qalibi şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Mirzəliyeva Gülay Səbuhi qızı (63kq), boks üzrə yeniyetmələr arasında ölkə birinciliyinin birinci yer üzrə qalibi şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədli Məhəmmədəli Sabir oğlu (42kq) iştirak ediblər.
Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əvvəlcə idmançıları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Bildirib ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb. Daha ətraflı »


Dekabrın 28-də Tərtər Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC-nin birgə təşkilatçılığı ilə 44 günluk Vətən Müharibəsi şəhidləri və qazilərinin övladları ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ilinin başlanması münasibətiylə bayram şənliyi keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun körpələr evi-uşaq bağçalarında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şənliklər keçirilib. Balacalar yolkanın ətrafına toplaşaraq Şaxta babaya, Qar qıza şeirlər söyləyib, mahnı oxuyub, səhnəcik göstərib, onlarla birgə rəqs edib, şənləniblər.
Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun doğum günü münasibəti ilə abidəsinin önündə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, qəhrəmanın döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycanda, o cümlədən bizim Tərtər rayonunda meliorasiya və su təsərrüfatının inkişafı Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider deyirdi: “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik”.
Abdullayev Şəhriyar Kamil oğlu 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Orta məktəbi də Şəhriyar bu kənddə bitirib.
Həsənov Zabil Məhəmməd oğlu 1983-cü ilin iyun ayının 1-də Kəlbəcər rayonunun Bozlu kəndində anadan olub. Doğma kəndlərinin ermənilər tərəfindən işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşıb. Bu kənd atəşkəs dövründə, Aprel hadisələri zamanı dəfələrlə düşmən artilleriyasının hücumlarına məruz qalıb, şəhid verib, insanlar əlil olublar.
Yeni ismarıclar