Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Becərmə işləri davam edir

     

     

     

     

    Rayonumuzda yazlıq əkinlərin becərilməsi işləri müvəffəqiyyətlə davam etdirilir. Belə ki, cari ildə rayonumuzun kənd əməkçiləri 1782.5 hektar sahədə günəbaxan, 152 hektarda qarğıdalı, 1203 hektarda təzə yonca, 384 hektarda kartof, 890 hektarda tərəvəz becərirlər.
    Qeyd etmək lazımdır ki, son illər rayonumuzda günəbaxan bitkilərinin əkininə maraq xeyli artıb. Bu gəlirli sahənin inkişaf etdirilməsi həm də əhalinin işlə təmin olunmasına kömək edir.
    Qarğıdalı, yonca əkinləri isə heyvandarlığın yem bazasının möhkəmləndirilməsində mühüm rol oynayır ki, bu da ərzaq təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfədir.
    Rayonumuzda becərilən kartof və tərəvəz keyfiyyətinə görə alıcılar tərəfindən çox bəyənilir ki, bu da özümüzün lazımi ərzaq məhsulları ilə təmin olunmasına köməkdir.
    Ordumuzun əldə etdiyi Zəfərdən sonra Suqovuşan Su Ambarının işğaldan azad edilməsi rayonda suvarma suyuna olan ehtiyacın daha yaxşı ödənilməsinə səbəb olub. Odur ki, digər sahələrdə olduğu kimi, hazırda yazlıq əkinlərin becərilməsi də davam etdirilir.
    Kənd əməkçilərinin məqsədi becərməni yüksək səviyyədə aparmaqla, hər hektar torpaq sahəsindən məhsuldarlığı artırmaqdır.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 11:38

İsmarıclar bağlıdır.