Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26İyl
    Hərbi vətənpərvərlik Tərtər gəncləri şəhidmizi doğum günündə yad ediblər üçün şərhlər bağlıdır

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin üzvləri İkinci Qarabağ müharibəsi şəhidi, Tərtər rayon Köçərli kənd sakini Abbaslı Elnur Yaşar oğlunun məzarını ziyarət edib, məzarın üzərinə gül dəstələri qoyub.

    Abbaslı Elnur 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

    O, 2020-ci il oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub və anadan olduğu Köçərli kəndində dəfn olunub.

    Allahdan şəhidimizə rəhmət, ailəsinə səbr diləyirik.

  • 23İyl
    Milli-mənəvi dəyərlər Tərtərdə Milli Mətbuatın 147-ci ildönümü qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 22 iyul Milli Mətbuat gününün 147-ci ildönümü və jurnalistika günü münasibətilə “Yeni Tərtər” rayon qəzetinin kollektivini və bölgədə fəaliyyət göstərən mətbuat işçilərini qəbul edib. Tədbirdə “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, Bizim.mediyyanın bölgə müxbiri Elgün Gəncimsoy və digərləri iştirak ediblər.

    İcra başçısı mətbuat işçilərini təbrik edərək, onlara şərəfli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində özünü göstərib.

    Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də  “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin diqqət  və qayğısı  nəticəsində mətbu orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.

    Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatı haqqında  bir fikrini xatırlatmaq istəyirəm: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş Milli Mətbuatımız bu gün  Azərbaycanın dünyada eşidilən səsidir”. Daha ətraflı »

  • 23İyl
    Xəbərlər Tərtər rayon İcra Hakimiyyəti yanında İctimai şuranın yığıncağı keçirilib üçün şərhlər bağlıdır

    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İctimai şuranın üzvləri ilə görüşərək, onları dinləmiş, şura üzvlərini düşündürən məsələlər barəsində müzakirələr aparıb. Rayon rəhbəri ictimai şuranın vətəndaşlarla hökumət arasında bir körpü rolunu oynadığını, vətəndaşların öz arzu və təkliflərini ictimai şura vasitəsi ilə açıq şəkildə çatdırıldığını qeyd edib.

    Söhbət zamanı rayonda baş vermiş erkən nikah, şəhid ailələrində ailədaxili münaqişələr, qazilərin intiharı, şəhid ailələri və qazilərin mənzillə təmin olunmaları, şəhərin küçələrinin abadlaşdırılması zamanı sakinlərin yaratdıqları süni maneələr, bir qrup gəncin gecələr bir yerə toplanması ilə bağlı bir sıra məsələlər müzakirə edilib, ictimai şuranın üzvlərinin bu məsələlərin həllində rayon icra hakimiyyətinə dəstək olmaları nəzərə çatdırılıb.

    Tədbirdə iştirak edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, ictimai şuranın üzvləri Rauf Həsənzadə, Svetlana Bağırova, Sətdar Nəcəfov, Emin Pənahov, şəhid atası Bəhruz İsgəndərov, Orxan Mustafazadə müzakirə edilən məsələlərlə bağlı öz fikr və mülahizələrini bildiriblər.

    Rayon rəhbəri müzakirə edilən məsələlərin ictimai şuranın tədbirlər planına salınması və görülən işlərin mətbuatda işiqlandırılmasını tövsiyyə edib.

    Şura üzvləri Tərtər rayon İcra Hakimiyyətinin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərəcəklərini və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

     

  • 23İyl
    Hərbi vətənpərvərlik Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Suqovuşanda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib.

    Əvvəlcə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gələn qonaqları, şəhid ailələrini, qaziləri, veteranları qəbul edib, onlarla səmimi söhbət aparıb.

    Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, “Zəfər” İB-nin sədri Sevinc Alızadə, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhidin ailə üzvləri, yazıçı-publisist Həmid Herişçi, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş “Yuxuda görmüsən” kompozisiyasının müəllifi, Bakı Musiqi Akademiyasının professoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova, şəhidin döyüş yoldaşları, vətən müharibəsi qaziləri, şəhid ailələri və media nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 21İyl
    Mədəniyyət QHT-nin Krımdan gələn qonağı üçün şərhlər bağlıdır

      Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) Krım şöbəsinin rəhbəri Natalya Postemskaya bir neçə gündür ki, Bakıdadır. Bu Natalya xanımın Bakıya ikinci səfəridir.

    Natalya Postemskaya Azərbaycan incəsənətinə, sənətkarlarına böyük dəyər verir. Respublikamıza ötən səfəri zamanı o, Xalq artisti Gülyanaq Məmmədova ilə yaxından tanış olmuş və Azərbaycan musiqisinə valehliyini bildirmişdir. Gülyanaq xanıma xüsusi rəğbəti olan Natalya Postemskaya bu səfəri zamanı yenə də onunla görüşmüşdür.

    Natalya xanım ürək sözlərini mətbuat vasitəsi ilə çatdırmağı xahiş etmişdir:

    • Gülyanaq xanım gözəl səsə malik sənətkar olmaqla yanaşı, həm də gözəl qəlbə, ürəyə malik bir xanımdır. Mənim gördüyüm qədər Gülyanaq xanım aztəminatlı ailələrin xeyir işlərində sənəti ilə bağlı xeyirxahlığını əsirgəmir. Nə yaxşı ki, belə insanlar var. Mən də Gülyanaq xanımı tanıdığım üçün xoşbəxtəm. Elə bilirəm Azərbaycanda bacım və rəfiqəm var. Gülyanaq xanımın simasında bütün Azərbaycanlı xanımlara xoşbəxtlik arzulayıram.

    Məlahət Abdullayeva

    “Əlillər Dünyası” qəzetindən

     

     

     

     

  • 21İyl
    Digər İkitərəfli əməkdaşlığa mühüm töhfə üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 18 iyul tarixində birgə bəyanatla çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır.

    Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirir. Öncə neft hasilatı sonra, qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.

    Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.

    Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Daha ətraflı »

  • 20İyl
    Xəbərlər Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53 ili tamam olur üçün şərhlər bağlıdır

    “Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda konfrans keçirilib

    Rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev fenomeni: müdriklik və qətiyyət örnəyi” mövzusunda konfrans keçirilib.
    Konfransda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri Faiq Məmmədov, icra nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ümummilli Liderin abidəsini ziyarət edə-rək, xatirəsini böyük ehtiramla yad edib, önünə gül-çiçək dəstələri dü-züblər.
    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
    Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, Ümummilli liderimizin Azərbaycan rəhbərliyinə gəlməsinin 53 ili tamam olur.
    Məhz həmin vaxt Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 34 illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev vətəndaş, şəxsiyyət, Lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımışdır. O, dövlətimizi və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmışdır. Müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Daha ətraflı »

  • 20İyl
    Xəbərlər, Milli-mənəvi dəyərlər 22 İyul Milli Mətbuat Günüdür üçün şərhlər bağlıdır

    Rayonumuzun həyatının güzgüsü

    Azərbaycan milli mətbuatının yaranmasından 147 il ötür.
    Milli mətbuatımızın əsası 1875-ci il iyulun 22-də ilk nömrəsi nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub. Qəzetin nəşri və redaktoru Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən Bəy Zərdabi olub. O zamanlarda bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetdə Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf Bəy Vəzirov, Əsgər ağa Gorani və həmin dövrün başqa tanınmış ziyalıları çalışıblar.
    “Əkinci”nin nəşri 1877-ci ilin sentyabrınadək davam edib və 56 sayı işıq üzü görüb. Buna baxmayaraq, mətbuatımızın ilk qaranquşu hesab edilən bu qəzet xalqın maarifləndirilməsində, Azərbaycan milli mətbuatının inkişafında misilsiz xidmətlər göstərib. Qeyd olunmalıdır ki, bu mətbu orqanın sadə, anlaşıqlı dili onu həm ziyalılara, həm də sadə insanlara sevdirmişdi. Qəzetin insanlara təsir dairəsinin genişlənməsi çar Rusiyasının xoşuna gəlməyib və onun nəşrini dayandırıblar.
    O vaxtdan bizim günümüzədək Azərbaycan mətbuatı daim cəmiyyətimizdə böyük nüfuza malik olub və bir növ baş verən prosesləri əks etdirən güzgüyə çevrilib.
    Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həyatımızın bütün sahələrində olduğu kimi, milli mətbuatımızın inkişafında da yeni mərhələnin başlanğıcı oldu.
    1998-ci ildə Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatı üzərindən dövlət senzurası ləğv edildi, beləliklə də söz və mətbuat azadlığının əsası qoyuldu. Daha ətraflı »

  • 20İyl
    Xəbərlər Rayon icra başçısının səyyar qəbul–görüşü üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Qaraağacı kəndində səyyar qəbul-görüşü keçirilib.
    Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Öncə tədbir iştirakçıları şəhid Mehman Qarayevin adını daşıyan Qaraağacı kənd tam orta məktəbində şəhidə ayrılmış güşəyə baxıb, onun şəklinin önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Kənd sakinlərini salamlayan icra başçısı qeyd edib ki, bu tədbir əlamətdar tarixə–Ulu Öndərin ilk dəfə hakimiyyətə gəldiyi günə təsadüf edir. Müstəqil Azərbaycanımızın əldə etdiyi bütün uğurlar Ümummilli Liderin adı ilə bağlıdır.
    Rayon rəhbəri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »

  • 20İyl
    Xəbərlər İcra başçısı rayonun Qaraağacı kəndindən olan qazi Rauf Nuriyevin ailəsində olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Qaraağacı kəndində qazi Rauf Nuriyevin ailəsində olub, onların problemləri ilə ma-raqlanıb.
    III qrup Vətən müharibəsi əlili mayor Nuriyev Rauf Məmməd oğlu 17 il müddətdən artıq hərbi xidmətdə olub.
    O, Vətən müharibəsində Xocavənd, Fizuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Sücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Qazi və atası Məmməd Nuriyev şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.