Dekabrın 8-də keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Pərişan Orucova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru Bəxtiyar Əliyev, Gənclər və İdman idarəsinin İdman sahəsi üzrə aparıcı məsləhətçisi Nəriman Nərimanzadə, rayon Mərkəzi Xəstəxanasının həkimi Sevinc Şirinova, rayon ümumtəhsil məktəblərinin psixoloq və müəllimləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, xüsusi ilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə qadınların sosial həyatın bütün sahələrində aktiv iştirakı üçün mühüm işlər görülür. Daha ətraflı »


Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Tərtər şəhərində abadlıq və yenidənqurma işlərinin icrası uğurla davam etdirilir, küçələr müasir standartlara uyğun olaraq yenidən qurulur.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 28 noyabr 2022-ci il tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı yanında dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” kimi qeyd olunması və “Heydər Əliyev ili”nin tədbirlər planının təsdiq etməsi haqqındakı Sərəncamları müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin parlaq həyatının və fəaliyyətinin öyrənilməsi ilə bağlı həyata keçiriləcək tədbirlərə start verib.



.Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz və qiymətli nailiyyətdir, bu nailiyyəti, dövlət müstəqilliyimizi daim qoruyub sax-layacağıq.
Yeni ismarıclar